Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

«Allahın məhəbbətindən ayrılmayın»

 ƏLAVƏLƏR

Bayrağa təzim, seçkilərdə iştirak və alternativ xidmət

Bayrağa təzim, seçkilərdə iştirak və alternativ xidmət

Bayrağa təzim. Yehovanın Şahidlərinin fikrincə, adətən, himn ilə müşayiət edilən bayrağa təzim mərasimi əslində dini xarakter daşıyır. Bayrağa təzim xilas yolunu Allaha yox, dövlətə və ya dövlət başçılarına aid edir (Əşiya 43:11; 1 Korinflilərə 10:14; 1 Yəhya 5:21). Məsələn, qədim Babil padşahı Navuxodonosor öz əzəməti və dindarlığı ilə insanları heyrətə gətirmək üçün nəhəng bir heykəl düzəltdirib öz təbəələrini onun qarşısında baş əyməyə məcbur etmişdi. Bu mərasim himnə bənzər musiqi sədaları ilə müşayiət edilirdi. Lakin üç gənc ibrani — Sədrah, Misah və Abidnağu ölümdən belə qorxmayıb heykəl qarşısında təzim etmədi (Dənyal, fəsil 3).

Tarixçi Karlton Heysin fikrincə, bizim dövrdə «bayraq millətçiliyin əsas ehkamına və pərəstiş obyektinə çevrilmişdir. Bayraq aparılanda kişilər papaqlarını çıxarır, şairlər bayrağa poemalar həsr edir, uşaqlar himn oxuyurlar». Onun sözlərinə görə, millətçiliyin öz «müqəddəs günləri» (məsələn, Birləşmiş Ştatlarda iyulun dördü qeyd edilən «Müstəqillik günü» bayramı), «müqəddəsləri və qəhrəmanları», «məbədləri»  və ya ziyarətgahları var. Braziliyada keçirilən ictimai tədbir zamanı bir dövlət məmuru belə demişdi: «Bayrağa... Vətənə olduğu kimi sitayiş edilir, səcdə qılınır». Bir ensiklopediyada qeyd edilir ki, bayraq da dini rəmzlər kimi müqəddəsdir («The Encyclopedia Americana»).

Bu yaxınlarda həmin ensiklopediyada qeyd edilmişdir ki, dövlət himnlərində «vətənpərvərlik hissləri ifadə olunur və əksər hallarda xalqın və dövlət başçılarının müdafiəsi üçün Allahdan kömək dilənir». Buna görə də Yehovanın xidmətçiləri vətənpərvərlik mərasimlərini, o cümlədən bayrağa təzim və dövlət himnini oxumağı dini ayin hesab etməkdə yanılmırlar. Bir kitabda Yehovanın Şahidlərinin uşaqlarının ABŞ məktəblərində bayrağa baş əyməyib sədaqət andı içmədikləri şərh edildikdən sonra aşağıdakılar yazılmışdır: «Nəhayət, Ali Məhkəmə bu gündəlik mərasimlərin əslində dini xarakter daşıdığını bir sıra qərarlarında təsdiq etdi» («The American Character»).

Yehovanın Şahidləri Allahın iradəsinə zidd olan mərasimlərdə iştirak etməsələr də, başqalarının hüququna hörmətlə yanaşırlar. Onlar həmçinin bayrağa bir dövlət rəmzi kimi hörmət bəsləyir və qanuni hökuməti «Allahın xidmətçisi» kimi qəbul edirlər (Romalılara 13:1—4). Buna görə də Yehovanın xalqı «padşahlar və məmurlar» üçün dua etmək məsləhətinə əməl edirlər. Bizim niyyətimiz odur ki, biz bundan sonra da mömin həyat sürüb ciddiyyətlə, qulağımız dinc, sakit yaşayaq (1 Timutiyə 2:2).

