Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Ölülərin dirilməsi mümkündürmü?

Ölülərin dirilməsi mümkündürmü?

Siz nə düşünürsünüz?

  • bəli

  • xeyr

  • ola bilər

 MÜQƏDDƏS KİTABDA NƏ DEYİLİR?

«Ölülərin dirilməsi olacaqdır» (Həvarilərin işləri 24:15, İncil, 1996).

BU SİZİN ÜÇÜN NƏ MƏNA KƏSB EDİR?

Ölən əzizlərinizə görə qəm-qüssə çəkəndə Allah sizə təsəlli verəcək(İncil, 2 Korinflilərə 1:3, 4).

Ölüm qorxusundan azad olacaqsınız(İncil, İbranilərə 2:15).

Ölən əzizlərinizə yenidən qovuşmaq kimi həqiqi ümidiniz olacaq (İncil, Yəhya 5:28, 29).

 MÜQƏDDƏS KİTABDA DEYİLƏNLƏRƏ İNANMAQ OLARMI?

Bəli, olar, ən azı üç səbəbə görə:

  • Bizə həyatı Allah verib. Müqəddəs Kitabda Yehova Allah «həyat mənbəyi» adlanır (Zəbur 36:9; İncil, Həvarilərin işləri 17:24, 25). Bütün canlılara həyat verən Yaradan Allah, sözsüz ki, ölən insanı diriltməyə qadirdir.

  • Allahın qədimdə diriltdiyi insanlar olub. Müqəddəs Kitabda yenidən yer üzündə yaşamaq üçün dirildilən səkkiz insandan — cavan, yaşlı, kişi və qadından bəhs edilir. Onların arasında eləsi var idi ki, təzəcə ölmüşdü, eləsi də var idi ki, dörd günün ölüsü idi! (İncil, Yəhya 11:39—44).

  • Allah ölüləri dirildəcəyi vaxtı səbirsizliklə gözləyir. Yehova Allah ölümə nifrət edir və onu düşmən hesab edir (İncil, 1 Korinflilərə 15:26). O, insanları diriltməklə bu düşməni məhv edəcəyi günün həsrətini çəkir. O, çox istəyir ki, yaddaşında olan insanları həyata qaytarsın və onların yer üzündə şad-xürrəm yaşadığını görsün (Peyğəmbərlərin kitabı, Əyyub 14:14, 15).

 DÜŞÜNÜN

İnsanlar nəyə görə qocalır və ölürlər?

Bu sualın cavabı Müqəddəs Kitabın aşağıdakı ayələrində yazılıb: YARADILIŞ 3:17—19; ROMALILARA 5:12.

Əlavə məlumat

Ölülər üçün ümid

İnsan öləndə aqibəti nə olur? Ölən əzizlərimizi nə vaxtsa yenidən görəcəyik?