Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

«Allahın məhəbbətindən ayrılmayın»

 FƏSİL 4

Üzərimizdə başçılıq edənlərə nəyə görə hörmət etməliyik?

Üzərimizdə başçılıq edənlərə nəyə görə hörmət etməliyik?

«Hər cür insana hörmət edin» (1 BUTRUS 2:17).

1, 2. a) Üzərimizdə başçılıq edənlərə hörmət göstərmək məsələsinə gəldikdə hansı çətinliklə üzləşirik? b) Bu fəsildə hansı sualları nəzərdən keçirəcəyik?

BALACA uşağa xoşlamadığı bir işi tapşıranda üz-gözünü necə turşutduğunu heç müşahidə etmisən? Onun daxilində gedən mübarizə üzündən açıq-aydın oxunur. Uşaq valideynin səsini eşidir və başa düşür ki, ona qulaq asmalıdır. Amma bunu etmək istəmir. Hərdən biz də bu uşaq kimi özümüzlə mübarizə aparmalı oluruq.

2 Üzərimizdə başçılıq edənlərə hörmət bəsləmək həmişə asan olmur. Sən də belə çətinlik çəkirsən? Əgər belədirsə, narahat olma, sən tək deyilsən. İndiki zəmanədə hörmət qiymətdən düşüb. Bununla belə, Müqəddəs Kitabda deyilir ki, biz üzərimizdə başçılıq edənlərə hörmət bəsləməliyik (Məsəllər 24:21). Allahın məhəbbətini qorumaq istəyiriksə, bu, xüsusilə vacibdir. Bununla əlaqədar ortaya bir neçə sual çıxır: üzərimizdə başçılıq edənlərə hörmət bəsləmək nəyə görə çətindir? Yehova bunu nə üçün tələb edir və bu tələbi yerinə yetirməyə bizə nə kömək edəcək? Bəs bu hörməti necə göstərə bilərik?

HÖRMƏT GÖSTƏRMƏK NİYƏ ÇƏTİNDİR?

3, 4. Günah və qeyri-kamillik necə başladı və nəyə görə qeyri-kamillik səlahiyyət sahiblərinə hörmət bəsləməkdə bizə çətinlik yaradır?

3 Gəl üzərimizdə başçılıq edənlərə hörmət göstərməyi çətinləşdirən iki səbəbi araşdıraq. Birincisi, biz qeyri-kamillik;  ikincisi, səlahiyyətli adamlar da qeyri-kamildirlər. Günah və qeyri-kamilliyin kökü Ədən bağına, Adəmlə Həvvanın Allahın hakimiyyətinə qarşı üsyan qaldırdıqları vaxta gedib çıxır. Deməli, günah üsyandan başlayıb. Böyüyün üzünə ağ olmaq o vaxtdan insanların iliyinə işləyib (Yaradılış 2:15—17; 3:1—7; Zəbur 51:5; Romalılara 5:12).

4 Qeyri-kamillik ucbatından çoxumuzda təkəbbür özünü asanlıqla büruzə verir. Təvazökarlıq isə əksinə çox nadir keyfiyyətdir, onu yetişdirmək və qoruyub-saxlamaq üçün çox çalışmaq lazımdır. Hətta uzun illər Allaha sədaqətlə xidmət etdikdən sonra da dikbaşlığın və təkəbbürün badına gedə bilərik. Misal üçün, Qarunun nümunəsinə baxaq. O, Yehovanın xalqı ilə birlikdə bir çox çətinliklərə sədaqətlə sinə gərmişdi, lakin sonradan daha çox səlahiyyət almaq istədi və utanmadan o dövrün ən həlim insanı olan Musaya qarşı çıxdı (Saylar 12:3; 16:1—3). Üziyyə padşah da təkəbbürlə Yehovanın məbədinə girib, yalnız kahinlərə həvalə edilmiş müqəddəs ayini icra etmək fikrinə düşdü (2 Salnamələr 26:16—21). Dikbaşlıq bu adamlara baha başa gəldi. Biz onlardan özümüzə ibrət dərsi götürməliyik. Biz təkəbbürə qarşı mübarizə aparmalıyıq, çünki bu xüsusiyyət üzərimizdə başçılıq edənlərə hörmət bəsləməyə bizə əngəl törədir.

