Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Yehovanın Şahidlərinin illik fəaliyyəti 2016

 ÖTƏN İLİN MÜHÜM HADİSƏLƏRİ

Filialların həsrolunma mərasimləri

Filialların həsrolunma mərasimləri

«ÜRƏYİM sevincdən dolub-daşır!» Bu sözlər 2015-ci il yanvarın 24-ü şənbə günü Madaqaskar filialının həsrolunma mərasimində iştirak etmiş bir bacının dilindəndir. O və 583 qonaq 19 otaqlı yaşayış binasını, genişləndirilmiş yeməkxananı və təmir olunmuş mətbəxi görəndə çox sevinmişdilər. Xidmət, mühasibat və yerli təmir-inşaat şöbələri də daha çox ofislə təmin olunmuşdu. Bundan əlavə, Audio/Video və Jest dili şöbələri yeni studiyalarla təchiz edilmiş, Brayl Transkripsiya Şöbəsi yaradılmışdır. Madaqaskarda gedən təbliğ fəaliyyətinin tarixi icmalını dinləyəndən sonra Rəhbərlik Şurasının üzvü Mark Sanderson həsrolunma məruzəsi ilə çıxış etmişdi.

Madaqaskar filialının yeni 19 otaqlı yaşayış binası

 İndoneziyanın Cakarta şəhərində 2015-ci il fevralın 14-ü filialın həsr olunması planlaşdırılmışdı. Ölkəni basan sel sularının vaxtında çəkilməsini görən bacı-qardaşlar rahatlıqla nəfəs aldılar. Filial indi 42 mərtəbəli ofis qülləsinin bir mərtəbəsini və yaxınlıqdakı yaşayış binasının 12 mərtəbəsini əhatə edir. Bundan əlavə, yaxınlıqdakı kiçik binalarda bir neçə beytel şöbələri yerləşir. Rəhbərlik Şurasının üzvü Entoni Moris həsrolunma məruzəsi ilə çıxış etdi. Növbəti gün isə 15 257 nəfər futbol stadionunda bir araya gələrək qardaşın «Mətanətlə yaxşı iş görün» adlı məruzəsini dinlədilər. Proqram 41 əraziyə yayımlandı və beləcə, görüşü 11 189 nəfər də dinlədi. İlk dəfə idi ki, İndoneziyada Yehovanın xalqı arasından bu qədər adam bir araya gəlmişdi. İndoneziyaya gələn ilk xüsusi təyinatlı müjdəçilərdən biri olan Ronald Yaka deyir: «1951-ci ildə bura gələndə bütün ölkədə cəmi-cümlətanı 26 təbliğçi var idi. Bu gün isə 26 000-dən çox adam bu xüsusi mərasimdə iştirak edir. Bəli, Yehovanın əli İndoneziyada yaşayan xalqının üzərindədir!»