Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

«Allahın məhəbbətindən ayrılmayın»

 ƏLAVƏLƏR

Masturbasiyaya qalib gəl

Masturbasiyaya qalib gəl

Ruhani cəhətdən zərərli vərdiş sayılan masturbasiya insanda xudbinlik yaradır, ağlı pozğunlaşdırır *. Masturbasiya ilə məşğul olan adam ətrafındakılara seks obyekti, cinsi həzz vasitəsi kimi baxmağa başlayır. Belə adam artıq cinsi yaxınlığa məhəbbətin ifadəsi kimi baxmır, onun üçün seks ani həzz gətirən və seksual gərginliyi çıxardan adi refleks səviyyəsinə düşür. Lakin bu gərginlik müvəqqəti sakitləşir. Əslində, masturbasiya bədən üzvlərində «əxlaqsızlığa, natəmizliyə, şəhvətə» olan meyilləri öldürmür, əksinə onları daha da oyadır (Koloslulara 3:5).

Həvari Bulus yazırdı: «Əzizlərim,.. cismi və ruhu murdarlayan hər şeydən özümüzü təmizləyək və Allah qorxusu ilə tam müqəddəsliyə yetişək» (2 Korinflilərə 7:1). Əgər bu çağırışa əməl etmək sənin üçün çətindirsə, ümidini üzmə. Yehova bağışlamağa və kömək etməyə həmişə hazırdır (Zəbur 86:5; Luka 11:9—13). Əslində, arabir baş verən uğursuzluqlara baxmayaraq, ürəyinin səni qınaması və bu vərdişə qalib gəlmək əzmin sənin düzgün əhval-ruhiyyəndən xəbər verir. Heç vaxt yaddan çıxartma ki, «Allah ürəyimizdən böyükdür və hər şeyi  bilir» (1 Yəhya 3:20). Allah diqqətini günahlarımızın üzərində cəmləşdirmir, bizim bütün varlığımızı görür. Bunun sayəsində, O, mərhəmət almaq üçün etdiyimiz yalvarışlara şəfqətlə qulaq asır. Ona görə də dara düşən uşaq atasının yanına qaçdığı kimi, sən də Allaha səmimi-qəlbdən və təvazökarlıqla dua etməyi heç vaxt dayandırma. Yehova sənə mükafat  — təmiz vicdan verəcək (Zəbur 51:1—12, 17; Əşiya 1:18). Əlbəttə, sən də dualarına uyğun hərəkət etməlisən. Misal üçün, pornoqrafiyanın bütün növlərini rədd etməli, sənə pis təsir göstərən adamlarla oturub-durmamalısan *.

Əgər hələ masturbasiya vərdişinin öhdəsindən gələ bilmirsənsə, məsihi valideynlərinlə, yaxud yetkin və qayğıkeş bir məsihi dostunla söhbət et * (Məsəllər 1:8, 9; 1 Salonikililərə 5:14; Titusa 2:3—5).

^ abz. 3 Masturbasiya orqazm keçirmək məqsədilə cinsiyyət orqanlarının sığallanması və qıcıqlandırılmasına deyilir.

^ abz. 4 Kompürterdən necə istifadə olunduğuna nəzarət etmək üçün bir çox ailələrdə kompüter açıq yerdə qoyulur. Bəziləri xoşagəlməz materialları təmizləyən filter proqramları alırlar. Yadda saxlamaq lazımdır ki, kompüteri xoşagəlməz materiallardan tamamilə müdafiə edən proqram mövcud deyil.

^ abz. 5 Masturbasiyanın öhdəsindən gəlmək üçün əməli məsləhətlər «Oyanın!» jurnalının 2006-cı il noyabr sayının «Gənclərin sualları» rubrikasının «Bu vərdişin öhdəsindən necə gələ bilərəm?» adlı məqaləsində (rus.) və «Gənclərin sualları. Praktiki məsləhətlər» kitabının 1-ci cildinin 205—211 səhifələrində (rus.) verilir.