Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Yehovanın Şahidlərinin illik fəaliyyəti 2016

«Həbsdə olduğum müddətdə Yehovaya güvənməyi öyrəndim. Əslində, həbs məni ruhani cəhətdən daha da möhkəmləndirdi»

 İNDONEZİYA

Onlar təslim olmadılar

Onlar təslim olmadılar

Filialdakı qardaşlar qadağa haqda xəbər tutanda hərəkətə keçdilər. Ronald Yaka bölüşür: «Məxfi sənədləri, ədəbiyyatları və filialın vəsaitlərini Cakartada münasib evlərdə gizlətdik. Sonra filialı gizlin yerə köçürüb əvvəlki binaları xəlvətcə satdıq».

Qardaşların çoxu fəal və sarsılmaz idi. Onlar ağır sınaqlara qatlaşmışdılar. Hətta fəaliyyətimizə qadağa qoyulanda Yehovaya etibarlarını itirmədilər. Ancaq elə bacı-qardaşlar var idi ki, sınaqlara hazır deyildilər. Bir neçə ağsaqqal qorxuya düşüb təbliğ etməyi dayandırmağa razılıq verən sənədi imzaladı. Hətta bəziləri yığıncaq üzvlərinin adlarını da vermişdilər. Filial yığıncaqları möhkəmləndirmək və zəiflik göstərib güzəştə gedənlərə kömək etmək üçün yetkin qardaşları bu əraziyə göndərdi. Rəhbərlik Şurasının üzvü Con But İndoneziyaya gəlib onlara ata nəsihəti verdi. Bu, lap yerinə düşmüşdü.

Əslində, xalqını möhkəmləndirən və onlara təsəlli verən Dahi Çobanımız Yehova idi (Hizq. 34:15). Ağsaqqallar üzərlərinə düşən işləri daha məsuliyyətlə yerinə yetirməyə başladılar. Təbliğçilər yeni üsullarla və ehtiyatla təbliğ etməyi öyrəndilər (Mət. 10:16). Əksər qardaşlar İndoneziya Müqəddəs Kitab Cəmiyyətindən münasib qiymətə Müqəddəs Kitab nüsxələrini alıb ev sakinlərinə təklif edirdilər və vəziyyətə baxıb xoş xəbəri bölüşürdülər. Digərləri isə ədəbiyyatlarımızı paylamazdan öncə müəllif hüququnun göstərildiyi səhifəni qoparırdılar. Əksər öncüllər, Yapon işğalı zamanı təbliğ edən bacı-qardaşlar kimi, alverçi adı ilə qapı-qapı gəzib təbliğ edirdilər.

Marqaret və Norbert Hausler

 1977-ci ildə növbəti zərbəni Dini İşlər Departamenti endirdi: onlar Yehovanın Şahidləri üçün missioner vizasının vaxtını uzatmaqdan imtina etdilər. Qardaşlar xüsusi təyinatlı müjdəçilərin çoxunu başqa ölkələrə təyin etdilər *. Manadoda (Şimali Sulavesi) həyat yoldaşı ilə xidmət edən xüsusi təyinatlı müjdəçi Norbet Hausler xatırlayır: «Bizimlə vidalaşmaq üçün hava limanına yüzlərlə bacı-qardaş gəlmişdi. Təyyarənin pilləkəninə yaxınlaşanda ayaq saxlayıb arxaya boylandıq. Yüzlərlə adam bizə əl eləyirdi. Onlar təyyarə meydançasında bir ağızdan qışqırırdılar: “Çox sağ olun! Sağ olun ki, bura  gəldiniz”. Biz təyyarəyə minəndə göz yaşlarımızı saxlaya bilmədik».

Sumbada özbaşınalıq

Qadağa ilə bağlı xəbər bütün arxipelaqa yayılanda İndoneziya Kilsələr Birliyi öz üzvlərini təhrik etdi ki, Yehovanın Şahidlərinin etdiyi hər şeyi səlahiyyətli şəxslərə xəbər versinlər. Nəticədə, əksər adalarda saysız-hesabsız bacı-qardaş həbs olunmağa və sorğu-suala çəkilməyə başladı.

Sumba adasında yerləşən Vaynqapuda rayon hərbi komandiri 23 qardaşı hərbi düşərgəyə çağırdı və onlardan imanlarını inkar etdiyini göstərən bəyannaməni imzalamağı tələb etdi. Qardaşlar bundan imtina edəndə komandir onlara növbəti gün düşərgəyə qayıtmalarını əmr etdi. Bu isə o demək idi ki, qardaşlar piyada 14 kilometr yol gedib-gəlməli idilər.

