Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ OKTYABR 2015

 ÜZ QABIĞINDAKI MÖVZU | DUA ETMƏYİN XEYRİ VARMI?

Boş yerəmi dua edirik?

Boş yerəmi dua edirik?

Bəzi insanlar hesab edirlər ki, dua sadəcə vaxt itkisidir, onsuz da eşidilmir. Başqaları dua edir, lakin heç bir cavab almırlar. Bir ateist Allahı öz xəyalında canlandırmış və belə dua etmişdi: «Heç olmasa, bir söz de». Bununla belə, o hiss edirdi ki, duası cavabsız qalıb.

Müqəddəs Kitab isə bizi əmin edir ki, Allah var və O, dualarımızı eşidir. Əsrlər öncə Onun Kəlamında belə bir fikir qələmə alınmışdı: «Sən fəryad edəndə O, [Allah] sənə lütf göstərəcək, səsini eşitcək sənə hay verəcək» (Əşiya 30:19). Başqa bir Müqəddəs Kitab ayəsində deyilir ki, Allah «düz adamın duasından xoşlanar» (Məsəllər 15:8).

İsa Məsih Allaha dua etmişdi və «duaları eşidilmişdi» (İbranilərə 5:7).

Allahın Kəlamı həmçinin duaları qəbul edilən insanlardan bəhs edir. Bir ayədə deyilir ki, İsa Məsih «onu ölümdən qurtarmağa qadir olan Allaha fəryad etmiş»di və onun «duaları eşidilmişdi» (İbranilərə 5:7). Başqa nümunələri Dənyal 9:212 Salnamələr 7:1 ayələrindən tapmaq olar.

Bəs onda nəyə görə bəziləri dualarının cavabsız qaldığını düşünür? Dualarımızın qəbul olunması üçün biz başqa allahlara və ya əcdadlarımıza yox, yalnız Müqəddəs Kitabda adı çəkilən Yehova * Allaha dua etməliyik. Allah istəyir ki, biz «Onun iradəsinə müvafiq», yəni Onun gözündə doğru olan şeyləri diləyək. Belə dua etsək, Allah bizi mütləq eşidəcək (1 Yəhya 5:14). Bunun üçün Müqəddəs Yazılardan Yaradanımız və Onun iradəsi barədə öyrənməliyik.

Bir çox insanlar duanın sadəcə dini ayin olmadığını düşünürlər. Onların fikrincə Allah duaları dinləyir və cavab verir. Keniyadan olan Ayzek deyir: «Müqəddəs Kitabı başa düşmək üçün Allaha dua etmişdim. Çox keçməmiş bir nəfər mənə yaxınlaşıb bu sahədə köməyini təklif etdi». Filippində yaşayan Hilda siqareti tərgitmək istəyirdi. Nə qədər çalışsa da, cəhdləri boşa çıxırdı. Bir dəfə əri ona dedi: «Bəlkə, Allahdan kömək istəyəsən». O, belə də etdi və Allahın ona necə kömək etdiyini görəndə məəttəl qaldı. O bölüşür: «Get-gedə siqaretə həvəsim öldü və bu vərdişdən canımı qurtardım».

Bəs Allah sizə Onun iradəsinə müvafiq diləyinizi həyata keçirməyə kömək edərmi?

^ abz. 6 Müqəddəs Kitaba əsasən, Allahın adı.