Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ OKTYABR 2015

Allahla tanışlıq

Allahla tanışlıq

«Allah mücərrəddir». (İsgəndəriyyəli Filo, birinci əsrin filosofu).

«[Allah] heç birimizdən uzaq deyil». (Tarslı Şaul, birinci əsrdə Afinada filosoflara müraciəti).

SİZ hansı fikirlə razısınız? Çoxları həvari Bulus kimi tanınan tarslı Şaulun sözləri ilə razılaşır, çünki bu sözlər onlara təsəlli və rahatlıq gətirir (Həvarilərin işləri 17:26, 27). Müqəddəs Kitabda həvari Bulusun yazdığı fikrə bənzər fikirlər çoxdur. Məsələn, İsa peyğəmbər duasında əminliklə bildirmişdi ki, davamçıları Allahı tanıya və Onun xeyir-dualarını ala bilərlər (Yəhya 17:3).

Lakin filosoflar isgəndəriyyəli Filo kimi düşünür. Onların zənnincə, Allah mücərrəd olduğu üçün biz heç vaxt Onu tanıya bilmərik. Bəs kimə inanaq?

Müqəddəs Kitabda aydın şəkildə deyilir ki, insanlar Allahla bağlı bəzi şeyləri, məsələn, Onun mövcudluğunu, ali zəkasını və tükənməz hikmətini dərk edə bilməzlər. Çünki bütün bunlar insan ağlına sığmayan ilahi həqiqətlərdir. Amma bu şeyləri dərk etməmək Allahı tanımağa mane olmur. Əslində, bunların üzərində düşünmək bizi Ona yaxınlaşdırır (Yaqub 4:8). Gəlin əvvəla Allahın  varlığı ilə bağlı bəzi mücərrəd məqamlara, sonra isə bəlli məqamlara diqqət yetirək.

Mücərrəd məqamlar

ALLAHIN ƏBƏDİ MÖVCUDLUĞU. Müqəddəs Kitab Allahın «əzəldən əbədiyyətə» qədər mövcud olduğunu öyrədir (Zəbur 90:2). Başqa sözlərlə, Allahın nə başlanğıcı, nə də sonu var. İnsan nöqteyi-nəzərincə Onun «illəri dərkedilməzdir» (Əyyub 36:26).

Sizə aidiyyəti. Allah vəd edir ki, Onu tanısanız, sizə əbədi həyat verəcək (Yəhya 17:3). Sizcə, Allah Özü əbədi mövcud olmasaydı, bu vədi necə verə bilərdi? Yalnız əbədiyyət Hökmdarı belə bir vədi gerçəkləşdirməyə qadirdir (1 Timutiyə 1:17).

ALLAHIN ZƏKASI. Müqəddəs Kitab öyrədir ki, Allahın «zəkası ağlasığmazdır», çünki Onun fikirləri bizimkindən qat-qat üstündür (Əşiya 40:28; 55:9). Orada əbəs yerə deyilmir: «Kim Yehovanın əqlini dərk edib ki, Ona yol göstərsin?» (1 Korinflilərə 2:16).

Sizə aidiyyəti. Allah eyni anda milyonlarla insanın duasını eşitməyə qadirdir (Zəbur 65:2). Bir sərçənin belə yerə enməsi Onun gözündən yayınmır. Heç O, nə vaxtsa sizin dualarınızdan təngə gələr? Qətiyyən! Çünki Onun zəkası tükənməzdir. Üstəlik, siz Allah üçün «sərçələrdən qat-qat qiymətlisiniz» (Mətta 10:29, 31).

ALLAHIN İŞLƏRİ. Allahın Kəlamında deyilir ki, insan «heç vaxt Allahın işini əvvəldən axıra kimi» dərk edə bilməz (Vaiz 3:11). Bəli, biz heç vaxt Allah haqda hər şeyi bilə bilmərik. Allahın işlərinin arxasında duran hikmət tədqiqolunmazdır (Romalılara 11:33). Lakin Allah Onu razı salmağa çalışanlara Öz işlərini açmaq istəyir (Amus 3:7).

Allahın mövcudluğu, ali zəkası və tükənməz hikməti

Sizə aidiyyəti. Müqəddəs Kitabı oxuyub araşdırmaqla Allah və Onun işləri barədə daima yeni şeylər öyrənəcəksiniz. Bu onu göstərir ki, əbədiyyət boyu Yehovaya yaxınlaşmaq imkanımız olacaq.

