Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ OKTYABR 2015

Bilirsiniz?

Bilirsiniz?

Yerusəlim məbədini bərpa edərkən Hirod hansı çətinliklərlə qarşılaşmışdı?

Süleyman padşah Yerusəlim məbədini bir təpə üzərində tikmişdi. Onun ətrafında hamar həyət yaratmaq məqsədilə təpənin şərq və qərb hissələrində qoruyucu bəndlər hörmüşdü. Hirod istəyirdi ki, onun bərpa edəcəyi məbəd Süleymanın məbədindən daha möhtəşəm olsun. Bunun üçün o, tikilinin modelini dəyişdi.

Hirodun mühəndisləri məbədin şimal tərəfindəki həyəti genişləndirdilər. Cənub tərəfindəki həyəti də 32 metr artırdılar. Buna müvəffəq olmaq üçün bir neçə daş anbar tikildi və hündürlüyü 50 metr olan qoruyucu bənd hörüldü.

Hirod çalışırdı ki, bu təmir işi yəhudilərin ibadətinə və qurban təqdim etmələrinə heç bir maneçilik törətməsin. Yəhudi tarixçisi İosifin sözlərinə görə, Hirod hətta yəhudi kahinlərinə bənna və dülgər sənətini öyrənmişdi ki, müqəddəs əraziyə kənar şəxslər ayaq basmasın.

Layihənin başa çatmasını görməyə Hirodun ömrü yetmədi. Eramızın 30-cu ilində bərpa işlərinin başlamasından artıq 46 il keçmişdi (Yəhya 2:20). Bu işi birinci əsrin ortalarında Hirodun böyük oğlu II Aqrippa başa çatdırdı.

Nəyə görə Malta sakinləri həvari Bulusun qatil olduğunu düşünürdülər?

Ədalət ilahəsi (solda) ədalətsizlik ilahəsini döyür

Ola bilsin, Malta adasının sakinlərindən bəziləri yunan dini fəlsəfəsinə uymuşdular. Maltada gəmi qəzasına düşəndən sonra Bulusun başına gələnlər «Həvarilərin işləri» kitabında yazılıb. Adanın sakinləri qəzadan sağ çıxanların isinməsi üçün tonqal qalamışdılar. Həvari bu tonqala bir dəstə çırpı atanda bir gürzə onun əlindən yapışdı. Bu zaman adadakılar dedilər: «Şübhəsiz, bu adam qatildir. Dənizdən sağ-salamat çıxsa da, Ədalətin əlindən canını qurtara bilmədi» (Həvarilərin işləri 28:4).

Bu ayədə «Ədalət» kimi tərcümə olunan yunan sözü dike, ehtimal ki, ədalət məfhumunun şəxsləndirilmiş obrazını nəzərdə tutur. Lakin yunan mifologiyasında Dike ədalət ilahəsinin adıdır. Deyilənə görə, həmin ilahə insanları müşahidə edib gizli qalan ədalətsizlikləri Zevs allahına çatdırırdı ki, günahkarlar cəzasız qalmasın. Bir mənbəyə əsasən, yəqin, Malta sakinləri belə düşünürdülər: «Bulus dənizdən canını qurtarsa da, ilahə Dikenin əlindən canını heç cür qurtara bilmədi... Buna görə də ilahə gürzə göndərdi». Bulusa heç bir xətər dəymədiyini görən camaat fikrini dəyişdi.