Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ APREL 2015

 ÜZ QABIĞINDAKI MÖVZU | TÖVRAT, ZƏBUR, İNCILI OXUMAĞA DƏYƏR?

Hamı üçün Müqəddəs Kitab dərsləri

Hamı üçün Müqəddəs Kitab dərsləri

Hamı bilir ki, Yehovanın Şahidləri müjdəçilik işi ilə məşğuldurlar. Biz həmçinin dünyanın hər yerində insanlarla Müqəddəs Kitab dərsləri keçirik.

2014-cü ildə 8 000 000-dan Yehovanın Şahidi 240 ölkə və ərazidə hər ay 9 500 000-ə yaxın insanla Müqəddəs Kitab dərsləri keçirib *. Müqəddəs Kitab dərsləri keçirdiyimiz insanların sayı təxminən 140 ölkənin əhalisinin sayından çoxdur.

Bu dərslərin keçirilməsi üçün Yehovanın Şahidləri hər il təxminən 700 dildə milyard yarıma yaxın Müqəddəs Kitab, jurnallar, müxtəlif kitablar və digər nəşrlər dərc edirlər! Bu misilsiz işin sayəsində hər kəs Allahın Kəlamını öz doğma dilində öyrənir.

 MÜQƏDDƏS KİTAB DƏRSLƏRİ HAQDA TEZ-TEZ VERİLƏN SUALLARA CAVAB

Dərslərın keçırılmə tərzı

Biz müxtəlif mövzuları götürüb onlara dair ayələri nəzərdən keçiririk. Misal üçün, Allahın Kəlamı bu kimi sualları cavablandırır: Ölən insanla nə baş verir? Ölülər bizimlə danışa bilərmi? Ölülər üçün hansı ümid var? Əsas məsələ hansı ayələrin bu sualları cavablandırdığını bilməkdir.

Bu sualların cavabını tapmaq üçün biz adətən, 32 səhifəlik «İlahi müjdə» kitabçasından istifadə edirik. Bu köməkçi vəsait xüsusi olaraq insanlara Allahın Kəlamını başa düşməyə yardım etmək üçün tərtib olunub. Bu kitabçada Allahı daha yaxşı tanımaq, ailə səadəti, insanların çəkdiyi əzab-əziyyətlərin səbəbləri, Allaha necə dua etməli olduğumuz və digər mövzular barədə dərslər var.

 Dərslər harada və nə vaxt keçirilir?

Dərslər istədiyiniz vaxt, istədiyiniz yerdə keçirilir.

Dərslər nə qədər çəkir?

Dərslərə kimisi həftədə bir saat, kimisi isə cəmi-cümlətanı 10—15 dəqiqə ayırır. Yəni dərsin nə qədər çəkəcəyi sizdən asılıdır.

Dərslərin qiyməti neçəyədir?

Dərs və dərsliklər pulsuzdur. Çünki Allahın Kəlamında deyilir ki, «təmənnasız almısınız, təmənnasız da verin» (Mətta 10:8).

Dərslərin müddəti nə qədərdir?

Kurs nə qədər istəsəniz, o qədər də davam edəcək. «İlahi müjdə» kitabçası 14 dərsdən ibarətdir. Orada olan mövzuların ya bəzisini, ya da hamısını keçə bilərsiniz. Eləcə də bir dəfəyə nə qədər material keçəcəyinizi siz özünüz qərarlaşdırırsınız.

Yehovanın Şahidi olmağım mütləqdir?

Xeyr. Bu, hər kəsin öz işidir. Biz hamının seçiminə hörmətlə yanaşırıq. Amma onu da deyə bilərik ki, əsaslı qərar qəbul etmək üçün insan gərək Müqəddəs Kitabdan müəyyən bilik alsın.

 Ətraflı məlumatı haradan ala bilərəm?

Yehovanın Şahidlərinin fəaliyyəti və dini etiqadları barədə dəqiq məlumatı jw.org saytından öyrənmək olar.

Müqəddəs Kitabı öyrənmək üçün hara müraciət edə bilərəm?

  • Müraciətinizi www.jw.org/az-latn saytı vasitəsilə bizə göndərin.

  •  
  • Ərazinizdə yaşayan Yehovanın Şahidlərinin birinə müraciət edin.

^ abz. 4 Müqəddəs Kitab dərsləri fərdi və ya qrup şəklində keçirilir.

Əlavə məlumat

İnsanlara Allah haqda öyrənməyə kömək edən qlobal çap işi

Yehovanın Şahidlərinin bütün dünyada Müqəddəs Kitaba əsaslanan ədəbiyyatları təxminən 700 dildə çap edən 15 mətbəəsi var.

Müqəddəs Kitab mənə ailə səadətinə nail olmağa kömək edə bilərmi?

Müqəddəs Kitabın hikmətli məsləhətləri artıq milyonlarla insanlara ailə səadətinə nail olmağa kömək edib.