Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi  |  oktyabr 2014

 ÜZ QABIĞINDA | HƏYATINIZI DƏYIŞƏCƏK HÖKUMƏT

Əbədi gələcəyiniz üçün nə etməlisiniz?

Əbədi gələcəyiniz üçün nə etməlisiniz?

Ötən məqalələrdən gördüyünüz kimi, Allahın Padşahlığı Yehovanın Şahidləri üçün böyük önəm kəsb edir. Ola bilsin, Allahın Padşahlığının gələcəkdə gətirəcəyi xeyir-dualardan hansılarsa sizə maraqlı gəldi. Eyni zamanda, sizə elə gələ bilər ki, bu vədlər sadəcə xülyadır.

Ehtiyat edib, hər eşitdiyinizə inanmamağınız ağıllı hərəkətdir (Süleymanın məsəlləri 14:15). Bir tərəfdən, siz ehtiyat etməklə qədim veriyalılar * kimi davranırsınız. Onlar Allahın Padşahlığı haqda xoş xəbəri ilk dəfə eşidəndə ona iman gətirsələr də, bunu onun gerçək olmasını istədikləri üçün etmədilər. Əksinə, əvvəlcə onlar Allahın Kəlamını diqqətlə araşdırdılar ki, eşitdiklərinin doğru olub-olmadığına əmin olsunlar (Həvarilərin işləri 17:11). Bir sözlə, veriyalılar xoş xəbər haqda eşitdiklərini Müqəddəs Kitabda deyilənlərlə müqayisə etdilər. Bir müddətdən sonra onlar əmin oldular ki, xoş xəbər tamamilə Allahın Kəlamına əsaslanır.

Yehovanın Şahidləri ürəkdən sizi onlar kimi davranmağa səsləyirlər. Biz sizə pulsuz-təmənnasız Müqəddəs Kitabı araşdırmağı təklif edirik. İstəyirik ki, siz Yehovanın Şahidlərinin Allahın Padşahlığı ilə bağlı inanclarını Müqəddəs Kitabda deyilənlərlə özünüz tutuşdurasınız.

Müqəddəs Kitabdan Allahın Padşahlığı haqda öyrənməyinizlə yanaşı, həyati vacib suallara da cavab tapacaqsınız:

Ən əsası, Müqəddəs Kitabı öyrənsəniz, Allaha daha yaxın olacaqsınız (Yaqub 4:8). Yaradana yaxınlaşdıqca Allahın Padşahlığının sizin həyatınızda təkcə indi yox, hətta gələcəkdə hansı rolu oynadığını daha yaxşı başa düşəcəksiniz. İsa peyğəmbər Allaha dua edəndə belə demişdi: «Əbədi həyata qovuşmaq üçün Sən — yeganə həqiqi Allah və Sənin göndərdiyin İsa Məsih haqqında daima öyrənmək lazımdır» (Yəhya 17:3).

 

^ abz. 4 Veriya qədim Makedoniyada şəhər olub.

Əlavə məlumat

KİTAB VƏ BROŞÜRLƏR

Həyati vacib suallara kim cavab verə bilər?

Sizcə, alimlər, din xadimləri, yoxsa Allah?

TEZ-TEZ VERİLƏN SUALLAR

Müqəddəs Yazıları öyrənmək nə deməkdir?

Müqəddəs Kitabı təmənnasız öyrənməyə dair suallarınıza cavab alın.