Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İman örnəkləri

Rəhbərlik Şurasının məktubu

Rəhbərlik Şurasının məktubu

Əziz bacı-qardaşlar!

Bildiyiniz kimi, 2008-ci ilin yanvar ayından etibarən, «Gözətçi qülləsi»nin kütləvi nəşrində «Onların imanını təqlid edin» adlı silsilə məqalələr dərc olunur. Üç aydan bir çıxan bu gözəl məqalələr bizi çox sevindirir!

Gəlin görək bu məqalələr barədə oxucularımız nə deyir. Martanın əhvalatını oxuyan bir bacı bu sözləri yazır: «Düzü, Martanın əhvalatını oxuyanda məni gülmək tutdu. Elə bil, qıraqdan özümü gördüm. Mən də evə qonaq gələndə bir dəqiqə oturmuram. Bəzən başım işə o qədər qarışır ki, dostlarımla oturub söhbət etmək lap yaddan çıxır». Bir gənc qız isə Əstərin əhvalatını oxuyandan sonra belə deyir: «Bəzən biz dəblə ayaqlaşmağa çalışırıq. Düzdür, bəzənib-düzənməkdə pis bir şey yoxdur, amma ifrata varmamalıyıq. Yehova Allah üçün bizim daxili gözəlliyimiz daha vacibdir». Digər bacıya isə həvari Butrusun hekayəsi xoş təsir bağışlayıb. O, hisslərini bu sözlərlə ifadə edir: «Siz məni hadisələrin içinə atdınız, məni onların əsiri etdiniz, səhnələr xəyalımda canlandı. Ötəri xatırlanan hadisələri əməlli-başlı yaşadım».

Bu oxucularla bərabər neçə-neçə oxucu bu məqalələrə görə öz minnətdarlığını bildirir. Bununla onlar həvari Bulusun əsrlər öncə yazdığı sözləri təsdiq edirlər: «Əvvəlcədən yazılanların hamısı bizə nəsihət olaraq yazılıb» (Rom. 15:4). Bəli, Yehova Allah Müqəddəs Kitabda yazdırdığı bu əhvalatlar vasitəsilə bizə vacib şeylər öyrədir. Hər birimiz, hətta uzun illər Allahın yolunda olanlar belə, bu əhvalatlardan çox şey öyrənə bilər.

Yaxşı olardı ki, bu kitabı mümkün qədər tez oxumağa başlayasınız. Buradakı əhvalatları ailəvi ibadətdə də müzakirə edə bilərsiniz. Əmin olun, uşaqlarınızın xoşuna gələcək. Bu nəşr yığıncaqda da müzakirə olunacaq. Çalışın, hər həftə yığıncaqda olasınız. Kitabı oxuyanda tələsməyin, düşünə-düşünə oxuyun. Təxəyyülünüzü işə salın, hadisələri yaşayın. Çalışın personajların keçirdiyi hissləri duyasınız, gördüyü şeyləri görəsiniz. Hər əhvalatdakı qəhrəmanın müxtəlif vəziyyətlərdə necə davrandığına diqqət yetirin. Özünüzə sual verin: «Mən onun yerində olsaydım, nə edərdim?»

Bu kitabı siz oxucuların ixtiyarına verməyə çox şadıq! Arzumuz budur ki, bu nəşr həm sizə, həm də ailənizə böyük fayda gətirsin. Böyük məhəbbətlə və xoş arzularla,

Yehovanın Şahidlərinin Rəhbərlik Şurası