Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Yehovanın Şahidlərinin illik fəaliyyəti 2016

 İNDONEZİYA

Qərbi Yava bəhrə verir

Teodor Ratu

Qərbi Yava bəhrə verir

1933-cü ildə Frank Rays qardaş Şimali Sulavesidən olan Teodor (Teo) Ratunu özü ilə birlikdə Cakartada ədəbiyyat anbarında işləməyə dəvət etdi. Teo xatırlayır: «Padşahlıq işi çox xoşuma gəldi və Frank qardaşla təbliğ etməyə başladım. Sonra Bil Hanterin Yavada etdiyi təbliğ səyahətinə və Sumatraya gedən “Nur daşıyıcısı”nın gəmi heyətinə qoşuldum». Teo həqiqəti qəbul edən ilk indoneziyalı idi. O, Yavada, Şimali Sulavesidə və Sumatrada onilliklər ərzində öncül kimi xidmət etmişdi.

Növbəti il Bil Hanter Cakartada yaşayan Feliks Tan adlı tələbəyə «Ölülər haradadır?» bukletini verdi. Feliks evinə, Bandunqa (Qərbi Yava) qayıdıb bukleti kiçik qardaşı Dodoya göstərdi. Onlar bukletdən ilk insan olan Adəmin cismani varlıq olduğunu və öləndə ondan heç bir ruhun ayrılıb yaşamağa davam etmədiyini oxuyanda çox təəccübləndilər (Yar. 2:7). Bu qardaşların ruhani mövzulara marağı daha da artdı. Feliks və Dodo Gözətçi Qülləsi cəmiyyətinin ədəbiyyatlarını tapmaq üçün Bandunqda  köhnə kitablar satılan mağazaları ələk-vələk etdilər. Onlar oxuduqlarını evdəkilərlə bölüşürdülər. Tapdıqları nəşrləri oxuduqdan sonra Cakartadakı ədəbiyyat anbarına məktub yazdılar. Məktublarına cavab olaraq özü ilə ədəbiyyat gətirən Frank qardaşın gəldiyini görəndə çox sevindilər.

Tan ailəsi

Frank qardaş Cakartaya qayıdandan sonra Bandunqa yenicə ailə qurmuş Klem Deşampla yoldaşı Ceyn gəldi. Onlar orada 15 gün qaldılar. Feliks bölüşür: «Klem qardaş bizdən vəftiz olmaq istəyib-istəmədiyimizi soruşdu. Mən, Dodo, kiçik bacım Cozefina və anam Kanq Nio özümüzü Yehovaya həsr edib vəftiz olduq» *. Vəftiz olduqdan sonra Tan ailəsi Klem və Ceynlə birlikdə  9 günlük təbliğ kampaniyasına qoşuldular. Klem onlara şahidlik üçün vərəqə ilə təbliğ etməyin üsulunu göstərdi. Bu vərəqədə üç dildə qısaca xoş xəbər yazılmışdı. Bandunqdakı qrup az sonra İndoneziyada ikinci yığıncaq oldu.

«Papa»nın baş geyimi

Təbliğ işinin vüsət alması Xristian dininin ruhanilərinin gözündən yayınmadı. Onlar əlaltıları ilə birgə Yehovanın Şahidlərinin inancları və fəaliyyəti əleyhinə məqalələr çap etməyə başladılar. Bu məqalələrə görə Dini İşlər Departamenti Frank Rays qardaşı sorğu-suala çağırdı. Verdiyi cavablar onları qane etdi, buna görə də təbliğ işinin davam etməsinə izin verdilər *.

1930-cu illərin əvvəlində əksər koloniya məmurları təbliğ işinə maneçilik törətmirdilər. Amma nasist Almaniyası Avropada hakimiyyətə gələndə bəzi bürokratlar öz mövqelərini dəyişdilər, xüsusən də qatı katoliklər. Klem Deşamp qardaş xatırlayır: «Gömrük məmuru olan bir katolik kitablarımızın nasizm əleyhinə olduğunu bəhanə gətirərək onları müsadirə etdi. Narazılığımı bildirmək üçün Gömrük Departamentinə zəng vurdum. Mənə dedilər ki, həmin məmur məzuniyyətdədir. Bizi gözü götürməyən bu məmuru katolik olmayan mehriban bir kişi əvəz edirdi. O bizə dedi: “Nə qədər ki o yoxdur, gəlin hamısını götürün!”»

Ceyn Deşamp bölüşür: «Bir dəfə də məmurlar “Düşmənlər” adlı kitabdakı iki şəkli dəyişməyi tələb etdilər. Həmin şəkillər qıvrılan ilanın (Şeytan) və sərxoş fahişənin (yalan din) karikaturası idi *. Hər ikisinin başında  “papa”nın baş geyimi təsvir olunmuşdu. Amma biz bu kitabı paylamaq niyyətində idik. Buna görə də üçümüz istinin cırhacırında sahildə oturub minlərlə kitabı bir-bir açaraq “papa”nın şəkildəki baş geyimini qaralayırdıq».

