Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Övladlarımızı öyrədək

 DƏRS 12

Bulusun cəsarətli bacısı oğlu

Bulusun cəsarətli bacısı oğlu

Gəl səninlə dayısının həyatını xilas edən gənc oğlan haqqında öyrənək. Bu gənc oğlanın dayısı həvari Bulus idi. Düzdür, bu gənc oğlanın adını bilməsək də, onun çox cəsarətli olduğu bizə məlumdur. Bilirsən, o nə edib? ~

Bulus Yerusəlimdə zindanda idi. O, insanlara İsa haqqında danışdığı üçün həbs olunmuşdu. Bəzi pis insanlar Bulusa nifrət edirdilər və onu öldürmək üçün hiyləgər bir plan qurmuşdular. Onlar öz aralarında sözləşdilər: «Gəlin sərkərdəyə deyək ki, o, əsgərlərinə Bulusu məhkəməyə gətirməyi tapşırsın. Biz isə yolda gizlənərik. Bulus əsgərlərlə həmin yoldan keçəndə ona hücum çəkərik».

Bulusun bacısı oğlu dayısını və sərkərdəni sui-qəsd barədə xəbərdar etdi

Bulusun bacısı oğlu bu plandan xəbər tutur. O nə edir? Bu gənc həbsxanaya gedir və eşitdiklərini dayısına danışır. Bulus ona dedi ki, bildiklərini yubanmadan gedib sərkərdəyə danışsın. Səncə, bu gənc oğlana sərkərdə ilə danışmaq asan idi? ~ Təbii ki, yox. Çünki sərkərdə səlahiyyətli birisi idi. Ancaq bu gənc cəsarətli davranaraq hər şeyi sərkərdəyə danışdı.

Bu söhbətdən sonra sərkərdə nə etmək lazım olduğunu çox gözəl bilirdi. Bulusu qorumaq üçün o, təxminən 500 əsgər seçdi və onlara tapşırdı ki, Bulusu elə həmin gecə Qeysəriyyəyə aparsınlar. Bulusun həyatını xilas edə bildilərmi? ~ Bəli. Mərdimazar adamlar Bulusa hücum çəkə bilmədiklərinə görə plan baş tutmadı.

Bu əhvalatdan nə öyrəndin? ~ Sən də Bulusun bacısı oğlu kimi cəsarətli ola bilərsən. Başqalarına Yehova haqqında danışanda bizdən cəsarətli olmaq tələb oluna bilər. Bəs, sən səmavi Atan Yehova haqqında cəsarətlə danışa bilərsənmi? ~ Əgər cəsarətli olsan, sən də kiminsə həyatını xilas edə bilərsən.