Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi  |  oktyabr 2015

 ÜZ QABIĞINDAKI MÖVZU | DUA ETMƏYİN XEYRİ VARMI?

İnsanlar nə üçün dua edir?

İnsanlar nə üçün dua edir?

«Mən dəhşət qumarbaz idim. Dua edirdim ki, bəxtim gətirsin. Amma alınmırdı ki alınmırdı» (Samuel *, Keniya).

«Məktəbdə öyrəndiyimiz duaları əzbərdən söyləməli idik» (Tereza, Filippin).

«Problemlərim olanda Allaha üz tuturam. Üstəlik, dualarımda günahlarımın bağışlanmasını xahiş edirəm və Onu razı salmaq üçün kömək diləyirəm» (Maqdalin, Qana).

Yuxarıda adları çəkilən insanların sözlərindən görünür ki, dua müxtəlif səbəblərə görə edilir. Bəziləri ürəkdən dua edir, bəziləri isə elə-belə. Kimisi məktəbdə imtahanlardan keçməsi, kimisi sevimli komandasının qalib gəlməsi, kimisi də ailəsinin xoşbəxtliyi üçün Allahdan kömək diləyir. Səbəb hər nə olursa olsun, yüz milyonlarla insan dua edir. Sorğular göstərir ki, heç bir dinə mənsub olmayanlar belə, müntəzəm dua edirlər.

Bəs siz necə? Dua edirsiniz? Nə məqsədlə? Dua etmək vərdişiniz olsa da, olmasa da, düşünə bilərsiniz: «Görəsən, dua etməyin xeyri var? Allah dualarımı eşidir?» Bir yazıçının fikrincə, dua sadəcə müalicə üsuludur. Bəzi həkimlər də oxşar fikirdədirlər, onlar duaya alternativ müalicə üsulu kimi baxırlar. Doğrudanmı dua sadəcə faydasız məşğuliyyət və ya müalicə üsuludur?

Müqəddəs Kitabda dua adi müalicə üsulu kimi təsvir edilmir. Əksinə, orada deyilir ki, düzgün şəkildə və düzgün niyyətlə edilən duaları eşidən var. Gəlin görək buna necə əmin ola bilərik.

^ abz. 3 Adlar şərtidir.