«Düşmənlər» kitabında qadağan olunmuş iki şəkil

Avropa müharibəyə doğru irəlilədiyi bir vaxtda ədəbiyyatlarımız xristian dünyasının riyakarlığını və siyasətə qarışdığını cəsarətlə ifşa etməyə davam edirdi. Bunun qarşılığında ruhanilər hakimiyyətə daha da təzyiq göstərdilər ki, işimizə qadağa qoyulsun. Nəticədə, bir neçə ədəbiyyatımız qadağan olundu.

Amma qardaşlar işi dayandırmaq fikrində deyildilər. Onlar Avstraliyadan göndərilən çap maşınından tam şəkildə yararlanırdılar (Həv. 4:20). O günləri yada salaraq Ceyn bacı deyir: «Yeni buklet və ya jurnal çap edəndə icazə almaq üçün bir nüsxəsini dövlətə təqdim etməli  idik. Biz ədəbiyyatı həftənin əvvəli çap edib yığıncaqlara paylayır, həftənin axırı isə bir nüsxəni baş prokurorluğa aparırdıq. Onlar icazə verməyəndə heyifsiləndiyimizi göstərmək üçün başımızı yırğalayırdıq, sonra da vaxt itirmədən növbəti ədəbiyyatı çap edirdik».

Qadağan olunmuş ədəbiyyatı paylayan bacı-qardaşlar polislə, sanki, siçan-pişik oyunu oynayırdılar. Məsələn, Kediridə (Şərqi Yava) şahidlik edərkən gözlənilmədən polis sahə inspektoru Çarlz Haris qardaşı yanına çağırıb dedi:

«Səhərdən səni axtarıram. Gözlə, qoy gedim qadağan olunmuş kitablarınızın siyahısını gətirim».

«İnspektor evində siyahını axtararkən mən qadağan olunmuş ədəbiyyatları paltomun iç ciblərində gizlətdim. O qayıdanda isə ona qadağan olunmamış 15 buklet verdim. İnspektor həvəssiz-həvəssiz mənə ianə verdi. Qadağan olunmuş ədəbiyyatları isə həmin küçənin o biri başındakı evlərdə payladım», — deyə Çarlz qardaş bölüşür.

Təzyiqlərə rəğmən çap işi dayanmır

İkinci Dünya müharibəsi Avropanı ağuşuna alanda Niderlanddan İndoneziyaya gələn ədəbiyyatın idxalı dayandı. Lakin qardaşlar bu problemin olacağını qabaqcadan sezib çap işini Cakartada kommersiya şirkətində təşkil etdilər. 1939-cu ilin yanvar ayında «Təsəlli» (indiki «Oyanın!») jurnalının İndoneziya dilində ilk nəşri işıq üzü gördü. Az sonra isə bu dildə «Gözətçi qülləsi» jurnalı çap olundu. Qardaşlar kiçik çap maşını alıb jurnalları özləri dərc etməyə başladılar. 1940-cı ildə Avstraliyadakı qardaşlar daha böyük çap maşını göndərdilər. Bu maşında qardaşlar İndoneziya və Niderland dillərində bukletlər, jurnallar çap edirdilər. Onlar bütün xərcləri öz ciblərindən ödəyirdilər.

Cakarta anbarına gətirilən ilk çap maşını

 1941-ci il iyulun 28-i hökumət Gözətçi Qülləsi Cəmiyyətinin bütün ədəbiyyatlarını qadağan etdi. Ceyn bacı deyir: «Bir gün səhər ofisimdə yazı maşınında çap edərkən biqafil qapı açıldı. İçəri sinəsində medalları, əlində ağ əlcəkləri, belində qılıncı, başında lələkli papağı olan hərbi geyimli yüksək rütbəli niderlandlı məmur və üç polis daxil oldu. Biz heç təəccüblənmədik. Çünki ədəbiyyatlarımıza qadağa qoyulacağını üç gün əvvəl bilirdik. Özündənrazı məmur uzun bir qətnamə oxuduqdan sonra tələb elədi ki, çap maşınımızı möhürləməsi üçün onu çapxanaya aparaq. Ancaq yoldaşım ona dedi ki, artıq gecdir. Çünki çap maşını dünən satılmışdı!»

Ancaq Müqəddəs Kitab qadağan olunmamışdı. Beləcə, onlar təkcə Müqəddəs Kitabdan istifadə edərək ev-ev təbliğ etməyə davam edirdilər. Onlar Müqəddəs Kitab dərsləri də keçirdilər. Amma Asiyanı müharibə təhlükəsi gözlədiyi üçün xarici vətəndaşlığı olan öncüllərə Avstraliyaya qayıtmaq göstərişi verildi.

^ abz. 5 Sonradan Feliksin atası və üç kiçik qardaşı da Yehovanın Şahidi oldu. Bacısı Cozefina Andre Eliyasla ailə qurdu və onlar Gözətçi Qülləsinin Müqəddəs Kitab Məktəbi Giladda təlim aldılar. Cozefinanın həyat hekayəsi «Oyanın!» jurnalının 2009-cu il sentyabr (rus.) sayında dərc olunub.

^ abz. 7 İkinci Dünya müharibəsindən sonra Frank Avstraliyaya qayıtdı və orada ailə qurdu. Frank qardaş 1986-cı ildə yerüzü həyatını başa vurdu.

^ abz. 9 Bu şəkillər Vəhy 12:9 və 17:3—6 ayələrinə əsaslanıb.