Bəlli məqamlar

Allah haqqında bəzi şeyləri tam anlamasaq da, bu o demək deyil ki, biz Onun barəsində, ümumiyyətlə, heç nə öyrənə bilmərik. Müqəddəs Kitabda Yaradanımızı daha yaxından tanımağa kömək edən biliklər külliyyatı yerləşir. Gəlin bəzi nümunələrə baxaq.

ALLAHIN ADI. Müqəddəs Kitab Allahın Özünə bir ad seçdiyini deyir: «Mən Yehovayam. Adım budur». Kəlamda Allahın adı təxminən 7000 dəfə istifadə olunur. Başqa heç bir ada bu qədər rast gəlinmir (Əşiya 42:8).

Sizə aidiyyəti. İsa Məsih duasında demişdi: «Göylərdə olan Atamız, qoy adın müqəddəs tutulsun» (Mətta 6:9). Siz də Allahın adını duanızda çəkə bilərsiniz. Yehova Onun adına hörmət bəsləyən hər bəndəsini xilas etməyə hazırdır (Romalılara 10:13).

ALLAHIN MƏSKƏNİ. Müqəddəs Kitabda deyilir ki, iki aləm var — kainatdakı ruhani varlıqların yaşadığı ruhani aləm və yer üzündəki fiziki aləm (Yəhya 8:23; 1 Korinflilərə 15:44). Müqəddəs Kitabda «göylər» sözü altında, adətən, ruhani aləm nəzərdə tutulur. Yaradanın məskəni elə həmin göylərdir (1 Padşahlar 8:43).

 Sizə aidiyyəti. Bu bilik sayəsində Allah haqda təsəvvürünüz formalaşır. Yaradan hər yerdə və hər şeydə olan mücərrəd bir qüvvə deyil. O, real Varlıqdır və Onun bir məskəni var. Bununla belə, «heç kəs və heç nə Onun gözündən gizli qala bilməz» (İbranilərə 4:13).

ALLAHIN XÜSUSİYYƏTLƏRİ. Müqəddəs Yazılar Yehovanı gözəl xüsusiyyətlərə malik Allah kimi tanıdır. Orada deyilir ki, «Allah məhəbbətdir» (1 Yəhya 4:8). Heç vaxt yalan danışmır (Titusa 1:2). O, ayrı-seçkilik etmir, rəhmli, mərhəmətli və səbirli Allahdır (Çıxış 34:6; Həvarilərin işləri 10:34). Çoxlarına qəribə gəlsə də, Qüdrət Sahibi Onu razı salanlara dostluq əlini uzadır (Zəbur 25:14).

Sizə aidiyyəti. Siz Yehovanın dostu ola bilərsiniz (Yaqub 2:23). Onu yaxından tanıdıqca, Müqəddəs Kitabı daha yaxşı anlayacaqsınız.

ONU AXTARIN

Müqəddəs Kitab Yehova Allah haqda aydın təsəvvür yaradır. Yaradan istəyir ki, siz onu tanıyasınız. Onun Kəlamında vəd olunur: «Onu axtarsan, tapacaqsan» (1 Salnamələr 28:9). Müqəddəs Kitabı oxuyub üzərində düşünsəniz, siz Allaha, O da sizə yaxınlaşacaq (Yaqub 4:8).

Müqəddəs Kitabı oxuyub araşdırmaqla Allah və Onun işləri barədə daima yeni şeylər öyrənəcəksiniz

Düşünə bilərsiniz: «Allah haqqında hər şeyi dərk etmirəmsə, Onunla necə dost ola bilərəm?» Bir düşünün: məgər cərrahın dostu hökmən tibbdən başı çıxan biri olmalıdır? Təbii ki yox! O, tamamilə fərqli peşənin sahibi ola bilər. Əslində, dostu üçün cərrahın peşəsi yox, onun xüsusiyyətləri, nəyi sevib-sevməməsi önəmlidir. Eynilə, Yehovanın dostu olmaq üçün sizə Onun necə Allah olduğunu bilmək lazımdır və bu məlumatı məhz Müqəddəs Kitabdan tapa bilərsiniz.

Müqəddəs Kitabda Allah haqqında biliklər səthi deyil, orada Allahı tanımaq üçün yetərli məlumat var. Əgər siz də Yehova Allah haqqında daha çox öyrənmək istəyirsinizsə, onda Yehovanın Şahidləri sizinlə pulsuz Müqəddəs Kitab dərsləri keçə bilərlər. Bunun üçün ərazinizdə yaşayan Yehovanın Şahidləri ilə əlaqə saxlayın və ya www.jw.org/az-latn saytına daxil olun.

Əlavə məlumat

Çoxlarını Allahın varlığına nə əmin edir?

İnsanları Allah yaradıb, yoxsa onlar heyvanlardan əmələ gəliblər?