Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ İYUL 2015

 ÜZ QABIĞINDAKI MÖVZU NARAHATÇILIQLAR VƏ ONLARIN HƏLLI

Ailə narahatçılığı

Ailə narahatçılığı

«Atamın ölümündən çox keçməmiş ərim mənə dedi ki, başqa qadınla görüşür, — deyə Canet bölüşür. — Bunun üstündən çox keçməmiş o, gözlənilmədən pal-paltarını yığdı və vidalaşmadan və məni iki uşaqla qoyub getdi». Canet iş tapdı, lakin maaşı evin ipoteka kreditini ödəməyə çatmırdı. Amma onun dərdi tək bu deyildi. O deyir: «Üzərimə düşən yeni məsuliyyətlərə görə həddən artıq narahat idim. Özümü günahkar hesab edirdim ki, uşaqlarıma başqa valideynlər qədər baxa bilmirəm. Hətta indiyə kimi narahatam, görəsən, insanlar mənim və uşaqlarım barədə nə düşünürlər. Bəlkə də fikirləşirlər ki, əlimdən gələni etsəydim, ailəm dağılmazdı».

CANET

Dua Canetə hisslərini cilovlamağa və Allahla dostluğunu möhkəmləndirməyə kömək edir. O deyir: «Fikirdən gecələr yata bilmirəm. Çünki sükut çökür, onlarla baş-başa qalıram. Fikirləri başımdan atıb yatmağa mənə dua və Müqəddəs Kitab kömək edir. Ən sevdiyim ayələr Filippililərə 4:6, 7 ayələridir: “Heç nəyə görə narahat olmayın. Hər məsələ barədə diləyinizi dua və yalvarışla, şükr edə-edə Allaha bildirin. Onda Allahın hər bir ağıldan üstün olan sülhü ürəyinizi və fikirlərinizi... qoruyacaq”. O qədər gecələri dua ilə keçirmişəm ki! Və hər dəfəsində Allahın verdiyi qəlb rahatlığını duymuşam».

İsa peyğəmbərin dua ilə bağlı dediyi növbəti sözlər hər növ narahatçılığa aiddir: «Atanız sizin nəyə ehtiyac duyduğunuzu Ondan istəməzdən əvvəl bilir» (Mətta 6:8). Lakin biz yenə də Allahdan kömək diləməliyik. Çünki dua Allaha yaxınlaşmağın başlıca üsuludur. Bunun sayəsində «O da sizə yaxınlaşacaq» (Yaqub 4:8).

Bəli, dua sadəcə ürəyimizi boşaldıb özümüzü yaxşı hiss etmək üçün bir vasitə deyil. «Duaları eşidən»  Yehova Allah həmçinin Onu imanla axtaranlar üçün hərəkətə keçir (Zəbur 65:2). Elə buna görə də İsa peyğəmbər davamçılarını həmişə dua etməyə və ruhdan düşməməyə səsləyirdi (Luka 18:1). Biz Allahdan daima rəhbərlik, köməklik diləməliyik və əmin olmalıyıq ki, O, bizi mükafatsız qoymayacaq. Biz heç vaxt Allahın hərəkətə keçmək istəyinə və buna qabil olduğuna şübhə etməməliyik. Daima dua etməyimiz bizim əsil iman sahibi olduğumuzu göstərir (1 Salonikililərə 5:17).

İMAN SAHİBİ OLMAQ NƏ DEMƏKDİR?

Bəs iman nədir? İman Allahı bir varlıq kimi tanımaq deməkdir (Yəhya 17:3). Biz bunu, ilk növbədə, Müqəddəs Kitabı oxuyub Allahın düşüncə tərzini mənimsəməklə edirik. Oradan biz öyrənirik ki, Allah hər birimizi görür və bizə kömək etmək istəyir. Lakin əsil iman Allah haqda səthi bilik əldə etməkdən daha çox şeyi özünə daxil edir. Buna həmçinin Allahla hörmətcil dostluq münasibətləri də daxildir. Kiminləsə bir günün içində dost olmaq mümkün olmadığı kimi, Allahla da mümkün deyil. Allah haqda daha çox öyrəndikcə, «Onun bəyəndiyi işləri» gördükcə və Onun köməyinin şahidi olduqca imanımız güclənir (2 Korinflilərə 10:15; Yəhya 8:29). Məhz bu cür iman Canetə narahatçılıqlarını dəf etməyə kömək edir.

Canet deyir: «Hər işimdə Yehovanın köməyini gördükcə imanım möhkəmlənirdi. Tez-tez haqsızlıqlarla üzləşirdik və bizə elə gəlirdi ki, onların öhdəsindən gəlmək qeyri-mümkündür. Amma mən çoxlu dua edirdim, hər dəfə Yehova elə yol açırdı ki, yatsam yuxuma da girməzdi. Allaha şükür edəndə Onun mənim üçün nələr etdiyi yadıma düşür. Biz dara düşəndə Yehova Allah həmişə dadımıza çatır. Allah həmçinin mənə Onun əsil xidmətçiləri olan həqiqi dostlar bəxş edib. Onlar həmişə mənə dayaq olur və uşaqlarıma gözəl nümunə qoyurlar *.

Başa düşürəm nəyə görə Yehova Məlaki 2:16 ayəsində: “Mən boşanmaya nifrət edirəm”, — deyir. Günahsız tərəf üçün bu, ən ağır xəyanətdir. Ərimin bizi atıb getməsindən illər keçib, ancaq hələ də bəzən daxilimdə boşluq hiss edirəm. Belə anlarda çalışıram başqalarına kömək edim və bunun mənim özümə də böyük köməyi dəyir». Müqəddəs Kitabın tənhalığa qapılmamaq məsləhətinə əməl etməyin sayəsində Canetin narahatçılığı xeyli azaldı * (Məsəllər 18:1).

Allah «yetimlərə ata, dul qadınlara arxadır» (Zəbur 68:5).

«Allahın yetimlərə ata, dul qadınlara arxa olması mənim ən böyük təsəllimdir. Ərimdən fərqli olaraq, O, bizi heç vaxt atmayacaq», — deyə Canet bölüşür (Zəbur 68:5). Canet bilir ki, Allah bizi «pisliklə sınamır». Əksinə, O, narahatçılıqlarımızın öhdəsindən gəlmək üçün bizə səxavətlə hikmət və insan gücündən üstün olan güc verir (Yaqub 1:5, 13; 2 Korinflilərə 4:7).

Bəs əgər həyatımız təhlükədə olduğu üçün narahatçılıq keçiririksə, onda necə?

^ abz. 10 Narahatçılıqdan azad olmaqla bağlı digər məsləhətləri www.jw.org saytındakı «Həyat sizin əlinizdədir, yoxsa siz həyatın?» adlı «Oyanın!» jurnalının 2015-ci il iyul sayından tapa bilərsiniz.