Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Yehovanın Şahidlərinin illik fəaliyyəti 2016

 İNDONEZİYA

İndoneziyaya bir nəzər

İndoneziyaya bir nəzər

Ərazi. Ekvator xətti ilə ikiyə bölünən İndoneziya Avstraliya və Asiya qitələri arasında yerləşir. Dünyada ən böyük arxipelaqdır. Dərə-təpə dağları və sıx tropik meşələri olan bu ölkə 17 500-dən çox adadan ibarətdir. İndoneziyada 100-dən çox aktiv vulkan olduğundan bura dünyanın ən aktiv vulkanik ərazisi sayılır.

Əhali. İndoneziya əhalisinin sayına görə dünyada Çin, Hindistan və Birləşmiş Ştatlardan sonra dördüncü yeri tutur. Burada 300-dən çox etnik qrup məskunlaşıb. Əhalisinin yarıdan çoxunu yavalılar və sundalılar təşkil edir.

 Din. Əhalinin təxminən 90 faizi müsəlman, digərləri isə, əsasən, hinduist, buddist və xristiandır. Çoxları isə yerli ənənəvi dinlərini qoruyub saxlamışlar.

Dil. Arxipelaqda 700-dən çox dildə danışılır. Dövlət dili Malayya dilindən törənmiş İndoneziya dilidir. İnsanların çoxu evdə regional dildə danışır.

İqtisadiyyat. Əhalinin əksəriyyətini kiçik fermerlər və ticarətçilər təşkil edir. Ölkə faydalı qazıntı yataqları, taxta-şalban, xam neft və təbii qaz ilə zəngindir. Əsas istehsalı kauçuk və palma yağıdır.

Mətbəx. Yeməklərinin şahı düyüdür. Məşhur yeməklərinə nasi qorenq (qızardılmış düyü və tərəvəzlə yumurta), satay (ət kababı) və qado-qado (fıstıq sousu ilə salat) daxildir.

İqlim. İsti və rütubətli ərazidir. Musson küləklər nəticəsində ölkədə iki mövsüm mövcuddur: quru və yağışlar mövsümü. Tufanların olması adi haldır.