Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Yehovanın Şahidlərinin illik fəaliyyəti 2016

 ÖTƏN İLİN MÜHÜM HADİSƏLƏRİ

İbadət evlərinin tikintisi sürətlənir

İbadət evlərinin tikintisi sürətlənir

BÜTÜN dünyada həqiqi ibadətin sürətlə yayılmasında Yehova Allahın əlini görmək necə də xoşdur! (Əşy. 60:22). Bu səbəbdən ibadət evlərinə tələbat getdikcə artır. Ümumilikdə 13 000-dən çox ibadət evi tikilməli və ya əsaslı təmir olunmalıdır.

Bu işin sürətini ən sərfəli yolla artırmaq üçün Rəhbərlik Şurası müxtəlif tikinti şöbələrində dəyişikliklər həyata keçirir. Bruklindəki (Nyu-York) baş idarəmizdə yenicə yaradılmış Ümumdünya layihə-inşaat şöbəsi (ÜLİ) dünya miqyaslı tikinti və təmir-bərpa layihələri üzrə prioritetlərin müəyyən edilməsi və sürətləndirilməsində böyük zəhməti olub. Avstralaziya, Mərkəzi  Avropa, Cənubi Afrika və Birləşmiş Ştatların filiallarındakı Regional layihə-inşaat şöbəsi (RLİ) müvafiq regionlardakı layihələri idarə edir və ibadət evlərinin tikintisinin tez və sərfəli yolla həyata keçirilməsinə xüsusi diqqət ayırır. Bu şöbə həmçinin öz regionlarındakı filiallara təlim verir ki, onlar öz nəzdində olan teokratik binalara qulluq göstərsinlər. Bundan əlavə, hər bir filialda Yerli layihə-inşaat şöbəsi (YLİ) ibadət evlərinin və toplantı zallarının tikintisinə və texniki xidmətinə nəzarət edir.

2015-ci ilin yanvar ayında Birləşmiş Ştatlardakı bütün ağsaqqallar video vasitəsilə möhtəşəm bir görüşdə iştirak etmişdilər. Bu görüşdə ibadət evlərinin layihəsinin hazırlanması, inşası və qulluğu üzrə yeni sistem izah olundu.

  • İnşası. Standartlaşdırılmış dizaynlar və materiallar yerli əraziyə uyğunlaşdırılacaq və Rəhbərlik Şurasının Nəşriyyat komitəsinin göstərişinə əsaslanacaq. Binalar davamlı və az qulluq tələb edən olacaq, eyni zamanda gözəl görünəcək və çox xərc tutmayacaq.

  • Qulluğu. İbadət evlərinin saz vəziyyətdə qalması və uzun müddət bizə xidmət göstərməsi üçün hər yığıncaqdan könüllülərə təlim veriləcək.

Düzdür, binaların inşasının və qulluğunun həm miqyası, həm də həcmi olduqca böyükdür. Ancaq Yehovanın xalqının birgə zəhməti işi xeyli sürətləndirəcək, eyni zamanda ianədən qənaətlə istifadə etməyə yol açacaq.

Əlavə məlumat

Yehovanın Şahidlərinin sərhəd tanımayan tikinti işi

Yehova Allahın birlik içində yaşayan xalqı Padşahlıq zalları və başqa tikililəri tikmək üçün dövlət sərhədlərini, milli və dil baryerini aşırlar. Bütün bunlar Yehova Allahın adını ucaldır.

Ucqar yerlərdə Padşahlıq zallarının tikintisi

Könüllülərdən ibarət beş briqadanın 28 günə Padşahlıq zallarını necə inşa etdiklərinə baxın.