Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Yehovanın Şahidlərinin illik fəaliyyəti 2016

 İNDONEZİYA

Unudulmaz toplantı

Unudulmaz toplantı

1963-cü il avqustun 15-dən 18-dək İndoneziyanın dörd bir yanından təşrif buyuran yüzlərlə təbliğçi və digər ölkələrdən gələn 122 qonaq Bandunq şəhərində (Qərbi Yava) bir araya gəldilər. Onlar İndoneziyada baş tutacaq «Əbədi xoş xəbər» adlı ilk beynəlxalq toplantıya təşrif buyurmuşdular.

Qardaşlar bu tədbirə hazırlaşan müddətdə çoxlu çətinliklərlə üzləşmişdilər. Toplantının keçiriləcəyi məkan Milli Müstəqillik günü ilə əlaqədar üç dəfə dəyişildi. İnfilyasiyanın artması səbəbindən dövlət nəqliyyatın gediş haqqını 400 faiz qaldırmağa məcbur oldu. Buna görə də bəzi qonaqlar başqa nəqliyyat vasitələri ilə gələsi oldular. Bir qardaş toplantıda iştirak etmək üçün altı gün piyada yol gəlmişdi. Sulavesidən gələn 70 nəfər isə izdihamla dolu gəminin açıq göyərtəsində beş gün yol qət etmişdi.

İndoneziyalı bacı-qardaşlar başqa ölkələrdən gələn dindaşları ilə, o cümlədən Rəhbərlik Şurasının iki üzvü — Frederik Frans və Qrant Syuterlə görüşəndə sevinclərinin həddi-hüdudu yox idi. Toplantıya gələnlərdən bir nəfər demişdi: «Qardaşlar çox xoşbəxtdirlər, çöhrələrindən gülüş əskik olmur».

Bu toplantıda 750 nəfərdən çox adam iştirak etmiş və 34 nəfər vəftiz olmuşdu. Ronald Yaka bölüşür: «Bu tarixi toplantı yeni gələnlərə həqiqətdən möhkəm yapışmağa təkan verdi, indoneziyalı bacı-qardaşları isə Allahın işində daha da şövqlə çalışmağa həvəsləndirdi».

1963-cü ildə keçirilən «Əbədi xoş xəbər» adlı toplantıda nitq söyləyən Ronald Yaka (sağda) və tərcüməçisi

Əlavə məlumat

Böyük toplantılar

Each year, we meet together for three special events. How can you benefit from these gatherings?