Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Yehovanın Şahidlərinin illik fəaliyyəti 2016

Burundi. Nola «Gözətçi qülləsi» nüsxələrini ondan köz istəyən kişilərə göstərir

 ÜMUMDÜNYA TƏBLİĞ VƏ TƏLİM İŞİ

Afrika

Afrika
  • ÖLKƏ VƏ ƏRAZİLƏRİ 58

  • ƏHALİSİ 1 082 464 150

  • TƏBLİĞÇİLƏRİN SAYI 1 453 694

  • MÜQƏDDƏS KİTABI ÖYRƏNƏNLƏRİN SAYI 3 688 959

Motosikletdə təbliğ

Benin. Dazira motosikletindəki audiopleyerdən istifadə edərək sərnişinlərinə xoş xəbəri çatdırır

Beninin cənub şəhərlərində yerli dildə «zem» adlanan motosiklet taksiləri sakinlərin ən sevimli nəqliyyat vasitəsidir. Dazira adlı köməkçi öncül öz motosikletinə audiopleyer quraşdırıb və sərnişin oturacağı tərəfə iki səsgücləndirici yerləşdirib. O, həmişə motosikletində ədəbiyyatlarımızın və Müqəddəs Kitab qiraətinin audioyazılarını qoşur. Motosikletə  minənlər çox keçmir ki, audioyazını dinləməyə başlayır. Çoxusu elə diqqətlə qulaq asır ki, mənzilbaşına çatanda bilmirlər düşsünlər, ya yox. Bəziləri isə, ümumiyyətlə, axıra kimi dinləməmiş düşmürlər. Dazira qardaş deyir: «Əlbəttə, yaxşı olardı ki, müştəri gediş haqqını tez ödəyib düşsün, mən də başqa müştəri tapım. Amma onların xoş xəbəri eşitməsi pul qazanmaqdan daha vacibdir. Bundan əlavə, mən bu yolla çoxlu jurnal paylamışam».

İsrarlı qızcığaz

Nola Burundinin dağlıq ərazisində ailəsilə birgə yaşayan altıyaşlı qız uşağıdır. Bir gün ailəsi kiçik kömür sobanın üzərində yemək bişirərkən qonşuluqda işləyən iki nəfər gəlib onlardan odun qalamaq üçün köz istədi. Onlar gələndə balaca Nola sobaya nəzarət edirdi. O, bu kişilərə ocaqdan köz götürməyə icazə verdi. Bir az sonra Nola bu kişilərin yanından keçəndə gördü ki, onlar həmin közlə siqaret yandırırlar. Bu, qızcığaza pis təsir etdiyi üçün onlara yaxınlaşıb belə dedi: «Bilsəydim ki, bu közlə siqaret yandıracaqsınız, onu sizə verməzdim». Birdən Nolanın yadına düşdü ki, ibadət evində üzərində siqaret şəkli olan bir jurnal görüb. O, tez ibadət evinə qaçıb «Gözətçi qülləsi»nin 2014-cü il 1 iyun (rus.) sayından iki nüsxə götürdü və həmin adamların yanına qayıtdı. Jurnalı onlara verib israr etdi ki, dərhal oxusunlar. Sonra onları yenə tapıb regional toplantıya dəvətnamə verdi. Bu kişilər qızcığazın israrından heyrətə gəldikləri üçün toplantının iki günündə iştirak etdilər.  Toplantıda fasilə zamanı Nola onları gördü və ailəsi ilə birgə nahar etməyə dəvət etdi. Görüb eşitdikləri bu iki kişiyə elə təsir elədi ki, onlar Müqəddəs Kitab dərslərinə başladılar.

Həbsxanalarda şahidlik

Liberiyadakı ağsaqqallar dövlətin müxtəlif islaholunma binalarında xoş xəbəri təbliğ edirlər. Paytaxt Monroviyada yaşayan Yeves adlı xüsusi öncül bölüşür: «Mart ayında üç dustaq vəftiz olunmamış təbliğçi oldu. Beləcə, Monroviya mərkəzi həbsxanasında təbliğçilərin sayı üçdən altıya qalxdı». Bəs onlar necə təbliğ edirlər? Yeves izah edir: «Onlar hər çərşənbə və şənbə günləri təbliğ görüşü keçirirlər. Sonra isə icazə ilə kamera-kamera gəzib dustaqlarla xoş xəbəri bölüşürlər». Hal-hazırda dustaqların çoxu ilə fərdi Müqəddəs Kitab dərsləri keçirilir və onlar həbsxanada keçirilən görüşlərdə iştirak edirlər. Filialın bir nümayəndəsi həmin həbsxanada 79 dustaq qarşısında məruzə ilə çıxış etmişdi. Digər altı həbsxanada da müntəzəm olaraq Müqəddəs Kitab dərsləri keçirilir. Dustaqların həyatında gözəl dəyişikliklər müşahidə olunur.

«Köməyə çox ehtiyacımız var»

Həqiqətə maraq göstərən ucqar ərazilərdəki insanların Məsihin ölümünü anma mərasimində iştirak etmələri üçün böyük əmək sərf olunmuşdur. Məsələn, buşmen kimi tanınan san xalqı Cənubi Afrikanın yerli əhalisidir. Onlar əsrlər boyu sadə həyat tərzi sürüb, gəzəri ovçuluqla və yem yığmaqla məşğul olublar. Şimali Namibiyada  xidmət edən Qlen adlı xüsusi öncül 2015-ci ildəki anma mərasimini Rundunun şərqindən 270 kilometr məsafədə yerləşən San kəndində təşkil etdi. İkinci dəfə idi ki, burada anma mərasimi keçirilirdi. Hər iki mərasimdə kəndin başçıları Yehovanın Şahidlərinə bu mərasimi keçirmək üçün heç bir ödəniş etmədən məhkəmə zalında yığışmağa icazə vermişdi. Həm mərasim vaxtı, həm də ondan əvvəl güclü leysan yağmışdı. Amma buna baxmayaraq, mərasimdə 232 nəfər iştirak etmişdi. Bu ərazidəki buşmenlər çaqqıltı səsləri ilə tanınan kve dilində danışırlar. Çıxış ingilis dilindən kve dilinə tərcümə olunmuşdu. Kve dilində Müqəddəs Kitab olmadığı üçün Əşiya 35:5, 6 ayələrini izah etmək üçün proyektorla divarda rəngli slaydlar göstərilmişdi. Bu ərazidə bir neçə nəfərlə uğurla Müqəddəs Kitab dərsi keçən Qlen bildirir: «Son iki il ərzində ayda bir dəfə bura baş çəkirəm və çadır qurub bir neçə gün burada qalıram. Məsafənin uzaq olması və dil əngəli buradakı inkişafı zəiflədir. Köməyə çox ehtiyacımız var. Bu il anma mərasimini təşkil etmək üçün məmurların qəbuluna gedəndə cəmiyyətə rəhbərlik edən komitənin üzvü dedi ki, burada ibadət evi tiksək, onlar üçün xoş olar. O dedi ki, komitə bizə torpaq verəcək və öz hesablarına bina tikəcəklər. Bizdən gözlənilən isə o idi ki, “pastor”umuz olsun, ya da ən azı icmadan kimisə “pastor” kimi yetişdirək!»

Namibiya. İki təbliğçi böyük məmnuniyyətlə himba tayfasına mənsub qadına xoş xəbəri təbliğ edir