Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ № 1, 2017

 ÜZ QABIĞINDAKI MÖVZU | MÜQƏDDƏS KİTABI OXUMAĞIN HANSI FAYDASI VAR?

Mütaliəni maraqlı edin

Mütaliəni maraqlı edin

Bu kitabı oxumaq maraqlıdır, yoxsa darıxdırıcı? Hər şey sizin onu necə oxumağınızdan asılıdır. Gəlin görək Müqəddəs Kitabı oxumağı maraqlı etmək üçün nə etmək olar.

Etibarlı və müasir tərcümə seçin. Əgər oxuduğunuz Müqəddəs Kitab çətin başa düşüləndirsə və ya bilmədiyiniz sözlərlə doludursa, onda onu oxumaq sizin üçün cansıxıcı olacaq. Buna görə də çalışın rahat başa düşülən, eyni zamanda dəqiq tərcümə olunmuş Müqəddəs Kitabı oxuyasınız *.

Müasir texnologiyadan istifadə edin. Bizim dövrümüzdə Müqəddəs Kitab nəinki çap formada, həmçinin elektron formatda da mövcuddur. Siz Müqəddəs Kitabın bəzi tərcümələrini onlayn şəkildə oxuya bilərsiniz. Bu kitabı həmçinin kompüterinizə, planşetinizə və ya telefonunuza yükləyə bilərsiniz. Müqəddəs Kitabın bəzi tərcümələrində elə imkanlar var ki, onların vasitəsilə oxuduğunuz ayələrlə əlaqəli olan digər ayələri tapa bilərsiniz. Oxuduğunuz ayələri həmçinin digər tərcümələrlə də müqayisə edə bilərsiniz. Oxumaqdan çox dinləməyi sevənlər Müqəddəs Kitabın bir çox dillərdə olan audio formatını yükləyə bilərlər. Əksər insanlar ictimai nəqliyyatda gedərkən və qulaq asmağa imkan verən digər işlərlə məşğul olarkən Müqəddəs Kitabın qiraətinə qulaq asırlar. Siz də öz vəziyyətinizə uyğun üsul seçə bilərsiniz.

Əlavə vəsaitlərdən istifadə edin. Araşdırma aparmaq üçün olan vəsaitlərin köməyi ilə siz oxuduqlarınızdan tam fayda əldə edəcəksiniz. Bu vəsaitlərdən biri Müqəddəs Kitabda adı çəkilən  ölkələrin xəritələridir. Onların vasitəsilə oxuduğunuz hadisənin harada baş verdiyini öyrənə və məlumatı daha yaxşı başa düşə bilərsiniz. Bundan başqa, nəşrlərimizdəki, həmçinin jw.org saytının «Müqəddəs Yazıların təlimləri» bölməsindəki məqalələr sizə Müqəddəs Kitab ayələrinin mənasını anlamağa kömək edə bilər.

Müxtəlif üsullarla oxuyun. Müqəddəs Kitabı başdan sona doğru sıra ilə oxumaq sizin üçün darıxdırıcı gəlirsə, oxumağa sizə maraqlı olan hissədən başlaya bilərsiniz. Əgər siz Müqəddəs Kitabda adı çəkilmiş hansısa insan haqqında ətraflı məlumat almaq istəyirsinizsə, onda onun barəsində olan fəsilləri oxuyun. « Müqəddəs Kitabın dərinliyinə varın. Bu mömin insanları yaxından tanıyın» çərçivəsində buna dair nümunələr var. Həmçinin Müqəddəs Kitabı mövzu üzrə və ya xronoloji ardıcıllıqla oxumaq olar. İstədiyiniz üsulu seçə bilərsiniz.

^ abz. 4 Çoxları Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»nin dəqiq, etibarlı və asan başa düşülən olduğunu görmüşlər. Bu kitab Yehovanın Şahidləri tərəfindən dərc olunub və 130-dan çox dildə var. Siz bu kitabın elektron variantını jw.org saytından və ya «JW Library» proqramından yükləyə bilərsiniz. Əgər istəsəniz, Yehovanın Şahidləri bu kitabın çap variantını sizə verə bilərlər.

Əlavə məlumat

«Yeni Dünya Tərcüməsi» dəqiqdirmi?

«Yeni Dünya Tərcüməsi»ni Müqəddəs Kitabın digər tərcümələrindən fərqləndirən cəhətlər hansılardır?

Müqəddəs Kitabın tərcümə prinsipləri

Müqəddəs Kitab tərcüməsinin beş əsas prinsipi.