Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Yehovanın Şahidlərinin illik fəaliyyəti 2016

 İNDONEZİYA

Onun üçün ən vacibi ruhani xəzinə idi

Teo Senq Bi

Onun üçün ən vacibi ruhani xəzinə idi
  • DOĞUM TARİXİ: 1906

  • VƏFTİZ TARİXİ: 1937

  • QISA MƏLUMAT: İrqi zorakılığa sinə gərən sadiq ağsaqqal. (Nəql etdi qızı Teo So Nio.)

1963-cü ilin mayında Qərbi Yavada anti-Çin iğtişaşları baş qaldırdı. Ən çox zərər çəkən şəhər Sukabumi idi. Ailəmiz orada yükdaşıma biznesi ilə məşğul olurdu. Azğınlaşmış yüzlərlə insan, o cümlədən bəzi qonşularımız evimizə soxuldular. Qiyamçılar əmlakımızı darmadağın edib talayanda biz qorxudan bir-birimizə qısılmışdıq.

İzdiham çıxıb gedəndə bəzi qonşularımız təsəlli vermək üçün bizə gəldilər. Atam onlarla qonaq otağının döşəməsində əyləşdi. O, viran qalmış əşyalarımızın arasından sunda dilində olan böyük Müqəddəs Kitabını tapdı. Kitabı açıb qonşularımıza bu əzabların olacağı barədə qabaqcadan xəbər verildiyini göstərdi. Sonra isə Allahın verdiyi ümid barədə danışdı.

Atamın heç vaxt dünya malında gözü olmayıb. O, tez-tez bizə xatırladardı: «Ruhani işlər birinci yerdə olmalıdır!» Onun gözəl nümunəsi sayəsində anam, beş bacı-qardaşım, 90 yaşlı babam və çoxlu qohum-qonşumuz həqiqəti qəbul etdi.

Əlavə məlumat

Müqəddəs Kitabda irqçilik barədə nə deyilir?

Bütün irqlər bərabərdir? İrqçiliyin sonu olacaq?