5. Qeyri-kamil insanlar öz hakimiyyətindən necə sui-istifadə etmişlər?

5 Digər tərəfdən, çox vaxt səlahiyyəti olan qeyri-kamil insanların özləri hakimiyyəti hörmətdən salırlar. Onlardan bir çoxu zülmkar, qaniçən olmuşdur. Bəşər tarixində hakimiyyətdən sui-istifadə halları az olmayıb. (Vaiz 8:9 ayəsini oxu.) Misal üçün, Yehova Talutu padşah seçəndə o, çox sadə və təvazökar adam idi. Lakin onda təkəbbür və paxıllıq baş qaldırdı, sonra isə sədaqətli Davudu təqib etməyə başladı (1 İşmuil 9:20, 21; 10:20—22; 18:7—11). Sonradan Davud İsrailin ən yaxşı padşahlarından biri oldu, lakin o  da hakimiyyətindən sui-istifadə edib het Uryayın arvadını oğurladı, günahsız kişini isə cəbhənin ağır yerinə, ölümə göndərdi (2 İşmuil 11:1—17). Bəli, qeyri-kamil insan hakimiyyətdən düzgün istifadə etməyi bacarmır. Ələlxüsus, hakimiyyət sahibləri Yehovaya hörmət etməyəndə daha pis işlər görürlər. Katolik papalarının geniş miqyaslı təqib siyasətini təsvir edən bir Britaniya dövlət xadimi belə demişdi: «Hakimiyyət insanı pozur, mütləq hakimiyyət isə insanı mütləq pozur». Bütün bu sadaladıqlarımızı yadda saxlayaraq, gəl bir sualı nəzərdən keçirək: üzərimizdə başçılıq edənlərə nəyə görə hörmət göstərmək lazımdır?

ÜZƏRİMİZDƏ BAŞÇILIQ EDƏNLƏRƏ NƏYƏ GÖRƏ HÖRMƏT GÖSTƏRMƏLİYİK?

6, 7. a) Yehovaya məhəbbət bizi nəyə təşviq edir və nə üçün? b) Allaha hansı əhval-ruhiyyə ilə tabe olmaq lazımdır və biz bunu necə edə bilərik?

6 Üzərimizdə başçılıq edənlərə ilk növbədə Yehovaya, başqalarına, hətta özümüzə məhəbbətdən irəli gələrək hörmət göstərməliyik. Yehovanı hər şeydən çox sevdiyimiz üçün biz Onun qəlbini sevindirmək istəyirik. (Məsəllər 27:11; Mark 12:29, 30 ayələrini oxu.) Biz bilirik ki, Ədəndəki üsyandan sonra Yehovanın hakimiyyəti, yəni Kainatı idarə etmək hüququ şübhə altına alınmağa başlandı və bəşəriyyətin əksər hissəsi Onun hakimiyyətini rədd edib Şeytanın tərəfinə keçdi. Biz isə sidqi-ürəkdən Yehovanın tərəfini tutmuşuq. Vəhy 4:11 ayəsindəki gözəl sözlər ürəyimizi riqqətə gətirir. Sözsüz, Yehova Kainatın qanuni Hökmdarıdır! Biz Yehovanın hakimiyyətini qəbul edir və gündəlik həyatımızda Ona itaət göstəririk.

7 Yehovanın hakimiyyətinə hörmət yalnız itaətkarlıqla məhdudlaşmır. Biz Yehovanı sevdiyimizdən Ona məmnuniyyətlə itaət edirik. Lakin itaət etmək hərdən çox çətin olur. Belə hallarda biz yuxarıda sözügedən balaca uşaq  kimi tabe olmağı öyrənməliyik. Allahın iradəsinə tabe olmaq nə qədər çətin görünsə də, İsa bunu edirdi. O, Atasına demişdi: «Qoy mənim yox, Sənin istədiyin kimi olsun» (Luka 22:42).

