Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ YANVAR 2015

Müqəddəs Yazılara aid suallara cavab

Müqəddəs Yazılara aid suallara cavab

Çoxlarını Allahın varlığına nə əmin edir?

Məgər həyat möcüzə deyil?

3000 il bundan əvvəl bir məzmurçu belə sözlər yazmışdı: «Sən məni ecazkar, əsrarəngiz yolla yaratmısan» (Məzmur 139:14). Məgər uşağın bircə hüceyrədən yaranması sizi valeh etmir? Çoxları inanır ki, xilqətə can verən Allahdır. (Məzmur 139:13—17; İbranilərə 3:4 ayələrini oxuyun.)

Bütün kainatı yaradan və yer üzünü yaşamağa yararlı edən Allah həyatı da yaradıb (Məzmur 36:9). O, insanlarla münasibət qurub onları Özü haqda hali edirdi. (Yeşaya 45:18 ayəsini oxuyun.)

Biz heyvanlardan əmələ gəlmişik?

Bədənimizin heyvanların bədəni ilə bir çox oxşar cəhətləri var. Bunun səbəbi isə odur ki, Yaradan həm insanları, həm də heyvanları yer üzündə yaşamaları üçün yaradıb. O, ilk insanı heyvandan yox, torpaqdan xəlq edib. (Yaradılış 1:24; 2:7 ayələrini oxuyun.)

İnsanları heyvanlardan fərqləndirən iki vacib amil var. Birincisi, insanlar Yaradan haqda öyrənməyi, Onu sevib hörmət etməyi bacarırlar. İkincisi, insanlar əbədi yaşamaq üçün yaradılıblar, heyvanlar isə yox. Amma hal-hazırda insanların əbədi yaşamamalarının səbəbi ilk insanların Yaradanın əmrini pozmalarıdır. (Yaradılış 1:27; 2:15—17 ayələrini oxuyun.)