Siyasi seçkilərdə səs vermək. Həqiqi məsihilər başqalarının səs vermək hüququna hörmətlə yanaşırlar. Onlar seçkilərin əleyhinə çıxmır, seçilmiş hökumətə itaət edirlər. Bununla belə, onlar millətlərin siyasi işlərində tam bitərəfdirlər (Mətta 22:21; 1 Butrus 3:16). Səsvermə icbari olan ölkələrdə və ya seçkilərə getməyənlərə qarşı ictimaiyyətin pis münasibət bəslədiyi yerlərdə yaşayan məsihi nə edə bilər? Belə hallarda məsihi Sədrah, Misah və Abidnağunun Durə düzünə gəldiyini yadda saxlayaraq, vicdanı yol verirsə, seçki  kabinəsinə girə bilər. Lakin o, bitərəflik mövqeyini pozmamalıdır. Məsihi aşağıdakı altı prinsipi nəzərə alacaq:

  1. İsanın davamçıları dünyaya məxsus deyillər (Yəhya 15:19).

  2. Məsihilər Məsihi və Onun Padşahlığını təmsil edirlər (Yəhya 18:36; 2 Korinflilərə 5:20).

  3. Məsihi yığıncağında iman birliyi hökm sürür və onun üzvləri Məsihin məhəbbətinə bənzər məhəbbətlə bir-birinə bağlıdırlar (1 Korinflilərə 1:10; Koloslulara 3:14).

  4. Hər hansı bir vəzifəyə seçilmiş insanın gördüyü işlərə görə ona səs verənlər də məsuliyyət daşıyır. (1 İşmuil 8:5, 10—18 və 1 Timutiyə 5:22 ayələrindəki prinsiplərə fikir ver.)

  5. İsraillilər özlərinə adamların içindən padşah qoymaq istəyəndə Yehova bildirmişdi ki, onlar bu hərəkətlə Onu rədd edirlər (1 İşmuil 8:7).

  6. Məsihilər müxtəlif siyasi əqidə sahibləri ilə Allahın Padşahlığı haqqında təmiz vicdanla danışmalıdırlar (Mətta 24:14; 28:19, 20; İbranilərə 13:18).

Alternativ xidmət. Bəzi ölkələrdə dövlət hərbi xidmətə getmək istəməyənlərdən alternativ xidməti icra etməyi tələb edir. Belə vəziyyətlə qarşılaşanda dua etməliyik. Həmçinin yetkin məsihi ilə bu məsələni müzakirə etmək və sonra topladığın məlumat əsasında vicdanın səsinə qulaq asaraq qərar qəbul etmək lazım gələ bilər (Məsəllər 2:1—5; Filippililərə 4:5).

Allahın Kəlamı bizi hakimiyyətə və hökumətə tabe olmağa, hər cür yaxşı işə hazır olmağa və dərrakəli olmağa səsləyir (Titusa 3:1, 2). Bunu yadda saxlayıb özümüzdən soruşmalıyıq: «Təklif olunan alternativ xidməti icra etməyə razı olsam, məsihi bitərəfliyim pozulmaz ki? Yalan dinlə hər hansı bir əlaqəm olmayacaq ki?» (Mikə 4:3, 5; 2 Korinflilərə 6:16, 17). «Məsihi vəzifəmi yerinə yetirməkdə bu iş mənə çətinlik yarada və ya tamamilə mane ola bilərmi?» (Mətta 28:19, 20; Efeslilərə 6:4; İbranilərə 10:24, 25). «Bəlkə,  bu xidmət zamanı ruhani işlərə daha çox vaxt ayırmağa, misal üçün, tammüddətli xidmətə qatılmağa imkanım olacaq?» (İbranilərə 6:11, 12).

Əgər məsihi hər şeyi götür-qoy edib həbsxanaya düşmək əvəzinə alternativ xidməti qəbul edirsə, həmimanlıları onun qərarına hörmətlə yanaşmalıdırlar (Romalılara 14:10). İşdir, əgər o, belə xidmətdən imtina edirsə, bu qərara da hörmət edilməlidir (1 Korinflilərə 10:29; 2 Korinflilərə 1:24).

 

Əlavə məlumat

Yalnız və yalnız Allahın hakimiyyətini sədaqətlə dəstəkləyənlər

Bitərəf mövqelərinə görə Yehovanın Şahidlərinə təsir edən təqiblər «seli» gözlənilməz mənbə tərəfindən aradan qaldırılır.