Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Yehovanın Şahidlərinin illik fəaliyyəti 2016

 İNDONEZİYA

Bibelkrinq

Bibelkrinq

1930-cu illərin axırlarında Şimali Sumatrada yerləşən Toba gölü ətrafında Bibelkrinq adlı (Niderland dilində «Müqəddəs Kitab şagirdləri qrupu» deməkdir) yeni dini cərəyan peyda oldu. Cərəyanın əsası belə qoyulmuşdu: başqa yerdən gələn bir öncül bir neçə müəllimə ədəbiyyat vermişdi. Ehtimal ki, həmin öncül 1936-cı ildə Toba gölü ətrafında təbliğ edən Erik Yuins idi. Müəllimlər ədəbiyyatları oxuduqdan sonra Batak protestant kilsəsini tərk edib Müqəddəs Kitabı öyrənmək üçün evlərdə qruplar yaratmışdılar. Bu qruplar böyüyüb çoxaldı. Onların yüzlərlə üzvü oldu *.

Bibelkrinq cərəyanının keçmiş üzvü Deym Simbolan indi məsihi bacımızdır

Bibelkrinqin ilk üzvləri öncülün verdiyi ədəbiyyatdan Müqəddəs Kitaba əsaslanan bir neçə həqiqəti öyrəndilər. «Onlar artıq bayrağa təzim etmir, Milad bayramını və ad gününü keçirmirdilər. Bəziləri hətta ev-ev təbliğ edirdi», — deyə 1972-ci ildə həqiqəti qəbul etmiş bu cərəyanın keçmiş üzvü Deym Simbolan bildirir. Amma Allahın təşkilatının dəstəyi olmadığı üçün cərəyan tezliklə insan düşüncəsi ilə zəhərləndi. «Qadınlara kosmetikadan istifadə etmək, qır-qızıl taxmaq, dəbli paltar, hətta dəbli ayaqqabı geyinmək günah sayılırdı. Bu cərəyan öz üzvlərinə şəxsiyyət vəsiqəsi almağı qadağan edirdi. Onların bu mövqeyi hökumətin qəzəbinə səbəb olurdu», — deyə bu cərəyanın digər keçmiş üzvü Limeriya Nadapdap izah edir. İndi o, bizim ruhani bacımızdır.

Bibelkrinq cərəyanı bir neçə məzhəbə parçalandı və tədricən dağıldı. Öncüllər Toba gölü ərazisinə yenidən gələndə Bibelkrinq üzvlərindən çoxu həqiqəti qəbul etdi.

^ abz. 3 Bəzi mənbələrə əsasən, Bibelkrinqin üzvlərinin ən yüksək sayı minlərlə olmuşdu.