Səhərisi gün tezdən komandirin yanına gələndə onların hamısını bir-bir qabağa çıxarıb bəyannaməni imzalamağı tələb etdilər. Qardaş imzalamayanda əsgərlər onları tikanlı ağac budaqları ilə vururdular. Əsgərlər o qədər azğınlaşmışdı ki, bəzi qardaşları huşunu itirənə qədər döyürdülər. Digərləri isə həmin vaxt öz aqibətlərini gözləyirdi. Axırda Mone Kele adlı bir cavan qardaş irəli çıxıb bəyannaməyə nəsə yazdı. Qardaşlar onun bu hərəkətinə görə çox məyus oldular. Amma komandir cin atına mindi, çünki Mone orada «Mən əbədiyyən Yehovanın Şahidi olaraq qalacağam» sözlərini yazmışdı. Moneni döyüb elə günə saldılar ki, o, xəstəxanaya düşdü. Amma Yehovaya xəyanət etmədi.

Komandir 11 gün ərzində qardaşların sədaqətini sındırmağa çalışdı: onları bütün günü qızmar tropik günəşin altında saxladı, bir neçə kilometri dizüstə  iməkləməyə və ağır yüklə uzun məsafəni qaçmağa məcbur etdi. Bıçağı boğazlarına dirəyib bayrağa təzim etməyi əmr etdi. Ancaq onların sədaqətini sındıra bilmədi ki bilmədi. Buna görə əmr verdi ki, onları yenə döysünlər.

Hər səhər qardaşlar ağır addımlarla düşərgəyə gəlirdilər. Bilmirdilər onları qarşıda daha hansı işgəncələr gözləyir. Qardaşlar yol boyu dua edir, bir-birilərini sadiq qalmağa təşviq edirdilər. Gecə isə qan içində, güc-bəla ilə addımlasalar da, Yehovaya sadiq qaldıqlarına görə sevinə-sevinə evə qayıdırdılar.

Filial komitəsi qardaşların başına açılan oyunlardan xəbər tutanda dərhal Vaynqapu hərbi komandanlığına, Timor regional hərbi komandanlığına, Bali diviziya komandanlığına, Cakartadakı ali hərbi komandanlığa və digər baş dövlət məmurlarına etiraz məktubu yazıb teleqrafla göndərdi. Vaynqapudakı komandir alçaq hərəkətlərinin bütün İndoneziyaya yayıldığını biləndə qardaşları rahat buraxdı.

«Yehovanın Şahidləri mismar kimidir»

Növbəti illər ərzində bütün İndoneziyada saysız-hesabsız Yehovanın Şahidi tutulur, sorğu-suala çəkilir və döyülürdü. Bil Peri adlı xüsusi təyinatlı müjdəçi xatırlayır: «Bir ərazidə əksər qardaşların qabaq dişlərini vurub sındırmışdılar. Qardaşlar kiminsə qabaq dişlərinin yerində olduğunu görəndə zarafatla deyirdilər: “Deyəsən, yenisən? Yoxsa təslim olmusan?” Sınaqlara baxmayaraq,  təqib olunanlardan heç biri sevincini, Yehovaya xidmət etmək əzmini itirmədi».

Qadağa vaxtı keçirilən böyük toplantı; gələnlərin bir qismi qayıqdan dinləyir

Bu 13 il ərzində 93 Yehovanın Şahidi iki aydan dörd ilə qədər həbs cəzasına məhkum edildi. Amma sınaqlar onların Yehovaya sadiq qalmaq qətiyyətini daha da möhkəmləndirdi. Səkkiz ay həbsdə yatan Musa Rade azadlığa çıxandan sonra yaşadığı ərazidəki qardaşları təbliğ işinə təşviq etmək üçün onları ziyarət etmişdi. O deyir: «Həbsdə olduğum müddətdə Yehovaya güvənməyi öyrəndim. Əslində, həbs məni ruhani cəhətdən daha da möhkəmləndirdi». Odur ki, ətrafdakıların: «Yehovanın Şahidləri mismar kimidir: nə qədər çox vurursan, o qədər dərinə girir», — deməsi heç də təəccüblü deyil!

Təbliğçilər xoş xəbəri çatdırmaq üçün qayıqla Ambona (Molukk) gedərkən

^ abz. 6 Uzun illər xüsusi təyinatlı müjdəçi kimi xidmət edən Peter Vanderhagenlə Len Devisin yaşı 60-ı keçdiyi üçün, Marian Tambunan (keçmiş Styuva) isə indoneziyalı ilə ailə qurduğuna görə onlara İndoneziyada qalmağa icazə verdilər. Onların hər üçü Allahın işini canla-başla görüb qadağalara rəğmən səmərəli xidmət etmişdi.