Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Yehovanın Şahidlərinin illik fəaliyyəti 2016

2016-cı ilin ayəsi

«Aranızda daim qardaşlıq məhəbbəti olsun» (İbranilərə 13:1).

2016-cı ilin ayəsi

«Çoxları... bir-birinə nifrət edəcək... Əksər insanlarda məhəbbət soyuyacaq» (Mət. 24:10, 12). Bu sözlərlə İsa Məsih peyğəmbərlik etmişdi ki, eramızın 70-ci ilində Yerusəlim məhv olunmazdan öncə insanlar arasında məhəbbət böhranı yaşanacaq. Bunun əksinə olaraq, Məsihin davamçıları məhəbbət göstərmələri ilə seçiləcəklər  (Yəh. 13:35). Yəqin Bulusun sözlərini oxuyanda Yerusəlimdəki ibrani məsihilər çox ruhlanmışdılar. Axı Bulus aralarındakı qardaşlıq məhəbbətindən agah olduğunu bildirmiş və onları belə qalmağa təşviq etmişdi.

Bu gün biz şər dünyanın məhvinin astanasındayıq. Birinci əsrdəki iman bacı-qardaşlarımız kimi, biz də elə zəmanədə yaşayırıq ki, insanlar pulu, eyş-işrəti və özlərini Allahdan və başqalarından çox sevirlər (2 Tim. 3:1—4). Ancaq bütün dünyada Yehovanın Şahidləri arasında qardaşlıq məhəbbəti rövnəqlənir. Gəlin qardaşlıq məhəbbətini alovlandıraraq məhəbbətin özülü olan Yehovanın adını ucaldaq.