Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ OKTYABR 2014

 ÜZ QABIĞINDA | HƏYATINIZI DƏYIŞƏCƏK HÖKUMƏT

Hansı Hökumət?

Hansı Hökumət?

Bu gün dünyada milyonlarla insanlar Allahın qurduğu Hökumətə pənah aparırlar. Onlar İsa peyğəmbərin buyurduğu kimi, bu Hökumətin yer üzündə idarəni ələ alması üçün Allaha dua edirlər (Matta 6:10).

Amma qəribədir ki, Allahın Hökuməti milyonlarla insan üçün bu qədər dərin məna kəsb etsə də, dinlərin çoxu ona əhəmiyyətsiz yanaşır. «Çox maraqlıdır ki, İsa səmavi Padşahlıq adlandırdığı təlimə çox önəm verdiyi halda, xristian məzhəblərinin əksəriyyəti öz... təlimlərində bu mövzuya olduqca az önəm verir», — deyə tarixçi Herbert Uels qeyd etmişdi.

Onlardan fərqli olaraq, Yehovanın Şahidləri Allahın Hökumətinə və ya Müqəddəs Kitab dili ilə desək, Allahın Padşahlığına çox böyük önəm verirlər. Götürək sizin oxuduğunuz bu jurnalı. Bu, bizim əsas nəşrimizdir və 220 dilə dərc olunur. Hər sayı təxminən 46 milyon tirajla çap olunan bu jurnal dünyada ən geniş yayılmış jurnaldır. Bəs jurnalın başlıca məqsədi nədir? Jurnalın tam adına fikir verin: «Gözətçi qülləsi Yehova Allahın Padşahlığını bəyan edir» *.

Yehovanın Şahidləri Allahın Padşahlığını bəyan etmək üçün nəyə görə bu qədər can yandırırlar? Əvvəla, ona görə ki, Allahın Padşahlığı dünyada ən vacib kitab olan Müqəddəs Kitabın əsas xəbəridir. Üstəlik, biz əminik ki, bu Padşahlıq bu gün bəşəriyyətin üzləşdiyi problemləri aradan qaldıracaq yeganə hökumətdir.

Yehovanın Şahidləri Allahın Padşahlığını bütün dünyada car çəkməklə İsa peyğəmbərin nümunəsini izləyirlər. Allahın Padşahlığı peyğəmbərin həyatının və ibadətinin özəyi idi (Luka 4:43). İsa peyğəmbər üçün bu Padşahlıq nəyə görə belə önəmli idi? Bəs bunun sizin üçün əhəmiyyəti varmı? Müqəddəs Kitab əsasında verilən bu sualların cavabını, buyurun, növbəti məqalələrdən oxuyun.

^ abz. 5 «Yehova» Allah-Taalanın Müqəddəs Kitabda açıqlanan adıdır.