Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Yehovanın Şahidlərinin illik fəaliyyəti 2016

 İNDONEZİYA

Saranın dost-doğmaca qızı

Titi Kutin

Saranın dost-doğmaca qızı
  • DOĞUM TARİXİ: 1928

  • VƏFTİZ TARİXİ: 1957

  • QISA MƏLUMAT: İmanına qarşı çıxan ərinə həqiqəti öyrənməyə kömək edən bəsirətli bacımız. (Nəql etdi oğlu Mariyo Kutin.)

ANAM istiqanlı və mehriban qadın idi, Müqəddəs Kitabı çox sevirdi. O, Manadoda (Şimali Sulavesi) xüsusi təyinatlı müjdəçi olan Gertrud Ottla tanış olanda məmnuniyyətlə Müqəddəs Kitabı öyrənməyə razılıq vermiş və həqiqəti qəbul etmişdi. Atam Ervin tanınmış bankir, sonradan isə Cakarta fond birjasının sədri olmuşdu. O, anamın bu etiqadına qəti qarşı idi.

Günlərin bir günü atam anama ultimatum verdi:

— Ya mən, ya da dinin. Seçimini et!

Anam çox düşünüb-daşındıqdan sonra mülayim səslə dedi:

— Həm səni, həm də Yehovanı seçirəm.

Atam bilmədi nə desin və dərhal hirsi soyudu.

Vaxt keçdikcə atam dinimizə hörmət etməyə başladı. Çünki o, anamı çox sevirdi. Anamın hikməti və bəsirəti onu heyran edirdi.

 Anam atamın həqiqətə gəlməsini çox istəyirdi. Bu haqda hərarətlə dua etdikdən sonra yadına düşdü ki, atam dil öyrənməyi sevir. Buna görə də ingilis dilində Müqəddəs Kitab ayələrini evin hər tərəfinə asdı. O, atama belə izah elədi: «İngilis dilimi təkmilləşdirmək istəyirəm». Həmçinin anam bilirdi ki, atam məruzə dinləməyi sevir. Buna görə də hər dəfə Teokratik Xidmət Məktəbindəki çıxışlarını məşq edərkən onu dinləməsini xahiş edirdi, atam da razılaşırdı. Atam qonaqpərvər insan idi. Anam bunu bildiyi üçün təklif elədi ki, yığıncağa baş çəkən rayon nəzarətçisi onlarda qalsın. O etiraz eləmədi. Atam ailəcanlı olduğundan anam ona böyük toplantılara ailəlikcə getməyi mülayimliklə təklif edirdi. O da bizimlə gedirdi.

Anamın səbirlə və düşünülmüş şəkildə etdiyi cəhdlər tədricən atamın ürəyini yumşaltdı. Ailəmiz İngiltərəyə köçəndən sonra atam yığıncaq görüşlərinə gəlməyə başladı. Orada Yehovanın Şahidlərinin Rəhbərlik Şurasının gələcək üzvü ilə, Con Bar qardaşla dostlaşdı. Elə həmin il atam vəftiz oldu. Anamın sevinci yerə-göyə sığmırdı. Həmin ildən sonra atamın anama sevgisi daha da artdı.

Anam ismətli, hörmətcil və ruhən yetkin qadın olduğu üçün onu tanıyan hər kəsin ürəyinə yol tapırdı.

Bəzi dostlarımız anamı qonaqpərvərliyi ilə tanınan birinci əsrdə yaşamış mömin qadın Lidiyaya bənzədirdi (Həv. 16:14, 15). Amma mənim gözümdə anam, əri İbrahim peyğəmbərə ürəkdən itaət edən Sara kimi idi (1 But. 3:4—6). Anam ismətli, hörmətcil və ruhən yetkin qadın idi. Onu tanıyan hər kəsin ürəyinə yol tapırdı. Atamı həqiqətə gətirən də onun nümunəvi davranışı oldu. Mənə görə, o, Saranın dost-doğmaca qızı idi.

Əlavə məlumat

Yehovanın Şahidləri ailələri dağıdır, yoxsa birləşdirir?

Yehovanın Şahidlərini bəzən ailələri dağıtmaqda günahlandırırlar. Bəs bu, həqiqətən də belədir?