Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Yehovanın Şahidlərinin illik fəaliyyəti 2016

 ÖTƏN İLİN MÜHÜM HADİSƏLƏRİ

«JW televiziyası üçün ürəyimiz gedir!»

«JW televiziyası üçün ürəyimiz gedir!»

2014-cü il oktyabrın 6-sı sınaq məqsədilə ingilis dilində «JW televiziyası» adlanan internet televiziyası yayımlandı *. 2015-ci ilin avqust ayından bəri verilişlər 70-dən çox dilə tərcümə olunub. Bunun sayəsində daha çox bacı-qardaş ruhani təravət bəxş edən verilişlərdən faydalanır. Dünyanın dörd bir tərəfindən izləyicilərimiz bu möhtəşəm yeniliyə görə öz minnətdarlıqlarını bildirib. Bəs JW televiziyası ərsəyə gəlməzdən öncə hansı mərhələlərdən keçib?

Əvvəlcə münasib yer tapmaq lazım gəldi. Yehovanın Şahidlərinin Bruklindəki (Nyu-York) baş idarəsində,  Kolumbiya Hayts 30 ünvanında yerləşən binada ideal bir məkan tapıldı. Bacı-qardaşlar bu məkanı bir həftənin içində boşaltdılar və Texniki xidmət şöbəsi televiziya yayımı üçün seçilən bu yeri hazırlamağa başladı. Dizaynerlər isə həmin vaxt layiqli və müasir üslublu studiya yaratmaqla məşğul idilər. Birləşmiş Ştatların hər yerindən gələn bacı-qardaşlar gecələrini-gündüzə qatıb studiyanın dizaynını yaradır və tikinti işini qısa vaxt ərzində bitirməyin yollarını axtarırdılar. Aylarla vaxt tələb edən axtarışları bir neçə günün içərisində etdilər. Təchizat şöbəsi vaxt itirmədən yüzlərlə ləvazimatın sifarişi ilə məşğul oldu.

Kilometrlərlə kabel istifadə olunduğundan işçilər bütün qurğuların bir-biri ilə həmahəng işlədiyinə diqqət yetirməli idilər. Həmin vaxt Patersondakı audio/video studiyasında da qızğın iş gedirdi. Burada başqa ölkələrdən gəlmiş bacı-qardaşlarımızdan ibarət orkestr musiqi əsəri yazdırırdı. İlk ay üçün ssenarilər yazıldı, həyat hekayaləri səhnələşdirildi, Bruklin, Paterson, Uolkil və dünyanın digər ölkələrindəki audio/video ilə məşğul olan heyət videolar hazırladı. Studiya hazır olub, bütün avadanlıqlar quraşdırılandan sonra isə növbəti bir neçə ayın proqramının hazırlanması başlandı.

JW televiziyasının studiyası, Bruklin (Nyu-York)

Bu sahə üzrə mütəxəssisdən belə ölçüdə studiyanı ərsəyə gətirmək üçün, adətən, nə qədər vaxt lazım olduğunu soruşanda, o, bizə bildirdi ki, bu, bir il yarımlıq işdir. Bizim zəhmətkeş bacı-qardaşlarımızın əməyi sayəsində isə bu layihə cəmi iki aya başa çatdı.

Bu iş gözəl bəhrələr gətirdi! Hər ayın ilk bazar ertəsi internetə yeni proqram yerləşdirilir. Hər yeni  proqram çıxanda həmin ay ərzində 2 milyondan çox baxış sayı olur. Digər videolar da daxil olmaqla, televiziyadakı verilişlərə hər ay 10 milyon dəfədən çox baxılır.

«TV-proqram məni Yehovanın təşkilatına və Rəhbərlik Şurasına daha da yaxınlaşdırdı. Bilirəm ki, məhəbbətin hökm sürdüyü ailənin bir üzvüyəm» (Keniya).

Bəs bu ruhani nemətə Yehovanın xalqının münasibəti necə oldu? Gəlin bunu onların öz dilindən eşidək:

  • «Proqrama baxdığımız gün mənim üçün ən xoşbəxt günlərdən biridir! Bu axşam, arvadımla JW televiziyasında 2015-ci ilin may buraxılışına baxdıq. Sevincimi ifadə etməyə söz tapa bilmirəm. Bu, Yehovadan aldığım ən qiymətli hədiyyələrdən biridir. Rəhbərlik Şurasına və bu işdə əməyi keçən bütün bacı-qardaşlara alqış olsun!» (İndoneziya).

  • «Bacı-qardaşların çoxu bu günə kimi bir dəfə də olsun, Rəhbərlik Şurasının hansısa bir üzvünün məruzəsini eşitməyib. Amma indi onları həm eşidə, həm də görə bilirik. Rəhbərlik Şurasına və ümumdünya qardaşlığa özümüzü hələ bu qədər yaxın hiss etməmişdik» (Keniya).

  • «Ərim imanıma şərik olmadığı üçün iki yeniyetmə övladımla ailəvi ibadət keçirmək mənə olduqca çətindir. Məncə, televiziya yayımlarının tayı-bərabəri yoxdur. Onların sayəsində özümü təşkilatın bir hissəsi hesab edirəm. Bu proqrama baxanda uşaqlarımla  mən çox ruhlanırıq. Bu, doğrudan da, Yehovadan bir paydır!» (Böyük Britaniya).

  • «JW televiziyası üçün ürəyimiz gedir! Verilişin başqa dillərdə çıxması duamızın cavabı idi. Qardaşlar, sizin səmimiliyinizi, Yehovaya ibadət etmək haqda danışarkən simanızdakı sevinc və xoşbəxtliyi görmək ürəyimizi xüsusilə riqqətə gətirir. TV-proqram başlayandan bəri özümüzü sözün əsil mənasında Yehovanın möhtəşəm təşkilatının üzvü kimi hiss edirik» (Çexiya Respublikası).

  • «Rəhbərlik Şurasını doğma dilimdə dinləmək məni Yehovaya daha da yaxınlaşdırdı» (Braziliya).

  • «Düz 16 ildir ki, Yehovaya xidmət edirəm. Amma bu gün duyduğum xoşbəxtliyi və keçirdiyim hissləri yalnız vəftiz olan zaman yaşamışdım. Əziz qardaşlarım, JW televiziyasına görə sizə çox minnətdaram!» (Braziliya).

Biz inanırıq ki, Yehovanın köməyi ilə JW televiziyası bütün dünyada yaşayan həmimanlılarımız üçün ruhani nemət olaraq qalacaq və bundan sonra da Yehovanın adını ucaldacaq!

^ abz. 3 JW televiziyasına baxmaq üçün tv.jw.org saytını ziyarət edin.