Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ İYUL 2014

 ÜZ QABIĞINDA | PİS ŞEYLƏR YAXŞI İNSANLARIN BAŞINA GƏLİR?

Allah bəlalara necə çarə qılacaq?

Allah bəlalara necə çarə qılacaq?

Müqəddəs Kitabda Şeytanın səbəb olduğu bəlalara Allahın və İsa Məsihin necə çarə qılacağı deyilir. Məsih «məhz İblisin işlərini dağıtmaq üçün gəlmişdi» (1 Yəhya 3:8). Təməli tamahkarlıq, nifrət və pislik üzərində qoyulan bu dünya məhv ediləcək. İsa peyğəmbər vəd etmişdi ki, «bu dünyanın hökmdarı» olan Şeytan İblis devriləcək (Yəhya 12:31). Şeytanın təsiri olmayacağı ədalətli yeni dünya qurulacaq və yer üzü sülhə bürünəcək (2 Peter 3:13).

Həyat tərzlərini dəyişmək istəməyən və pis işlərindən əl çəkməyən tərs insanların axırı necə olacaq? Allahın bu vədi üzərində düşünün: «Əməlisalehlər yer üzündə sakin olacaq, kamillər burada qalacaq. Pis adamlar bu torpaqdan atılacaq, xainlərin kökü buradan qoparılacaq» (Süleymanın məsəlləri 2:21, 22). Pislərin bəşəriyyətə təsiri arxada qalacaq. Bu cür sülh şəraitində itaətkar insanlar miras aldıqları qeyri-kamillikdən yavaş-yavaş azad olacaqlar (Romalılara 6:17, 18; 8:21).

Yeni dünyada Allah pisliyi necə aradan qaldıracaq? O, bunu insanların əlindən iradə azadlığını alıb robot halına salaraq etməyəcək. Əksinə, Yehova itaətkar insanlara Öz yollarını öyrədəcək, eləcə də onlara pis hərəkətlərdən və fikirlərdən azad olmağa kömək edəcək.

Allah əzablara səbəb olan hər şeyi aradan qaldıracaq

Bəs Allah-Taala qəfil baş verən bəlalara necə çarə qılacaq? O vəd edib ki, qurduğu Padşahlıq tezliklə yer üzünü idarə edəcək. Allah Padşah təyin etdiyi İsa Məsihə istənilən xəstəliyi sağaltmaq gücü verib (Matta 14:14). İsanın təbiət qüvvələri üzərində də hökmü var (Mark 4:35—41). Buna görə də «vaxt və təsadüf» nəticəsində baş verən bəlaların heç biri artıq olmayacaq (Vaiz 9:11, Yeni Dünya tərcüməsi). Məsihin hakimiyyəti altında bəşəriyyət bir daha bəlalarla üzləşməyəcək (Süleymanın məsəlləri 1:33).

Bəs faciəvi şəkildə həlak olan milyonlarla günahsız insanlar? Dostu Lazarı dirildəndən bir qədər sonra İsa peyğəmbər demişdi: «Dirilmə və həyat mənəm» (Yəhya 11:25). Bəli, İsa ölüləri diriltməyə, yəni həyata geri qaytarmağa qadirdir!

Pis şeylərin yaxşı insanların başına gəlməyəcəyi bir dünyada yaşamaq istərdinizmi? Onda siz Allah və Onun niyyəti haqqında Müqəddəs Kitabda yazılanları bilməlisiniz. Yehovanın Şahidləri sizə bu biliklərə yiyələnməyinizə kömək etməyə şad olarlar. Yaxınlığınızda yaşayan Yehovanın Şahidləri ilə əlaqə saxlamağa və ya öyrənmək istəyinizi bu jurnalın naşirlərinə yazmağa çəkinməyin.