Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Övladlarımızı öyrədək

 DƏRS 3

Rahabın Yehovaya imanı

Rahabın Yehovaya imanı

Təsəvvür et ki, Əriha şəhərindəsən. Bu şəhər Kənan diyarında yerləşir. Həmin şəhərin sakinləri Yehovaya inanmırlar. Orada Rahab adlı bir qadın yaşayır.

Rahab balaca olanda Musa peyğəmbərin Qırmızı dənizi necə yardığını və israilliləri Misirdən necə çıxartdığını eşitmişdi. O həmçinin eşitmişdi ki, Yehova Öz xalqına bütün düşmənləri üzərində qələbə çalmağa kömək edib. İndi isə israillilər Əriha şəhəri yaxınlığında düşərgə salıblar.

Rahab Yehovaya iman etdiyi üçün casusları ələ vermədi

Günlərin bir günü axşam iki israilli casus şəhərə daxil olur. Onlar Rahabın evinə gəlirlər. Rahab gecələmək üçün onları evinə dəvət edir. Gecəyarısı Ərihanın padşahı xəbər tutur ki, şəhərə iki casus gəlib və onlar Rahabın evindədirlər. Padşah ora adamlarını göndərir. Rahab bu israilliləri evinin damında gizlədir, padşahın adamlarına isə deyir: «Dediyiniz adamlar gəlmişdilər, amma... çıxıb getdilər... Tez tərpənsəniz, onlara çatarsınız». Səncə, Rahab casusları niyə satmadı? ~ Çünki o, Yehovaya iman edirdi və bilirdi ki, O, bütün Kənan torpağını israillilərə verəcək.

Casuslar getməzdən öncə Rahaba söz verdilər ki, Əriha şəhəri dağıdılanda o və onun ailəsi sağ qalacaq. Bəs, onlar Rahaba nə tapşırdılar? ~ Onlar dedilər ki, pəncərədən al qırmızı kəndir assın ki, evindəkilərin hamısı xilas olsun. Rahab casusların dediyi kimi etdi. Sonra nə baş verdiyini bilirsən? ~

Yehova Rahabla ailəsini xilas etdi

Bir neçə gün sonra israillilər səssiz-səmirsiz şəhərin başına fırlandılar. Və bunu altı gün ərzində gündə bir dəfə edirdilər. Ancaq yeddinci gün onlar şəhərin ətrafında yeddi dəfə dövrə vurduqdan sonra ucadan qışqırdılar. Həmin vaxt Yehova elə etdi ki, şəhərin divarları uçdu. Pəncərədən qırmızı kəndir asılmış evə isə heç nə olmadı. Sən həmin evi şəkildə görürsən? ~ Rahabla ailəsi sağ qalmışdı!

Rahabdan nə öyrənə bilərsən? ~ Yehovanın möhtəşəm işləri barədə eşitdiyi  üçün Rahab Ona iman etdi. Sən də Yehovanın gördüyü saysız-hesabsız heyrətamiz işlər barədə öyrənirsən. Bəs, sən Rahab kimi Yehovaya iman edirsən? ~ Əminik ki, edirsən!