8. a) Yehovanın hakimiyyətinə tabe olduğumuzu çox vaxt nədə göstərə bilərik və bu, Yehovaya necə təsir edir? b) Məsləhətə qulaq asıb, nəsihəti qəbul etməyə bizə nə kömək edə bilər? (46 və 47-ci səhifədəki  çərçivəyə bax.)

8 Əlbəttə, bu gün Yehova bizimlə şəxsən danışmır. O demək istədiklərini Öz Kəlamı və yerdəki nümayəndələri vasitəsilə bizə çatdırır. Ona görə də çox vaxt Yehovanın hakimiyyətinə tabe olduğumuzu Onun təyin etdiyi və ya üzərimizdə başçılıq etməyə icazə verdiyi adamlara hörmət göstərməklə təzahür etdiririk. Əgər biz onlara itaət etməsək, misal üçün, Müqəddəs Kitab əsasında verdikləri məsləhət və nəsihətlərini qəbul etməsək, Allahın qəlbinə toxunarıq. İsraillilər Musaya qarşı deyinib üsyan qaldıranda Yehova onların hərəkətini Özünə olunmuş təhqir kimi qəbul etdi (Saylar 14:26, 27).

9. Başqalarına məhəbbət bizi üzərimizdəki başçılara hörmət göstərməyə necə təşviq edir? Nümunə gətir.

9 Biz həm də başqalarını sevdiyimiz üçün üzərimizdəki başçılara hörmət bəsləyirik. Bu nə deməkdir? Təsəvvür et ki, sən əsgərsən. Ordunun müvəffəqiyyəti, hətta salamatlığı hər bir əsgərdən asılıdır. Əsgərlər komandirin əmrlərini yerinə yetirməli, ona hörmət bəsləyib əməkdaşlıq etməlidirlər. Əgər sən komandirinə itaətsizlik göstərsən, onda qalan əsgərləri də təhlükə qarşısında qoyacaqsan. Düzdür, bəşər orduları çox bəlalar törədirlər. Lakin Yehovanın orduları insanlara yalnız xeyir gətirir. Allah Müqəddəs Kitabda dəfələrlə «ordular Allahı Yehova» adlandırılır (1 İşmuil 1:3). O, əzəmətli ruhani varlıqlardan ibarət böyük orduya komandanlıq edir. Bəzən Yehova yer üzündəki xidmətçilərini orduya bənzədir (Zəbur 68:11; Hizqiyal 37:1—10). Əgər Yehovanın bizim üzərimizə başçı qoyduğu adamlara  qarşı itaətsizlik etsək, səncə, ruhani silahdaşlarımızı təhlükə qarşısında qoymarıq? Məsihi təyin olunmuş ağsaqqallara qarşı itaətsizlik edəndə yığıncaqdakı bacı-qardaşlar da əziyyət çəkir (1 Korinflilərə 12:14, 25, 26). Uşaq da valideynlərinin üzünə ağ olanda bütün ailə əziyyət çəkir. Deməli, biz üzərimizdə başçılıq edənlərə hörmət göstərib onlarla əməkdaşlıq edəndə başqalarını sevdiyimizi göstəririk.

10, 11. Üzərimizdəki başçılara hörmət göstərmək nə üçün bizim xeyrimizədir?

