Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Övladlarımızı öyrədək

 DƏRS 7

Qorxu və tənhalıq hissi

Qorxu və tənhalıq hissi

Şəkildəki balaca oğlana bax. Yəqin, razılaşarsan ki, o, çox tənha və ürkək görünür. Heç özünü bu cür hiss etmisən? ~ Hərdən hamı bu kimi hisslər keçirir. Müqəddəs Kitabda bu cür hissləri keçirdən Yehovanın dostları haqda da danışılır. Onlardan biri İlyas peyğəmbərdir. Gəl görək o necə adam olub.

İzəbil İlyası öldürmək istəyirdi

İlyas peyğəmbər İsa Məsihin doğulmasından uzun illər öncə İsraildə yaşamışdı. İsrailin padşahı Əhəb həqiqi Allah olan Yehovaya ibadət etmirdi. Əhəb və onu arvadı İzəbil yalançı allah olan Baala ibadət edirdi. Beləcə İsraildə bir çox insanlar da Baala ibadət etməyə başladı. Şahzadə İzəbil çox qəddar idi və İlyas da daxil olmaqla, Yehovaya ibadət edənlərin hamısını öldürmək istəyirdi. Bəs, İlyas belə bir vəziyyətdə nə etdi? ~

İlyas qaçdı və səhraya gedərək mağarada gizləndi. Necə fikirləşirsən, o niyə  belə etdi? ~ Düz deyirsən, o qorxdu. Əslində isə İlyasın qorxması üçün heç bir əsas yox idi. Nəyə görə? Çünki o bilirdi ki, Yehova ona kömək edə bilər. Yehova əvvəl də İlyasa Öz gücünü göstərmişdi. Bir dəfə Yehova İlyasın duasına cavab olaraq Öz dərgahından od göndərmişdi. Sözsüz ki, indiki vəziyyətində də Yehova İlyasa kömək edə bilərdi!

Yehova İlyasa necə kömək etdi?

İlyas mağarada gizlənərkən Yehova ondan soruşdu: «İlyas, burada nə edirsən?» İlyas dedi: «Sənə ibadət edənlər arasında təkcə mən qalmışam. Qorxuram ki, məni də öldürəcəklər». İlyas düşünürdü ki, Yehovaya ibadət edənlərin hamısı öldürülüb. Ancaq Yehova bunun belə olmadığını dedi. O bildirdi ki, Ona ibadət edən hələ yeddi min insan sağ qalıb. Yehova İlyasa ürək-dirək verdi, çünki görüləsi hələ çox iş var idi. Səncə, Yehovanın bu sözləri İlyası sevindirdimi? ~

İlyasın başına gələnlərdən nə öyrəndin? ~ Heç vaxt qorxma və özünü tənha hiss etmə. Çünki Yehovanı və səni sevən dostların var. Üstəlik, Yehova sənə həmişə kömək edəcək, çünki O, tükənməz gücə malikdir. Tənha olmadığını bilmək sənə necə təsir edir? ~