Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ № 1, 2017

Dünya əzab-əziyyətlə doludur. Kimdir müqəssir?

Müqəddəs Kitabın cavabı

Müqəddəs Kitabın cavabı

Əzablar Allahdandır?

Siz nə deyərdiniz?

  • Yox

  • Yəqin

Müqəddəs Kitabda deyilir:

«Allah qətiyyən pislik etməz, Qüdrət Sahibi haqsızlıq etməz!» (Əyyub 34:10). Bu dünyada baş verən bəlaların səbəbkarı heç vaxt Allah olmayıb.

Müqəddəs Kitabda daha nə deyilir?

  • Başımıza gələn bəlaların əsas səbəbkarı «bu dünyanın hökmdarı» adlanan Şeytan İblisdir (Yəhya 14:30).

  • İztirab və bədbəxtliklərin digər səbəbi isə verdiyimiz yanlış qərarlardır (Yaqub 1:14, 15).

Əzab-əziyyətlər nə vaxtsa bitəcək?

Bəziləri düşünür ki, hamı əl-ələ verib çalışsa, problemlər aradan qalxar. Digərlərinin fikrincə isə, dünya düzələn deyil. Bəs bu haqda siz nə düşünürsünüz?

Müqəddəs Kitabda deyilir: Allah-Taala bütün əzab-əziyyətə son qoyacaq. «Artıq ölüm olmayacaq. Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq» (Vəhy 21:3, 4).

Müqəddəs Kitabda daha nə deyilir?

  • Küllü-İxtiyar Allah İsa peyğəmbərin vasitəsilə Şeytanın bu dünyaya vurduğu zərəri tamamilə aradan qaldıracaq (1 Yəhya 3:8).

  • Dünya Cənnətə çevriləndə Allahın əməlisaleh bəndələri əbədi, şad-xürrəm yaşayacaq (Zəbur 37:9—11, 29).