Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ İYUL 2015

Müqəddəs Yazılara aid suallara cavab

Müqəddəs Yazılara aid suallara cavab

Pislik haradan qaynaqlanır?

İsa peyğəmbəri pis əmələ sürükləməyə çalışan kim idi? (Mətta 4:8—10)

Ümumiyyətlə insanlar sülhpərvər, dürüst və xeyirxah olmaq istəyirlər. Bəs onda nəyə görə biz tez-tez zorakılığın, haqsızlığın və qəddarlığın şahidi oluruq? Tükürpədici xəbərlər belə adiləşib. Bəlkə, insanları pis əməllərə sürükləyən biri var? (1 Yəhya 5:19 ayəsini oxuyun.)

Allah insanları pisliyə meyilli yaradıb? Xeyr. Yehova Allah insanları Öz bənzərində yaradıb, onlara Öz məhəbbətindən pay verib (Yaradılış 1:27; Əyyub 34:10). Bununla yanaşı, Allah insanlara seçim azadlığı verib. Ulu valideynlərimiz Adəmlə Həvva səhv davranaraq Allahın ülvi keyfiyyətlərini təzahür etdirmək istəmədilər və günahlı oldular. Bizə günaha meyil onlardan keçib. (Qanunun təkrarı 32:4, 5 ayələrini oxuyun.)

Biz həmişə pisliyə meyilli olacağıq?

Allah istəyir ki, biz pisliyə olan meylimizlə mübarizə aparaq (Məsəllər 27:11). Buna görə də Allah bizə pis əməllərdən gen gəzməyin və əsil xoşbəxtliyi tapmağın yolunu öyrədir. Amma hal-hazırda biz nə qədər istəsək də, Allah qədər məhəbbətli ola bilmərik. (Zəbur 32:8 ayəsini oxuyun.)

İndi hər tərəfdə pislik baş alıb gedir. Allah buna müəyyən vaxt ərzində yol verib ki, hamı onun acı nəticələrini görsün (2 Butrus 3:7—9). Lakin tezliklə yer üzü Allaha itaət edən xoşbəxt insanlarla dolacaq. (Zəbur 37:9—11 ayələrini oxuyun.)

 

Əlavə məlumat

Allahın bəşəriyyət üçün niyyəti

Müqəddəs Kitabda Allahın yeri nə üçün yaratdığı, əzabların nə vaxt bitəcəyi, gələcəkdə yer üzündə olacaq dəyişikliklər və orada yaşayacaq insanlar haqda bəhs olunur.