Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Yehovanın Şahidlərinin illik fəaliyyəti 2016

İsa Məsihi anma mərasimi — cümə, 3 aprel 2015

İsa Məsihi anma mərasimi — cümə, 3 aprel 2015

2015-ci il martın 7-si şənbə günü bütün dünyada olan yığıncaqlar dördhəftəlik kampaniyaya start verdilər. Məqsəd daha çox insanı İsa Məsihin ölümünü birgə anmağa və fidyənin hansı nemətlər gətirdiyini açıqlayan məruzəni dinləməyə dəvət etmək idi. Milyonlarla dəvətnamə insanlara şəxsən, telefon və e-mail vasitəsilə verilmişdi. Bəs camaat buna necə hay verdi? Aprelin 3-ü cümə günü keçirilən bu müqəddəs mərasimə 19 862 783 nəfər təşrif buyurdu. Yehovanın Şahidlərinin sevincinin həddi-hüdudu yox idi. Biz indi var gücümüzlə çalışırıq ki, mərasimə gələnlərə Yehovanın xalqına qoşulmağa, tək gerçək Allaha ibadət etməyə, Onun məhəbbətini və bol nemətlərini dadmağa kömək edək (Mik. 4:2).