Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ OKTYABR 2015

 ÜZ QABIĞINDAKI MÖVZU | DUA ETMƏYİN XEYRİ VARMI?

Allah-Taala bizi duaya səsləyir

Allah-Taala bizi duaya səsləyir

Allah dostluq əlini uzadır.

Dostlar bir-birləri ilə ünsiyyət etdikcə münasibətləri möhkəmlənir. Eynilə, Allah bizi onunla ünsiyyətə dəvət etməklə, səmimi dostluğa yol açır. O deyir: «Siz Məni çağıracaqsınız, gəlib dua edəcəksiniz, Mən də sizi eşidəcəyəm» (Ərəmya 29:12). Allahla danışdıqca Ona yaxınlaşacaqsınız, «O da sizə yaxınlaşacaq» (Yaqub 4:8). Müqəddəs Kitab bizi əmin edir: «Yehova Onu çağıranlara... yaxındır» (Zəbur 145:18). Nə qədər çox dua etsək, Allahla dostluğumuz bir o qədər də möhkəm olacaq.

«Yehova Onu çağıranlara... yaxındır» (Zəbur 145:18).

Allah kömək etmək istəyir.

İsa peyğəmbər demişdi: «Məgər aranızda elə bir ata var ki, oğlu çörək istəyəndə ona daş versin? Yaxud balıq istəyəndə ona ilan versin? Əgər siz... uşaqlarınıza yaxşı şeylər verə bilirsinizsə, məgər göydəki Atanız Ondan istəyənlərə gözəl nemətlər verməyəcək?» (Mətta 7:9—11). Yaradanımız sizi Ona dua etməyə çağırır, çünki qayğınızı çəkən də, sizə kömək etmək istəyən də Odur (1 Butrus 5:7). O hətta problemlərimizi Ona danışmağa dəvət edir. Kəlamda deyilir: «Heç nəyə görə narahat olmayın. Hər məsələ barədə diləyinizi dua və yalvarışla, şükr edə-edə Allaha bildirin» (Filippililərə 4:6).

İnsanlar Allaha ehtiyac duyur.

İnsan təbiəti üzrə mütəxəssislər müşahidə etmişlər ki, yüz milyonlarla insanlar, hətta bəzi ateistlər və aqnostiklər belə bu saya daxildirlər *. Bu göstərir ki, hər insanın Allaha ehtiyacı var. İsa peyğəmbər demişdi: «Allaha ehtiyacı olduğunu dərk edənlər xoşbəxtdir» (Mətta 5:3). Bu ehtiyacımızı ödəməyin bir üsulu Allaha müntəzəm dua etməkdir.

Allahın çağırışına hay verib Ona dua etsək, bu, bizə hansı faydanı gətirəcək?

^ abz. 8 2012-ci ildə Pyu adına Tədqiqat Mərkəzinin apardığı sorğu göstərir ki, Birləşmiş Ştatlarda yaşayan ateist və aqnostiklərin 11 faizi ayda, ən azı, bir dəfə dua edir.