Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Övladlarımızı öyrədək

 DƏRS 13

Timuti insanlara kömək etmək istəyirdi

Timuti insanlara kömək etmək istəyirdi

Timuti adlı gənc bir adam insanlara kömək etməkdən sevinc duyurdu. Bunun üçün o, bir çox yerlərə səyahət edirdi. Buna görə də onun həyatı çox maraqlı idi. Sən onun haqqında öyrənmək istəyirsən? ~

Timutinin nənəsi və anası ona Yehova haqqında öyrədirdilər

Timuti Listra şəhərində böyüyüb boya-başa çatmışdı. Nənəsi Lois və anası Evniki onu hələ uşaq yaşlarından Yehova barəsində öyrətməyə başlamışdılar. Timuti böyüdükcə insanlara Yehovanı tanımalarına kömək etmək istəyirdi.

Timuti gənc yaşlarında olanda Bulus ona birgə səyahət edib digər yerlərdə də təbliğ etməyi təklif etdi. Timuti can-dildən bu təklifi qəbul etdi. O, başqalarına kömək etməyə hazır idi.

 Timuti Bulusla birgə Makedoniyada yerləşən Saloniki şəhərinə getdi. Oraya çatmaq üçün onlar piyada uzun yol qət etməli, sonra isə yollarına gəmi ilə davam etməli idilər. Şəhərə çatanda onlar bir çoxlarına Yehova barədə öyrənməyə kömək etdilər. Lakin bəziləri onlara çox acıqlı idilər və xətər yetirmək istəyirdilər. Buna görə də Bulusla Timuti təbliğ etmək üçün başqa ərazilərə getdilər.

Timuti xoşbəxt və çox maraqlı həyat sürürdü

Bir neçə ay keçəndən sonra Bulus Timutini Saloniki şəhərinə göndərdi ki, gedib oradakı yeni qardaşlara dəstək olsun. Həmin təhlükəli şəhərə yenidən qayıtmaq üçün cəsarət lazım idi. Timuti oradakı qardaşlara görə narahat olduğu üçün tərəddüd etmədən getdi. O, Bulusun yanına yaxşı xəbərlərlə qayıtdı. Salonikidəki bacı-qardaşların imanları çox möhkəm idi.

Timuti uzun illər Bulusla xidmət edirdi. Bir dəfə Bulus yazmışdı ki, yığıncaqları ruhlandırmaq üçün Timutidən yaxşısı yoxdur, çünki o, həm Yehovanı, həm də insanları sevirdi.

Bəs, sən insanları sevirsən? Onlara Yehova Allah haqda öyrənməyə kömək etmək istəyirsən? ~ Əgər istəyirsənsə, onda, Timuti kimi, sənin də həyatın çox maraqlı olacaq.