Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ OKTYABR 2015

 MÜASİR DÖVRDƏ QƏDİM HİKMƏT

Ürəkdən bağışlayın

Ürəkdən bağışlayın

MÜQƏDDƏS KİTAB PRİNSİPİ. «Birinizin digərindən şikayəti olsa da, bir-birinizi ürəkdən bağışlayın. Yehova sizi ürəkdən bağışladığı kimi, siz də bir-birinizi ürəkdən bağışlamalısınız» (Koloslulara 3:13).

Mənası. Müqəddəs Kitabda günah borcla, bağışlamaq isə borcu silməklə müqayisə olunur (Luka 11:4). Bir mənbədə deyilir ki, Müqəddəs Yazılarda «bağışlamaq» kimi tərcümə olunan yunan sözü «borcu unutmaq, onu tələb etməmək» deməkdir. Əgər bizə qarşı səhv edən adamı bağışlayırıqsa, onun gəlib bizdən üzr istəməsini gözləməməliyik. Bağışlamaq bizə qarşı edilən səhvlərə göz yummaq və ya vurulan yaraya əhəmiyyət verməmək demək deyil. Bu, şikayətlənməyə əsasımız olsa belə, ürəyimizdən incikliyi çıxarıb atmaq deməkdir.

Faydası. Hamımız qeyri-kamil və günahlıyıq (Romalılara 3:23). Buna görə də başqalarını bağışlamalıyıq, çünki gec-tez biz də bağışlanmağa ehtiyac duyacağıq. Üstəlik, bağışlamağın özümüzə də faydası olacaq. Hansı faydası?

Başqalarını bağışlamayıb ürəyimizdə qəzəbin və incikliyin kök atmasına yol verməklə, özümüzə zərər vururuq. Bu, bizi sevincdən məhrum edir, həyatımızı zəhərləyir və qəm dəryasına batırır. Üstəlik, sağlamlığımıza da ciddi ziyan vurur. «Amerika Kardiologiya Kolleci jurnalı»nda Dr. Yoiçi Çidanın və psixologiya elmləri üzrə professor Endryu Steptonun sözləri gətirilir: «Son araşdırmalara görə qəzəb və ədavət ürək tac damar xəstəliyinə gətirib çıxarır».

İndi isə gəlin bağışlamağın faydalarına baxaq. Başqalarını ürəkdən bağışlayanda aramızda birliyi və sülhü qorumuş oluruq, beləcə, münasibətlərə xələl dəymir. Ən əsası, belə etməklə günahkarları ürəkdən bağışlayan və bizdən də bunu gözləyən Allaha bənzəyirik (Mark 11:25; Efeslilərə 4:32; 5:1).