Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Yehovanın Şahidlərinin illik fəaliyyəti 2016

Kanada. Şimali Kvebek əyalətində inuit xalqının məskunlaşdığı Kanqirsuk kəndi

 ÖTƏN İLİN MÜHÜM HADİSƏLƏRİ

Xəbər lenti

Xəbər lenti

Bütün kanadalılara təbliğ

Kanada filialının nəzdində olan ərazi üçün «Müqəddəs Kitabı öyrənmək nəyə görə vacibdir?» adlı video səkkiz yerli dilə tərcümə olundu. 2014-cü ilin oktyabr ayında bu video Nunivakda (Arktika) keçirilən ongünlük kampaniyada inuktitut dilində 12 000-dən çox əhalisi olan 14 icmanın demək olar ki, bütün sakinlərinə göstərildi.

Menecerdə yaranan xoş təəssüratlar

2014-cü ilin sentyabr ayında Cənubi Koreyanın Sanqam Dünya Kuboku Stadionunda Seul beynəlxalq toplantısı keçirilmişdir. Toplantıya 56 000 nəfər gəlmişdi. Stadionun meneceri bu mərasim zamanı Yehovanın Şahidlərinin gözəl davranışından  və əməkdaşlığından razı qalaraq minnətdarlığını bildirmişdi. O deyir: «Hər kəs ədəb-ərkanla davranırdı. Məni ən çox valeh edən isə o idi ki, onlar stadionu bizim peşəkar işçilərdən daha təmiz yığışdırmışdılar. Kaş bizim işçilər də onlar kimi işə belə can yandırardılar. Əgər biz Allaha düzgün ibadət etmək istəyiriksə, Yehovanın Şahidlərindən nümunə götürməliyik».

Cənubi Koreya. 2014-cü ildə Seulda keçirilən beynəlxalq toplantı

Yehova vaxtında təlim verdi

İsveçdə yaşayan Yehovanın Şahidləri digər dini təşkilatlar kimi iqtisadi faydalardan yararlanmaq üçün hökumətə müraciət etsələr də, hökumət 2012-ci ilin may ayında bu müraciəti rədd etdi. Rəhbərlik Şurasının razılığı ilə bu məsələ ölkənin Ali Administrativ Məhkəməsinə ötürüldü.

 Məhkəmə məsələni həll etməzdən qabaq qardaşları dinləməyə qərar verdi. Müxtəlif ölkələrdən olan bir neçə qardaş dinləmə zamanı verilə biləcək sualları müzakirə etmək üçün bir araya gəldilər. Onlar müzakirəni Stokholmdakı ibadət evində keçirdilər.

Müzakirə zamanı qapının zəngi çalındı. Bir qardaş qapını açanda 13 və 14 yaşlarında iki qız gördü. Onlar özlərini təqdim etdikdən sonra Yehovanın Şahidləri ilə bağlı bir neçə sual vermək istədiklərini bildirdilər. Qardaş xatırlayır: «Onlara sabah gəlmələrini demək istəyirdim. Çünki məşğul idik və indi buna vaxtımız yox idi».

Buna rəğmən, qardaşımız onlarla söhbət etmək qərarına gəldi. Qızların çoxlu sualları var idi. Onlar həmçinin sosial məsələlərlə və seçkilərdə səs verməklə bağlı konkret suallar verirdilər. Qardaş söhbətini bitirdikdən sonra digər qardaşların yanına qayıdıb onlara qızların suallarını və onun verdiyi cavabları danışdı.

Səhərisi gün məhkəmə eyni sualları verəndə qardaşlar məəttəl qalmışdı. Təşkilatımızı təmsil edən qardaş deyir: «Ürəyim çox rahat idi, halbuki ölkənin ən hörmətli qanunşünaslarının qarşısında durduğum üçün həyəcanlanmalıydım. Amma Yehovanın bizimlə olduğunu artıq hiss eləmişdim. Çünki bir gün əvvəl Yehova qızların vasitəsilə bizə təlim vermişdi».

Məhkəmə lehimizə qərar çıxartdı və yeni qərarın verilməsi üçün işi hökumətə ötürdü.

 Kenin düyü torbası

Altı yaşlı Ken Haitidə yaşayır. O, yığıncaqları üçün tezliklə yeni ibadət evinin tikiləcəyini eşidəndə çox sevinmişdi. Buna görə də gizli ianə qutusu düzəltdi və onu öz otağında gizlətdi. Valideynləri ona məktəb üçün cib xərcliyi verəndə pulu aparıb qutusuna atırdı. Beləcə, Ken tikinti heyəti gələnə qədər pul yığdı. Sonra isə gizli qutusunu onlara verdi. Yığılan pula bir böyük torba düyü düşürdü. İşçilər Kenin pulu ilə alınan düyünü neçə gün yedilər.

Generalın əmri

Syerra–Leonenin əraziləri Ebola virusuna görə karantinə alındığından keçən il boyu ora daxil olmaq üçün xüsusi icazə almaq lazım gəlirdi. Məsələn, rayon nəzarətçiləri bu ərazilərə daxil olmaq üçün döş nişanları və nəqliyyat vasitələri ilə bağlı buraxılış vərəqəsi əldə etməli idilər. Bu, həmçinin ədəbiyyat daşıyanlara və poçtalyonlara da aid idi. Təbii fəlakətdən zərər çəkənlərə yardım komitəsinin üzvləri özləri ilə xlor, infraqırmızı termometrlər və qida gətirməli idilər. Maraqlıdır ki, lazım olan sənədlər həmişə verilirdi.

Bu məsələ ilə bağlı bir hadisə xüsusilə yaddaqalan olub. Qardaşlar ərizə yazıb 34 döş nişanı və nəqliyyat vasitələri üçün 11 buraxılış vərəqəsi xahiş etdilər. Ancaq razılıq almaq üçün hərbi generalla görüşməli idilər. Filialdan gəlmiş iki qardaş döş nişanlarını və buraxılış vərəqələri alacaqlarını təxmin etdikləri gün generalın yanına getdilər. Lakin onların verdiyi ərizə yoxa çıxmışdı. Qardaşlardan xahiş etdilər ki, orada olan bir topa ərizənin içində ərizələrini özləri axtarıb tapsınlar. Ancaq onlar ərizəni tapa bilmədilər. Həmin vaxt general katibəsinə ofisini bağladığını və qalan ərizələrə iki həftədən sonra baxacağını bildirdi.  Qardaşlar dinməz-söyləməz ürəklərində hərarətlə dua edib Yehovadan kömək istədilər. Həmin an general qardaşlara baxıb onlardan soruşdu: «Sizə nə qədər döş nişanı və icazə vərəqəsi lazımdır?» Sayı eşitcək yerindən sıçrayıb qışqırdı: «Nə? Ağzınızdan çıxanı qulağınız eşidir?»

Qardaşlar generala fəaliyyətimiz barədə danışdılar və göstərdiyimiz humanitar yardımın Ebola ilə mübarizədə necə fayda gətirdiyini izah etdilər. General bir az dayandı, sonra katibəsinə baxıb dedi: «Nə istəyirlərsə, ver getsin».

Qvineya və Syerra–Leone. İbadət evlərində görülən sanitariya tədbirləri