Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ № 1, 2017

 ÜZ QABIĞINDAKI MÖVZU | MÜQƏDDƏS KİTABI OXUMAĞIN HANSI FAYDASI VAR?

Əsas başlamaqdır

Əsas başlamaqdır

Allahın Kəlamını sevə-sevə oxumaq və ondan tam fayda əldə etmək üçün nə edə bilərsiniz? Aşağıda sınaqdan keçmiş beş məsləhət gətirilib.

Rahat şərait yaradın. Çalışın sakit bir yerdə oxuyasınız. Diqqəti yayındıran şeylər nə qədər az olsa, fikrinizi oxuduğunuza bir o qədər çox cəmləyə biləcəksiniz. Diqqət yetirin ki, oxuduğunuz yer işıqlı və havası təmiz olsun. Bu, oxuduqlarınızı qavramağa kömək edəcək.

Düzgün niyyətlə oxuyun. Müqəddəs Kitab Yaradanın Öz övladlarına göndərdiyi namədir. Əgər sizin uşaqtək öyrənmək həvəsiniz olsa, Müqəddəs Kitabı oxumaq sizə daha çox fayda gətirəcək. Yox əgər siz Müqəddəs Kitab haqda qərəzli fikirdəsinizsə, çalışın bu fikirləri kənara qoyasınız. Əks halda, Allahdan öyrənmək fürsətini itirə bilərsiniz (Zəbur 25:4).

Oxumazdan öncə dua edin. Müqəddəs Kitab Allahdan nazil olub. Ona görə də onu başa düşməyimiz üçün Allahın köməyinə ehtiyacımız var. Allah-Taala söz verib ki, Ondan kömək istəyənlərə Öz ruhundan verəcək (Luka 11:13). Allahın müqəddəs ruhu sizə Onun sözlərini başa düşməyə kömək edəcək. Vaxt ötdükcə isə Müqəddəs Kitabın hətta dərin sirlərini də dərk edəcəksiniz (1 Korinflilərə 2:10).

Oxuduqlarınızı başa düşməyə çalışın. Bu kitabı sadəcə oxumaq xatirinə oxumayın. Oxuduqlarınızı götür-qoy edin. Özünüzə belə suallar verin: «Haqqında oxuduğum insanın hansı xüsusiyyətləri var? Ondan nə öyrənə bilərəm?»

Məqsədyönlü şəkildə oxuyun. Müqəddəs Kitabı oxumaqdan tam fayda əldə etmək istəyirsinizsə, məqsəd qoyun ki, oradan həyatınız üçün lazım olacaq nəsə tapasınız. Məsələn, bu kimi məqsədlər qoya bilərsiniz: «Mən Allahı daha yaxşı tanımaq istəyirəm», «Mən yaxşı insan, yaxşı həyat yoldaşı olmaq istəyirəm». Sonra Müqəddəs Kitabdan sizə bu sahələrdə kömək edəcək hissələri oxuyun *.

Bu beş məsləhət sizə Müqəddəs Kitabı oxumağa başlamağa kömək edəcək. Bəs necə edə bilərsiniz ki, bu kitabı oxumaq sizin üçün maraqlı olsun? Növbəti məqalədə bəzi üsullar göstərilir.

^ abz. 8 Əgər bu sahədə çətinlik çəkirsinizsə, Yehovanın Şahidləri sizə böyük məmnuniyyətlə kömək edərlər.