10 Biz üzərimizdə başçılıq edənlərə hörmətlə yanaşırıq, çünki bu, bizim xeyrimizədir. Yehova bizdən hakimiyyətə hörmət etməyi tələb edəndə, adətən, faydasını da göstərir. Misal üçün, Yehova uşaqlardan valideynlərinə qulaq asmağı tələb edir ki, onların ömrü uzun və güzaranları xoş olsun (Qanunun təkrarı 5:16; Efeslilərə 6:2, 3). O, bizdən yığıncaq ağsaqqallarına da hörmət bəsləməyimizi gözləyir. Əks təqdirdə bu, bizə ruhani ziyan vura bilər (İbranilərə  13:7, 17). Allah istəyir ki, biz dünyəvi hakimiyyətə də itaət göstərək, çünki bu, bizi qoruyur (Romalılara 13:4).

11 Yəqin razılaşarsan ki, Yehovanın nə üçün itaətkar olmağımızı istədiyini biləndə üzərimizdəki başçılara hörmət göstərmək daha da asanlaşır. Gəl baxaq, həyatımızın üç əsas sahəsində üzərimizdəki başçılara necə hörmət göstərə bilərik.

AİLƏDƏ HÖRMƏT

12. Yehova ailədə kişiyə hansı vəzifəni ayırıb və kişi öz vəzifəsini necə icra etməlidir?

12 Yehova Allah ailənin Banisidir. O, nizam-intizam Allahı olduğundan, ailənin uğurlu olması üçün hər şeyi əvvəlcədən nəzərə alıb (1 Korinflilərə 14:33). Yehova kişiyə bir ər və ata kimi ailəyə başçılıq etmək səlahiyyəti verib. Ər İsanın yığıncağa başçılıq etməsindən nümunə götürməklə, ona öz Başçısı kimi ehtiram göstərir (Efeslilərə 5:23). Ər öz vəzifəsindən boyun qaçırmamalı, onu kişi kimi icra etməlidir. O, zalım, kobud yox, mehriban, müdrik və qayğıkeş olmalıdır. Ər unutmamalıdır ki, onun ailədəki başçılığı nisbidir və heç vaxt Yehovanın hakimiyyətindən üstün ola bilməz.

Məsihi atalar başçılıq etməkdə Məsihdən nümunə götürürlər

13. Qadın Yehovanın ürəyini sevindirmək üçün həyat yoldaşı və analıq vəzifəsini necə icra etməlidir?

13 Həm həyat yoldaşı, həm də ana olan qadın ərinin köməkçisidir. Ona  da ailədə müəyyən səlahiyyət verilib. Müqəddəs Kitab ananın öyüd-nəsihətinə riayət etməyə çağırır (Məsəllər 1:8). Düzdür, qadının ərinə nisbətən səlahiyyəti məhduddur. Vəzifəsini yerinə yetirməkdə ərinə kömək etməklə məsihi qadın ona öz başçısı kimi hörmət bəslədiyini göstərir. Qadın ərinin mənliyini alçaltmır, ona təzyiq göstərmir, ailədə başçılığı əlinə almağa can atmır. O, hər işdə ərinə dayaqdır. Ərinin hər hansı bir qərarı ürəyincə olmayanda qadın hörmətcil şəkildə öz fikrini ərinə söyləyəcək, amma bundan sonra da ona tabe olacaq. Əgər əri məsihi deyilsə, o, müxtəlif çətinliklərlə qarşılaşacaq. Lakin onun itaətli davranışı ərini Yehovaya yaxınlaşmağa təşviq edə bilər. (1 Butrus 3:1, 2 ayələrini oxu.)

14. Uşaqlar öz valideynlərini və Yehovanı necə sevindirirlər?

14 Uşaqlar valideynlərinə qulaq asanda Yehova sevinir. Onların itaətkarlığı valideynlərə başucalığı və fərəh gətirir (Məsəllər 10:1). Tək valideynli ailələrdə də uşaqlar valideynə  qulaq asmalıdırlar. Uşaqlar bilməlidirlər ki, valideyn tək olduğundan onların köməyinə və dayağına daha çox ehtiyac duyur. Ailənin bütün üzvləri Yehovanın onlar üçün ayırdığı vəzifələri icra edirlərsə, ailədə sülh və mehribanlıq hökm sürür. Bu, ailənin Banisi Yehova Allaha şərəf gətirir (Efeslilərə 3:14, 15).

