Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Yehovanın Şahidlərinin illik fəaliyyəti 2016

 İNDONEZİYA

Rəhbərliyə tabe olub sağ qaldıq!

Blases de Qomez

Rəhbərliyə tabe olub sağ qaldıq!
  • DOĞUM TARİXİ: 1963

  • VƏFTİZ TARİXİ: 1995

  • QISA MƏLUMAT: Ambonda (Molukk adalarının bir hissəsi) dini münaqişə zamanı sürüsünün qayğısına qalan ağsaqqal.

1999-cu il yanvarın 19-u evimdən üç kilometr aralıda müsəlmanlarla xristianlar arasındakı artan düşmənçilik davaya çevrildi. Aləm bir-birinə dəymişdi *.

Ailəmin təhlükəsizlikdə olduğuna arxayın olan kimi iman bacı-qardaşlarıma zəng edib onlarla maraqlandım. Onlara təlaşa qapılmamağı və təhlükəli ərazidən uzaq durmağı tapşırdım. Bir müddət sonra ağsaqqallar yığıncağa baş çəkib həmimanlıları ruhlandırdılar və onları qrup-qrup yığışıb ibadət etməyə təşviq etdilər.

Filial tapşırdı ki, təhlükəli ərazidə yaşayan təbliğçilər evakuasiya olunsun, biz də bu göstərişi orada yaşayan ailələrə çatdırdıq. Bir qardaş isə evini qoyub getmək istəmirdi. O, çox keçməmiş silahlı dəstə tərəfində qətlə yetirildi. Ancaq filialın göstərişinə əməl edənlərin hamısı sağ qaldı.

^ abz. 7 Molukk ərazisini bürüyən münaqişə iki ildən çox davam etdi və on minlərlə adam evindən didərgin düşdü.