Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

«Allahın məhəbbətindən ayrılmayın»

 ƏLAVƏLƏR

Başını örtmək — Nə vaxt və nə üçün?

Başını örtmək — Nə vaxt və nə üçün?

İbadət zamanı məsihi qadın hansı hallarda və nə üçün başını örtməlidir? Gəl bu məsələ ilə bağlı Müqəddəs Kitabda həvari Bulusun yazdıqlarına diqqət yetirək. Onun sözlərində Allaha şərəf gətirən qərarlar qəbul etməkdə bizə lazımi rəhbərlik verilir (1 Korinflilərə 11:3—16). Bu ayələrdə üç amil araşdırılır: 1) qadın hansı fəaliyyət zamanı başını örtməlidir, 2) bunu hansı şəraitdə etməlidir, 3) bunu hansı məqsədlə edir.

Fəaliyyət. Bulus burada iki fəaliyyət növünün adını çəkir: dua və peyğəmbərlik (4 və 5-ci ayə). Dua Yehovaya ehtiramla edilən müraciətdir. Bu gün «peyğəmbərlik etmək» ifadəsi altında hər bir məsihinin Müqəddəs Kitaba əsaslanaraq apardığı təlim işi nəzərdə tutulur. Elə çıxır ki, qadın dua edəndə və ya kiməsə Müqəddəs Kitab həqiqətlərini öyrədəndə həmişə başını örtməlidir? Xeyr. Hər şey şəraitdən asılıdır.

 Şərait. Bulusun sözlərindən görünür ki, burada söhbət ailə və yığıncaqdan gedir. O deyir: «Qadının başı [kişidir]... Qadın da dua və ya peyğəmbərlik edərkən başını örtməyəndə başını rüsvay edir» (35-ci ayə). Yehova əri qadının başçısı təyin edib. Qadın bu vəzifəni öz üzərinə götürəndə ərinə lazımi hörmət göstərmir və onu xəcalətli edir. Misal üçün, elə bir vəziyyət yarana bilər ki, qadın ərinin yanında kiməsə Müqəddəs Kitab dərsi keçməlidir. Bu halda o, başını örtəcək və bununla ərinin başçılığını qəbul etdiyini göstərəcək. Qadın bunu ərinin məsihi olub-olmadığından asılı olmayaraq etməlidir, çünki ər ailənin başçısıdır *. Əgər qadın həddi-büluğa çatmamış, lakin vəftiz olunmuş oğlunun yanında dua edir və ya öyrədirsə, o, başını örtməlidir. Ona görə yox ki, oğlan ailənin başçısıdır. Qadın bununla vəftiz olunmuş qardaşların səlahiyyətinə hörmət göstərir.

Yığıncaq haqqında isə Bulus belə demişdi: «Kim başqa bir adətə riayət etmək istəyirsə, qoy bilsin ki, nə bizdə, nə də Allahın yığıncaqlarında ayrı adət yoxdur» (16-cı ayə). Yığıncaqda başçılıq səlahiyyəti vəftiz olunmuş kişilərə həvalə edilib (1 Timutiyə 2:11—14; İbranilərə 13:17). Yalnız kişilər Allahın xalqının qeydinə qalmaq üçün ağsaqqal və yığıncaq xidmətçisi təyin oluna bilərlər (Həvarilərin işləri 20:28). Amma hərdən vəftiz olunmuş qardaşların gördüyü iş bacıya həvalə edilə bilər. Məsələn, yararlı vəftiz olunmuş qardaş olmayanda təbliğ görüşünü vəftiz olunmuş bacı keçirə bilər. Yaxud ona vəftiz edilmiş qardaşın yanında kiməsə Müqəddəs Kitab dərsi keçmək lazım gələ bilər *. Bunlar yığıncağın fəaliyyətinə daxil olduğu üçün bacı başını örtməklə qardaşlara həvalə olunan işi gördüyünü etiraf edəcək.

 Amma ibadət zamanı bacıya həmişə başını örtmək lazım gəlmir. Məsələn, yığıncaqda şərh verəndə, əri ilə və ya digər vəftiz edilmiş qardaşla ev-evə təbliğdə, vəftiz olunmamış uşaqlarına Müqəddəs Kitabı öyrədəndə və ya onlarla dua edəndə başını örtmək lazım deyil. Əlbəttə, digər suallar da yarana bilər və bacı əmin deyilsə, əlavə tədqiqat apara bilər *. Əgər bacı bundan sonra da tərəddüd edirsə, vicdanının rahat olması üçün, başını örtə bilər və bununla səhv iş görməz.

Məqsəd. 10-cu ayədə bu prinsipin vacibliyini vurğulayan iki səbəb sadalanır: «Mələklərdən ötrü qadının başında tabelik rəmzi olmalıdır». Əvvəlcə «tabelik rəmzi» ifadəsinə fikir verək. Başını örtməklə qadın Yehovanın məsihi yığıncağındakı vəftiz olunmuş kişilərə verdiyi səlahiyyətə itaət etdiyini göstərir. Bununla o, Yehova Allaha məhəbbət və sədaqətini sübut edir. İkinci səbəbi «mələklərdən ötrü» ifadəsi açıqlayır. Bəs qadının başını örtməsi ilə əzəmətli ruhani varlıqlar arasında hansı əlaqə var?

Mələklər Yehovanın bütün təşkilatında, həm göydə, həm yerdə Onun hakimiyyətinə necə hörmət bəslənildiyini böyük maraqla izləyirlər. Bu işdə qeyri-kamil insanlar da onlara nümunə verə bilərlər. Axı mələklər də Yehovanın təşkilatındakı qayda-qanuna tabe olmalıdırlar. Unutmayaq ki, keçmişdə bir çox mələk Yehovanın hakimiyyətinə xain çıxmışdır (Yəhuda 6). Bəzi hallarda mələklər görürlər ki,  yığıncaqda bir bacı vəftiz edilmiş hansısa bir qardaşdan qat-qat təcrübəli, bilikli və qabiliyyətlidir, amma o, canla-başla həmin qardaşın başçılığına tabe olur. Ola bilsin, yığıncaqda Məsihin həmvarisi olacaq məsh edilmiş bacı var. Bu bacı gələcəkdə Məsihlə göydə hökmranlıq edəcək və mələklərdən də yüksək mövqe tutacaq, amma indi yığıncaqda itaətkarlıq göstərir. Mələklər üçün bu, necə də gözəl nümunədir! Beləliklə, bütün bacılar milyonlarla sadiq mələyin gözü önündə sədaqət və itaətkarlıq göstərərək Yehovanın hakimiyyətinə təvazökarlıqla tabe ola bilərlər!

^ abz. 5 Adətən, məsihi qadın vəftiz olunmuş ərinin yanında ucadan dua etmir, lakin müstəsna hallarda, məsələn, ər xəstəliyinə görə danışıq qabiliyyətini itiribsə, buna yol vermək olar.

^ abz. 6 Bacı vəftiz olunmamış kişinin (əgər əri deyilsə) yanında Müqəddəs Kitab dərsi keçirsə, başını bağlamağa ehtiyac yoxdur.

^ abz. 7 Daha ətraflı məlumat üçün «Gözətçi qülləsi»nin 2002-ci il 15 iyul sayının 26 və 27-ci səhifəsinə (rus.) və 1977-ci il 15 fevral sayının 125—128 səhifələrinə (ing.) baxın.