Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Ailənin xoşbəxtliyi nədən asılıdır?

Ailənin xoşbəxtliyi nədən asılıdır?

Necə fikirləşirsiniz...

  • sevgidən?

  • puldan?

  • başqa şeylərdən?

 MÜQƏDDƏS KİTABDA NƏ DEYİLİR?

«Allahın sözünü eşidib ona əməl edənlər xoşbəxtdirlər!» (İncil, Luka 11:28).

BU SİZİN ÜÇÜN NƏ MƏNA KƏSB EDİR?

Əsil məhəbbət tapacaqsınız (İncil, Efeslilərə 5:28, 29).

Hörmət qazanacaqsınız (İncil, Efeslilərə 5:33).

Ailənizdə birlik hökm sürəcək (İncil, Mark 10:6—9).

 MÜQƏDDƏS KİTABDA DEYİLƏNLƏRƏ İNANMAQ OLARMI?

Bəli, olar, ən azı iki səbəbə görə:

  • Allah ailə quruluşunun Banisidir. Müqəddəs Yazılarda deyilir ki, «hər ailə öz adına görə» Yaradanımız Yehovaya borcludur (İncil, Efeslilərə 3:15). Başqa sözlə desək, Allah yaratmasaydı, ailə məfhumu da olmazdı. Bundan nə nəticə çıxarmaq olar?

    Bir düşünün: yediyiniz dadlı yeməyin içinə nələr qatıldığını bilmək istəsəydiniz, kimdən soruşardınız? Təbii ki, onu hazırlayandan.

    Eynilə, ailə həyatının xoşbəxtliyi üçün nəyin lazım olduğunu bilmək istəyiriksə, ən yaxşısı ailənin Banisi olan Allaha üz tutmaqdır (Tövrat, Yaradılış 2:18—24).

  • Allah sizin qeydinizə qalır. Ailə üzvləri Yehova Allahın Öz Kəlamında təqdim etdiyi məsləhətlərə əməl etməklə ağıllı seçim etmiş olurlar. Nəyə görə? Çünki Allah «qayğınızı çəkir» (İncil, 1 Butrus 5:6, 7). Yehova sizin yaxşılığınızı istəyir və Onun məsləhətləri hər zaman işə yarayır (Peyğəmbərlərin kitabları, Məsəllər 3:5, 6; Əşiya 48:17, 18).

 DÜŞÜNÜN

Yaxşı ər, arvad və ya valideyn olmaq üçün nə edə bilərsiniz?

Bu sualın cavabı Müqəddəs Kitabın aşağıdakı ayələrində yazılıb EFESLİLƏRƏ 5:1, 2; KOLOSLULARA 3:18—21.

Əlavə məlumat

Xoşbəxt ailəm

Müqəddəs Kitab prinsiplərini tətbiq etməklə xoşbəxt nikaha və ailəyə sahib ola bilərsiniz.