YIĞINCAQDA HÖRMƏT

15. a) Yığıncaqda Yehovanın hakimiyyətinə hörmət bəslədiyimizi necə göstərə bilərik? b) Yığıncaqda nəzarət etmək səlahiyyəti verilmiş qardaşlara itaət etməkdə bizə hansı prinsiplər kömək edə bilər? (48 və 49-cu səhifədəki  çərçivəyə bax.)

15 Yehova Öz Oğlunu məsihi yığıncağının Rəhbəri təyin edib (Koloslulara 1:13). İsa da öz növbəsində Allahın yer üzündəki xidmətçilərinin ruhani tələbatlarının qayğısına qalmaq üçün «sadiq və ağıllı nökər» təyin etmişdir (Mətta 24:45—47). Yehovanın Şahidlərinin Rəhbərlik Şurası «sadiq və ağıllı nökər» kimi xidmət edir. Birinci əsrdəki yığıncaqlarda olduğu kimi, bu gün də ağsaqqallar ya Rəhbərlik Şurasından birbaşa, ya da onun nümayəndələrindən, məsələn səyyar nəzarətçilərdən müxtəlif göstəriş və məsləhətlər alırlar. Ağsaqqallara hörmət bəsləməklə hər birimiz Yehovaya itaətkarlığımızı göstəririk. (1 Salonikililərə 5:12; İbranilərə 13:17 ayələrini oxu.)

16. Ağsaqqallar hansı mənada müqəddəs ruhla təyin olunurlar?

16 Ağsaqqallar və yığıncaq xidmətçiləri qeyri-kamildirlər. Bizim kimi, onların da nöqsanları var. Buna baxmayaraq, ağsaqqallar yığıncaqlara ruhən dayaq olmaq üçün təyin edilmiş «insan timsalında hədiyyələr»dir (Efeslilərə 4:8). Ağsaqqallar müqəddəs ruhun vasitəsilə təyin edilirlər (Həvarilərin işləri 20:28). Onlar ilk növbədə Allahın müqəddəs ruhu ilə ilhamlanmış Kəlamındakı tələblərə müvafiq olmalıdırlar (1 Timutiyə 3:1—7, 12; Titusa 1:5—9). Bundan əlavə, qardaşın bu tələblərə müvafiq olub-olmadığını  götür-qoy edən ağsaqqallar Yehovaya ürəkdən dua edib ondan müqəddəs ruhun rəhbərliyini diləyirlər.

17. Bacı hansı hallarda yığıncaq işlərini icra edə bilər və o, nəyə görə başını örtməlidir?

17 Ola bilsin ki, yığıncaqda müəyyən işləri icra etməyə, məsələn, təbliğ xidməti üçün görüşü keçirməyə ağsaqqal və yaxud yığıncaq xidmətçisi yoxdur. Belə hallarda, digər vəftiz olunmuş qardaşlar bu işləri icra edə bilərlər. Belə qardaşlar olmayan təqdirdə yararlı bir bacı bu işi icra edə bilər. Amma vəftiz olunmuş kişinin vəzifəsini icra edən bacı başını örtməlidir * (1 Korinflilərə 11:3—10). Bu tələb qadını alçaltmır. Əksinə, bununla qadın Yehovanın həm ailə, həm də yığıncaq üçün qoyduğu başçılıq prinsipinə hörmət göstərir.

DÜNYƏVİ HAKİMİYYƏTƏ HÖRMƏT

18, 19. a) Romalılara 13:1—7 ayələrindəki prinsipləri necə izah edərdin? b) Hökumətə necə hörmət bəsləməliyik?

