Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Yehovanın Şahidlərinin illik fəaliyyəti 2016

 İNDONEZİYA

Xüsusi təyinatlı müjdəçilərinin axışı

Xüsusi təyinatlı müjdəçilərinin axışı

1964-cü il iyulun 9-da İndoneziya Ədliyyə Departamenti Yehovanın Şahidlərini hüquqi şəxs kimi təmsil edən Müqəddəs Kitab Tədqiqatçıları Cəmiyyətini rəsmi şəkildə qeydiyyata aldı. Amma qardaşlar din azadlığından tam şəkildə faydalanmazdan öncə Dini İşlər Departamenti tərəfindən də qeydiyyata alınmalı idilər. Bu Departament Xristian İcması Rəhbərliyinin Baş İdarəsi ilə məsləhətləşdi. Baş idarə isə Yehovanın Şahidlərinin qəti əleyhinə olan protestantlardan ibarət idi.

Bir gün qardaşlarımızdan biri Dini İşlər naziri ilə sıx əməkdaşlıq edən baş məmurla tanış oldu. Söhbət əsnasında məlum oldu ki, eyni kənddəndirlər. Beləcə, onlar öz ləhcələrində səmimi söhbət eləməyə başladılar. Qardaş bu məmura Yehovanın Şahidləri ilə Xristian İcması Rəhbərliyinin Baş İdarəsi arasında olan problem  barədə danışdı. Onda məmur üç qardaşımızla mehriban və mülayim müsəlman olan nazirin görüşünü təşkil etdi. Nazir 1968-ci il mayın 11-i Yehovanın Şahidlərini din kimi tanıyan və onlara İndoneziyada fəaliyyət göstərmək hüququ verən rəsmi fərman çıxartdı.

Baş məmur həmçinin öz təşəbbüsü ilə Xristian İcması Rəhbərliyinin Baş İdarəsinə müraciət elədi ki, Yehovanın Şahidləri arasında xarici vətəndaşlığı olanlara missioner vizası versin. Qərəzsiz administratorun köməyi ilə 64 xüsusi təyinatlı müjdəçiyə növbəti bir neçə il ərzində İndoneziyaya girib-çıxmağa icazə verdi.

1968-ci ilə kimi təxminən 300 xüsusi təyinatlı müjdəçi və xüsusi öncül, eləcə də 1200-dən çox təbliğçi İndoneziyanın dörd bir tərəfinə xoş xəbəri çatdırmışdı. Xüsusi təyinatlı müjdəçilər yerli bacı-qardaşlara dəyərli təlim vermişdilər. Bunun sayəsində onlar ruhani cəhətdən sürətlə böyüdülər. Bu təlim lap yerinə düşmüşdü, çünki böyük sürətlə təqib fırtınası yaxınlaşırdı.

Din xadimlərinə «Milad hədiyyəsi»

1974-cü ildə Xristian İcması Rəhbərliyinin Baş İdarəsi yenidən Yehovanın Şahidlərinin fəaliyyətini qadağan etmək üçün tədbir tökdü. Bu idarənin baş direktoru Dini İşlər Departamentinin bölgələrdəki bütün ofislərinə məktub yazaraq Yehovanın Şahidlərini qeyri-rəsmi fəaliyyət göstərməkdə ittiham elədi. Direktor məmurlara dedi ki, Yehovanın Şahidləri onları «narahat» edən kimi dərhal tədbir görsünlər. Bu, Yehovanın xalqını təqib etmək üçün bir eyham idi. Əksər məmurlar bu sözlərə əhəmiyyət vermədilər. Qalanları isə fürsətdən istifadə edərək yığıncaqlara və ev-ev təbliğə qadağa qoymağa başladı.

1976-cı il dekabrın 24-ü Yehovanın Şahidlərinin fəaliyyətinin qadağan olunmasından bəhs edən qəzet

 Həmin vaxtlarda Ümumdünya Kilsələr Şurası (ÜKŞ) Cakartada beynəlxalq konqres keçirməyi planlaşdırırdı. Yerli müsəlmanlar bu tədbirin provokasiya və aqressiv xarakterli olduğunu hesab edirdi. Dini gərginliyin artması səbəbindən Şura bu konqresi ləğv etdi. Ancaq xristianlaşdırmaq cəhdi qızğın məsələyə çevrildi və bu, bir çox siyasətçini narahat edirdi. Din xadimləri Yehovanın Şahidlərinin təbliğ fəaliyyəti haqda açıq-aşkar gileylənərək bu məsələdə onları günahlandırmağa çalışırdılar. Nəticədə, daha çox məmur Yehovanın Şahidlərinə pis münasibət bəsləməyə başladı.

1975-ci ilin dekabr ayında dini gərginliyin artdığı bir vaxtda İndoneziya keçmiş portuqal koloniyası olan Şərqi Timora (indiki Timor-Leste) hücum etdi. Yeddi aydan sonra Şərqi Timor ərazisi işğal olundu və bu, bütün xalqın vətənpərvərlik hissini alovlandırdı. Qardaşların siyasi bitərəf olmaları, hərbi xidmətdən və bayrağa təzim etməkdən imtina etmələri baş hərbi komandirlərin qəzəbinə səbəb oldu (Mət. 4:10; Yəh. 18:36). Din xadimləri fürsətdən istifadə edərək hökumətdən Yehovanın Şahidlərinə qarşı çıxmağı tələb etdilər. Nəticədə, 1976-cı ilin dekabrın ortalarında din xadimləri öz «Milad hədiyyəsi»ni aldı — hökumət Yehovanın Şahidlərinin fəaliyyətinə qadağa qoydu.