Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

«Allahın məhəbbətindən ayrılmayın»

Rəhbərlik Şurasının məktubu

Rəhbərlik Şurasının məktubu

Yehovanı sevən əziz bacı-qardaşlarımız!

İsa Məsih demişdi: «Siz həqiqəti dərk edəcəksiniz və həqiqət sizi azad edəcək» (Yəhya 8:32). Necə də ruhlandırıcı sözlərdir! Bəli, hətta yalanın tüğyan etdiyi bu «axırzamanda» belə, həqiqəti öyrənmək mümkündür (2 Timutiyə 3:1). Allahın Kəlamında açıqlanan həqiqətlə ilk tanışlığın yadındadır? O anlar necə də unudulmazdır!

Dəqiq biliyi mənimsəmək və onu müntəzəm surətdə insanlara çatdırmaq vacibdir, amma özümüz də bu biliyə uyğun yaşamalıyıq. Bunun üçün biz Allahın məhəbbətindən ayrılmamalıyıq. Bu nə deməkdir? Bu sualın cavabını İsanın öz ölümündən qabaqkı gecə sadiq həvarilərinə söylədiyi sözlərdə tapırıq: «Mən Atamın əmrlərini yerinə yetirərək Onun mənə olan məhəbbətini qoruduğum kimi, siz də əmrlərimi yerinə yetirsəniz, mənim sizə olan məhəbbətimi qoruyub-saxlayacaqsınız» (Yəhya 15:10).

Diqqət yetirdinizsə, İsa Atasının əmrlərini yerinə yetirməklə Onun məhəbbətini qoruyub-saxlayırdı. Eyni şey bu gün bizə də aiddir. Allahın məhəbbətini qoruyub-saxlamaq üçün biz günbəgün həqiqətə uyğun yaşamalıyıq. Həmin o gecə İsa demişdi: «Madam ki bunları bilirsiniz, əməl edin, onda xoşbəxt olacaqsınız» (Yəhya 13:17).

Biz səmimi qəlbdən ümid edirik ki, bu kitab sənə həqiqətə uyğun yaşamağa və əbədi həyatı gözləyərkən Allahın məhəbbətindən ayrılmamağa kömək edəcək (Yəhuda 21).

Yehovanın Şahidlərinin Rəhbərlik Şurası