18 Həqiqi məsihilər Romalılara 13:1—7 ayələrindəki prinsiplərə vicdanla riayət edirlər. (Ayələri oxu.) Bu ayələri oxuyarkən görmək olar ki, biz hökumətə tabe olmalıyıq. Yehova hələ ki bu hökumətlərin mövcudluğuna yol verir, onlar vacib vəzifələri icra edirlər; cəmiyyətdə az-çox qayda-qanun yaradır və əhalini zəruri xidmətlərlə təmin edirlər. Biz qanunları yerinə yetirməklə hökumətə hörmət göstəririk. Biz bütün vergiləri vaxtlı-vaxtında ödəyir, dövlətin tələb etdiyi sənəd və arayışları düzgün doldurur, bizə, ailəmizə, işimizə və əmlakımıza aidiyyəti olan bütün qanunları yerinə yetiririk. Lakin hökumət bizdən Allahın qanunlarını pozmağı tələb edirsə, biz bu tələbə tabe olmur, həvarilərin sözlərinə qoşulub deyirik: «Biz insanlara yox, hökmdarımız Allaha itaət etməliyik» (Həvarilərin işləri 5:28, 29; 42-ci səhifədəki « Kimə itaət etməliyəm?» adlı çərçivəyə bax).

 19 Biz həmçinin hökumətə hörmət etdiyimizi davranışımızla da göstəririk. Arabir bilavasitə hökumət nümayəndələri ilə görüşməli oluruq. Həvari Bulus da padşah Hirod Aqrippa və vali Fest kimi hakimlərlə görüşməli olmuşdu. Bu adamların ciddi nöqsanları olsa da, Bulus onlarla hörmətlə danışırdı (Həvarilərin işləri 26:2, 25). Bulusdan nümunə götürüb nüfuzlu hakimdən tutmuş sıravi polisə kimi hamısına hörmətlə yanaşırıq. Eynilə, məktəbli gənc məsihilər də məktəbin müdiriyyətinə, müəllimlərə və digər işçilərə ehtiramla yanaşırlar. Əlbəttə, biz yalnız etiqadımızı bəyənənlərə deyil, həmçinin Yehovanın Şahidlərinə pis gözlə baxanlara da hörmət bəsləyirik. İmanımıza şərik olmayanlar bizim tərəfimizdən hörmətcil münasibət görməlidirlər (Romalılara 12:17, 18 ayələrini oxu; 1 Butrus 3:15).

20, 21. Üzərimizdə başçılıq edənlərə lazımi hörmət bəsləməyin hansı faydaları var?

20 Gəl üzərimizdə başçılıq edənlərə məmnuniyyətlə hörmət bəsləyək. Həvari Butrus yazırdı: «Hər cür insana hörmət edin» (1 Butrus 2:17). Hörmətcil davranış səmimi olanda insana dərin təəssürat bağışlayır. Bu gün insanlar çox nadir hallarda bir-birinə hörmət bəsləyirlər. Başqalarına hörmət bəsləməklə biz İsanın əmrini yerinə yetiririk: «Qoy sizin də nurunuz insanların qarşısında parlasın ki, onlar yaxşı işlərinizi görüb göydəki Atanızı mədh etsinlər» (Mətta 5:16).

21 Bu zülmət dünyasında safürəkli insanlar ruhani işığa meyil edirlər. Ona görə də ailədə, yığıncaqda və başqa yerlərdə hörmətcil davranışımızı müşahidə edənlərdən kimsə bizə qoşulub bu işıqlı yolda yerimək istəyə bilər. Hətta belə olmasa da, bir şeyə əmin ola bilərik: insanlara hörmətlə yanaşmağımız Yehova Allahı sevindirir və bizə Onun məhəbbətini qorumağa kömək edir. Dünyada bundan qiymətli nə ola bilər?!

^ abz. 17 Bu prinsiplə bağlı «Əlavələr» bölməsinin 209—212 səhifələrində bir neçə praktiki məsləhət verilir.

Əlavə məlumat

Yehovanın çobanlarına itaət edin

Məsihçi nəzarətçilər Allahın yığıncağını idarə etmək üçün müqəddəs ruh vasitəsilə təyin edilirlər. Sürü onlara nə üçün qulaq asmalıdır?