Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Yehovanın Şahidlərinin illik fəaliyyəti 2016

 İNDONEZİYA

Kommunist qiyamından sağ çıxdım

Ronald Yaka

Kommunist qiyamından sağ çıxdım
  • DOĞUM TARİXİ: 1928

  • VƏFTİZ TARİXİ: 1941

  • QISA MƏLUMAT: İndoneziyada 25 ildən artıq xidmət etmiş filial xidmətçisi.

1965-ci il oktyabrın 1-i gecə yarısı idi. Dövlət çevrilişinə cəhd zamanı İndoneziya Kommunist Partiyasının (İKP) qoşunları tanınmış altı generalı qətlə yetirdilər. Dövlət buna tez və amansızcasına cavab verdi. Ümumxalq soyqırımı kimi tanınan bu hadisədə təxminən 500 000 günahsız kommunist qətlə yetirildi.

Çevriliş baş tutmayandan bir neçə həftə sonra yüksək rütbəli hərbi komandir bildirdi ki, adım ölüm siyahısında lap başda idi. Kommunistlər bu siyahıya ərazimizdəki bütün dini liderlərin adını daxil etmişdilər. O hətta mənim üçün qazılmış qəbri də göstərmək istədi. Ancaq mən hörmətcil şəkildə bundan imtina etdim. Siyasi mühitin tüğyan etdiyi bir atmosferdə istəmədim ki, məni onunla birgə görsünlər və məsihi bitərəfliyimə xələl gəlsin.

Əlavə məlumat

Nəyə görə Yehovanın Şahidləri siyasətə qarışmırlar?

Şahidlər dövlət üçün təhlükəlidir?