Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Allahın Padşahlığı hökmranlıq edir!

Solda: Bruklindəki Beytel ailəsi Milad bayramını sonuncu dəfə qeyd edir, 1926-cı il; Sağda: İnsanlar Yehovanın Şahidlərinin başqalarından fərqləndiyinə diqqət yetirirlər

 III BÖLMƏ

Padşahlığın tələbləri — Allahın tələb etdiyi salehliyi hər şeydən üstün tutun

Padşahlığın tələbləri — Allahın tələb etdiyi salehliyi hər şeydən üstün tutun

 HƏR DƏFƏ qonşunun evinin yanından keçəndə başınızı yelləyərək ona salam verirsiniz. Sonra diqqət yetirirsiniz ki, o, sizi və ailənizi kənardan müşahidə edir. Və bir gün o başı ilə işarə edir ki, ona yaxınlaşasınız. O deyir: «Sizə bir sual verə bilərəm: başqalarından bu qədər fərqlənməyinizin səbəbi nədir?» «Hansı mənada?» — deyə siz maraqlanırsınız. Cavabında o deyir: «Siz Yehovanın Şahidisiniz, elə deyil? Başqalarına heç bənzəmirsiniz. Digər dinlərdən tamamilə fərqlənirsiniz — nə bayramları qeyd edirsiniz, nə də siyasətdə və müharibələrdə iştirak edirsiniz. Sizlərdən heç kim siqaret çəkmir. Və görürəm ki, ailəniz çox mərifətli-qanacaqlı ailədir. Nəyin sayəsində başqalarından bu qədər fərqlənirsiniz?»

Səbəb sadədir: biz Allahın Padşahlığının rəhbərliyi altında yaşayırıq. Padşahımız İsa bizi daim saflaşdırır. O, bizə onun izləri ilə gedərək bu natəmiz dünyaya qaynayıb-qarışmamağa kömək edir. Bu bölmədən Məsihin idarə etdiyi Padşahlığın Yehovanın izzəti üçün Onun xalqını ruhani, əxlaqi və təşkilati cəhətdən necə saflaşdırdığını öyrənəcəyik.

BU BÖLMƏDƏ

FƏSİL 10

Padşah öz xalqını ruhani cəhətdən saflaşdırır

Milad bayramı və xaçdan istifadənin ortaq cəhəti nə idi?

FƏSİL 11

Əxlaqi cəhətdən təmizlənmə — Allahın müqəddəsliyini təcəssüm etdiririk

Hizqiyalın məbədlə bağlı görüntüsündəki keşikçilər otağı və darvazalar 1914-cü ildən bəri Allahın xalqı üçün xüsusi əhəmiyyət kəsb edir.

FƏSİL 12

«Sülh Allahı»na xidmət etmək üçün təşkil olunublar

Müqəddəs Kitab nizam-intizama və sülhə yox, nizamsızlığa qarşıdır. Nəyə görə? Və bu, müasir məsihçilərə necə təsir edir?