Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ İYUL 2014

Müqəddəs yazılara aid suallara cavab

Müqəddəs yazılara aid suallara cavab

Nəyə görə Allaha dua etməliyik?

Yehova Allah istəyir ki, biz daima öz narahatçılıqlarımızı Onunla sərbəst şəkildə bölüşək (Luka 18:1—7). O, bizimlə maraqlandığı üçün dualarımızı cani-dildən dinləyir. Yaradanımız Özü məhəbbətlə bizi dua etməyə dəvət edirsə, nəyə görə Onun dəvətini qəbul etməyək? (Filipililərə 4:6 ayəsini oxuyun.)

Dua sadəcə kömək diləmək üçün deyil. Bu, bizə Allaha yaxınlaşmağa kömək edən bir ənamdır (Məzmur 8:3, 4). Həmişə duada Allahla hisslərimizi bölüşəndə Onunla dostluq münasibətimiz möhkəmlənir. (Yaqub 4:8 ayəsini oxuyun.)

Dua necə edilməlidir?

Allah istəmir ki, dua zamanı biz təmtəraqlı sözlərdən istifadə edək, ya da ki duaları əzbər söyləyək. O, bizdən xüsusi duruş tərzi də tələb etmir. Yehova Allah istəyir ki, biz ürəyimizdəkiləri Onunla bölüşək (Matta 6:7). Məsələn, qədim dövrlərdə İsraildə yaşayan Xanna adlı bir qadın üzücü ailə problemi barədə dua edirdi. Sonradan onun kədəri sevincə çevriləndə sidqi-ürəkdən duada Allaha minnətdarlığını bildirdi. (1 Şamuel 1:10, 12, 13, 26, 27; 2:1 ayələrini oxuyun.)

Biz necə də böyük şərəfə layiq görülmüşük! Öz narahatçılıqlarımızı Yaradanımızla bölüşə bilərik. Üstəlik, Ona həmd edə və bizim üçün etdiklərinə görə minnətdarlığımızı ifadə edə bilərik. Şübhəsiz, belə şərəfə xor baxmamalıyıq. (Məzmur 145:14—16 ayələrini oxuyun.)