Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

«Allahın məhəbbətindən ayrılmayın»

 ƏLAVƏLƏR

İşgüzar məsələlərdə mübahisələri necə həll etməli?

İşgüzar məsələlərdə mübahisələri necə həll etməli?

Həvari Bulus Korinf yığıncağına yazdığı birinci məktubunda məsihilər arasındakı çəkişmələrə toxunmuşdu (1 Korinflilərə 6:1—8). O, təəssüflə qeyd edirdi ki, Korinfdə yaşayan bəzi məsihilər «cürət edib məhkəməyə, imansızların yanına» gedirdilər (1-ci ayə). Bulus tutarlı dəlillər gətirərək göstərdi ki, məsihilər mübahisələrini məhkəmədə yox, yığıncaq daxilində həll etməlidirlər. Gəl əvvəlcə bu məsləhətin verilmə səbəblərindən bir neçəsini araşdıracaq, sonra isə bu məsləhətin əhatə etmədiyi bir neçə vəziyyəti nəzərdən keçirəcəyik.

Əgər iş zəminində iki məsihi arasında anlaşılmazlıq yaranıbsa, onlar mübahisəni bildikləri kimi yox, Yehovanın göstərdiyi yollarla həll etməlidirlər (Məsəllər 14:12). İsa Məsih göstərmişdi ki, anlaşılmazlığın böyüyüb mübahisəyə çevrilməməsi üçün onu isti-isti həll etmək lazımdır (Mətta 5:23—26). Təəssüf ki, bəzi məsihilər məsələni şişirdib mübahisəyə çevirir, hətta məhkəməyə müraciət edirlər. Bulus yazır: «Əslində, bir-birinizlə çəkişməyiniz artıq sizin məğlubiyyətiniz deməkdir». Nə üçün? İlk növbədə bu, yığıncağın və Allahın adına ləkə gətirə bilər. Buna görə də biz həvari Bulusun «çəkişməkdənsə, niyə də haqsızlığa qatlaşmayasınız?» sözlərinə ciddi yanaşırıq (7-ci ayə).

Bulus həmçinin bir çox mübahisələri həll etmək üçün Allahın yığıncağa verdiyi mükəmməl ənamı xatırladır. Məsihi ağsaqqallar Müqəddəs Yazılardan aldıqları bilik sayəsində hikmət qazanırlar. Bulus deyir ki, onlar həyata aid məsələlər barəsində qardaşlar arasında hakimlik etməyə qadirdirlər (3—5 ayələr). İsa böhtan və fırıldaqçılıq kimi ciddi günahlar zəminində yaranan mübahisələri həll etmək üçün aşağıdakı üç addımı tövsiyə etmişdi: 1) tərəflər çalışıb məsələni öz aralarında həll etməlidirlər; 2) birinci addım boşa çıxarsa, bir və ya iki şahidin iştirakı ilə bu məsələni yoluna qoymağa çalışmalıdırlar; 3) ikinci cəhd də alınmasa, yığıncağa,  yəni yığıncağı təmsil edən ağsaqqallara müraciət etməlidirlər (Mətta 18:15—17).

Əlbəttə, ağsaqqalların hamısı hüquq və ya biznes sahəsi üzrə mütəxəssis deyil, ağsaqqal vəzifəsini icra etmək üçün bu, heç tələb də olunmur. İşgüzar mübahisəni həll edərkən onlar qardaşların qarşısına şərt qoymurlar. Əksinə, onlar çalışırlar ki, hər iki tərəf Müqəddəs Yazılardakı prinsiplərə əməl edib, sülh yolu ilə razılığa gəlsin. Daha mürəkkəb məsələlərin həlli üçün onlar rayon nəzarətçilərinə və ya Yehovanın Şahidlərinin filialına müraciət edə bilərlər. İndi isə gəl həvari Bulusun məsləhətinin əhatə etmədiyi hallara diqqət yetirək.

Bəzi hallarda məhkəmə işi formal xarakter daşıya bilər, yaxud işi təmənnasız və sülh yolu ilə həll etmək üçün hüquqi tələb ola bilər. Misal üçün, boşanmaq və ya uşaq üzərində qəyyumluq hüququ almaq, aliment ödənişini təyin etmək, sığorta kompensasiyası almaq, müflisləşmiş hər hansı bir müəssisənin kreditorları sırasında olmaq və vəsiyyətnaməni təsdiqləmək kimi məsələləri həll etmək üçün məhkəmə yeganə sistem ola bilər. Bəzi hallarda məsihi öz hüquqlarını müdafiə etmək üçün qarşılıqlı məhkəmə işi qaldırmağa məcbur olur *.

Əgər məsihi məhkəmə işini qəsdi-qərəzlikdən irəli gələrək qaldırmırsa, onda o, Bulusun məsləhətinin ruhuna zidd hərəkət etmir *. Bununla belə, məsihinin başlıca məqsədi Yehovanın adını müqəddəs tutmaq, yığıncaqda sülhü və birliyi qorumaqdır. Məsihin davamçılarının səciyyəvi əlaməti məhəbbətdir, məhəbbət isə «öz xeyrini güdmür» (1 Korinflilərə 13:4, 5; Yəhya 13:34, 35).

^ abz. 7 Məsihi digərinə qarşı çox nadir hallarda zorlama, təcavüz, qətl və ya iri miqyaslı oğurluq kimi cinayət törədə bilər. Belə hallarda zərər çəkmiş məsihinin cinayət haqqında dövlət orqanlarına xəbər verməsi heç də qəbahət deyil, baxmayaraq ki, bu, məhkəmə ilə və ya cinayət məsuliyyəti ilə nəticələnə bilər.

^ abz. 8 Əlavə məlumat üçün «Gözətçi qülləsi» jurnalının 1997-ci il 15 mart sayının 17—22 səhifələrinə (rus.) və 1991-ci il 15 oktyabr sayının 25—28 səhifələrinə (rus.) bax.