Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ OKTYABR 2014

Müqəddəs Yazılara aid suallara cavab

Müqəddəs Yazılara aid suallara cavab

Niyə Allahın Padşahlığının gəlişi üçün dua etməliyik?

Allahın Padşahlığı və onun edəcəyi işlər barədə daha çox bilmək istəyirsiniz?

Allahın Padşahlığı səmavi hökumətdir. Bu Padşahlıq yer üzündə salehliyi və sülhü bərqərar edəcək. Ona görə İsa peyğəmbər öz davamçılarına buyurmuşdu ki, onun gəlişi üçün dua etsinlər. Heç bir insan hökuməti zorakılığı, ədalətsizliyi və ya xəstəlikləri birdəfəlik aradan qaldıra bilməz, amma Allahın Padşahlığı bunu etməyə qadirdir və tezliklə edəcək. Allah İsa Məsihi Padşahlığına Padşah seçib. Həmçinin Yehova Allah İsa Məsihin davamçılarından ibarət bir qrup şəxsi Padşahlıqda onunla birgə idarə etmək üçün seçib. (Luka 11:2; 22:28—30 ayələrini oxuyun.)

Tezliklə Allahın Padşahlığı Allahın hakimiyyətinin bütün düşmənlərinə qarşı ölçü götürəcək. Ona görə də Allahın Padşahlığının gəlməsi üçün dua edəndə biz insan hakimiyyətinə son qoyulmasını və Allahın hökmranlıq etməsini diləmiş oluruq. (Daniel 7:13, 14; Vəhy 11:15, 18 ayələrini oxuyun.)

Haradan bilirik ki, Padşahlıq insanlara xeyir gətirəcək?

İsa Məsih ən mükəmməl Padşahdır, çünki o, insanların dərdinə yanır. İsa Məsih Allahdan imdad diləyənlərin dadına yetməyə də qadirdir. (Məzmur 72:8, 12—14 ayələrini oxuyun.)

Allahın Padşahlığı Onun gəlişi üçün ürəkdən dua edənlərə və Allahın əmrlərinə uyğun yaşayanlara xeyir gətirəcək. Siz Müqəddəs Kitabda Allahın Padşahlığı haqda yazılanları öyrəndiyinizə görə heç vaxt peşman olmayacaqsınız. (Luka 18:16, 17; Yəhya 4:23 ayələrini oxuyun.)

 

Əlavə məlumat

Allaha yalvarsam, mənə kömək edəcəkmi?

Allah problemlərimizi görürmü?