Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi  |  aprel 2015

Müqəddəs Yazılara aid suallara cavab

Müqəddəs Yazılara aid suallara cavab

Bəşəriyyəti gələcəkdə nə gözləyir?

İsa peyğəmbərin ölümü insanların qayğıkeş olmasına necə şərait yaradır?

Şübhəsiz, insanlar bundan sonra da elmi nailiyyətlər qazanacaqlar. Bəs onlar nə vaxtsa elə bir cəmiyyət qura biləcəklərmi ki, hamı, sözün əsil mənasında, bir-birinin qayğısına qalsın? Xeyr. Bu gün dünya xudbin və tamahkar insanlarla doludur. Lakin Allah bəşər ailəsi üçün gözəl bir şey niyyət edib. (2 Butrus 3:13 ayəsini oxuyun.)

Allahın Kəlamında deyilir ki, gələcəkdə elə bir cəmiyyət olacaq ki, hər kəs bir-birinə məhəbbət göstərəcək. İnsanlar əmin-amanlıqda yaşayacaq və heç kim onlara zərər vurmayacaq. (Mikə 4:3, 4 ayələrini oxuyun.)

Xudbinliyin kökü necə kəsiləcək?

Allah ilk insanı yaradanda onda zərrə qədər də olsun xudbinlik yox idi. Amma ilk insan Allaha itaətsizlik göstərməklə günahlı oldu. Xudbinlik günahlı əməllərin nəticəsi olduğu üçün bu xüsusiyyət bizə də keçib. Amma buna baxmayaraq, Allah İsa peyğəmbərin vasitəsilə bəşəriyyəti yenidən günahsız vəziyyətə qaytaracaq. (Romalılara 7:21, 24, 25 ayələrini oxuyun.)

Allahın rizası ilə, İsa peyğəmbər öz canını qurban verdi və bununla da ilk insanın itaətsizliyinin nəticəsini aradan qaldırdı (Romalılara 5:19). Peyğəmbərin ölümü gözəl gələcəyə yol açdı. Həmin dövrdə insanların xudbin istəkləri və pislik etməyə meyilləri olmayacaq. (Zəbur 37:9—11 ayələrini oxuyun.)

 

Əlavə məlumat

İLAHİ MÜJDƏ

Allahın bəşəriyyət üçün niyyəti

Müqəddəs Kitabda Allahın yeri nə üçün yaratdığı, əzabların nə vaxt bitəcəyi, gələcəkdə yer üzündə olacaq dəyişikliklər və orada yaşayacaq insanlar haqda bəhs olunur.